hacklink Adalet.az | 9 MAYIN ARDINDAN - Seyfəddin Altaylı yazır Adalet.az | 9 MAYIN ARDINDAN - Seyfəddin Altaylı yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

9 MAYIN ARDINDAN - Seyfəddin Altaylı yazır

10130    |   2019-05-10 15:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Ən böyük cinayətlər zəruri olanı yox, artıq olanı əldə etmək üçün işlənir”

Aristotel

Dünən (8-i may günü) Bakı Avrasiya Universitetində bölümdə (kafedra) idim. Qrup başqanı Günel adlı tələbəm yaxınlaşdı: "Müəllim, Dinaranın atası rəhmətə gedib, bilirsiniz çoxdandır xəstə idi, dərsə gəlməyib, sabah da 9 Maydır dərs yoxdur, seminarımız qalır həftəyə” - dedi. Telefonumu götürdüm və "balası, Dinaranın nömrəsini de, ona zəng edib başsağlığı verim” - dedim və nömrəni yazıb zəng çaldım. Ancaq Dinara götürmədi, yəqin başı qarışıqdı.

Tələbəm gedincə atamın son anlarını xatırladım. Sonuncu gecəsi nə mən yatdım, nə də o. Gecənin yarısından xeyli ötmüşdü. "Bala, bir istəyin var?” - deyə sordu. Gördüm enerjisinin artıq son dəmləridir. Ürəyim ağrıya-ağrıya onu məmnun etmək üçün, "Dadaş, deyirlər yaxşı səsin varmış, Qarabağ şikəstəsini oxuya bilərsən?” - dedim, o da sözümü yerə salmadı və oxudu. Qardaşlarımı və bacılarımı itirəndən sonra onun oxuduğunu duyan olmamışdı, bir növ dünyaya küsmüşdü, ancaq yaxşı səsi varmış. Haçan Qarabağ şikəstəsi oxunsa, onun son anları gəlib gözümün qabağında dayanır. O gecəni yola saldıq və səhər açıldı. Bir-iki tikə çörək yedi, mən də evin işlərini görüb gəlib yatağının böyründə oturdum. Günortadan bir saat olardı keçmişdi. Gördüm artıq yavaş-yavaş canı çəkilir. Anam ilə gözümüz onda idi. Bir an gözünü açdı və qapının sağ üst kandarının küncünə zilləndi. "Gəl əyləş” anlamında əliylə yanını işarət etdi. Gözüylə sanki birini təqib edirdi və bunu bir neçə saniyə davam etdirdi, sonra pəncərəyə baxıb gözünü yumdu. Üzü aydınlanmışdı, beş-on dəqiqə çəkmədi canını tapşırdı.

Atam öldüyündə orta məktəbi bitirəli üç ay olmuşdu. Onu itirdikdən sonra atasızlığın nə demək olduğunu çox yaxşı başa düşdüm. Dinaranın da universitetdə təhsil alarkən atasını itirməyi ürəyimi ağrıtdı. Tanrının hökmü belə imiş. Atalarımız bizim arzumuzun xilafına missiyaları başa çatan kimi Tanrı dartıb öz yanına aparır. Dərs qurtardı, evə getdim. Axşam çağı Dinara zəng çaldı, götürdüm: "Müəllim mənə zəng etmişdiniz”- dedi. "Balası, eşitdim atan rəhmətə gedib, Allah rəhmət eləsin! İnşallah son qəmin olsun, neyləyək dünyanın özülü belə qoyulub” - deyib ürək-dirək verdim. Ayrı nə edə bilərdim ki!?

İkinci Dünya müharibəsi birincinin sona çatmasından çox qısa bir müddət sonra başladı. Səbəbi də Birinci Dünya Müharibəsini çıxaranların qan qoxuyan iştahaları idi. O vaxt müstəmləkəyə çevirəcəkləri torpaqların bölüşülməsindən narazı qalanlar vardı, ayağa durdular və İkinci Dünya Müharibəsini yaratdılar. 30 milyondan artıq insan məhv olub getdi, şəhərlər, kəndlər yerlə yeksan oldular, milyonlarla ocaq söndü. Azərbaycan da Bolşevik Rusiyanın işğalında olduğuna görə, yüz minlərlə gənc hərbə aparıldı. Deyilənlərə görə, 420 mindən artıq potensial qüvvəmiz bu hərbdə Bolşevizmin torpaqlarını qorumaq uğrunda həlak olub. Bu bəlanın zərbəsi sadəcə olaraq Azərbaycana dəyməyib, digər Türk xalqlarından da yan keçməyib. Tarixi qeydlərə əsasən Qazaxıstandan hərbə aparılan 1.196.164 gəncdən bir dənəsi də sağ-salamat geri qayıtmayıb.

Yalnızca Azərbaycan ədəbiyatına deyil, ümum Türk ədəbiyatına əvəzsiz bəhrələr qazandıran şair və yazıçı dostlarım vardır ki, onların əksəriyyəti ata üzü görməyib, ata qoxusunun nə olduğunu bilməyib. Çünki ya körpə ikən və ya dünyaya gəlməmiş ataları İkinci Dünya Müharibəsinə aparılıb və qayıtmayıblar, yetim böyüyüblər. Yoldaşları atalarından ağızdolusu danışarkən onlar atanın nə demək olduğunu elə uşaqlıqlarındaca başa düşüblər. Hər bayram gəldikdə dostları geyindikləri yeni libasları və ya hər hansı şeyi qürurla nümayiş etdirərkən onlar boyunları bükük, ürəklərinə qara qanlar axıdaraq atasızlığın nə olduğunun iztirabını duyublar.

Tanrı Türk millətini özünə ordu yaradıb və Türk də hərbə girdimi orda döyüş qabiliyyətini göstərməsini yaxşı bilir. Azərbaycandan İkinci Dünya Müharibəsinə aparılan gənclərdən birçoxu qəhrəmanlıq adı alıb, kimisi hərbdən sağ-salamat qayıdıb, kimisinin də qara kağızı gəlib. Tanrı hamısının məkanını cənnət eləsin. Onlar öz xoşlarına hərbə getmədilər, ya zorla aparıldılar, ya həlak oldular və ya şikəst qaldılar, sağ qayıdanlar da hərbin travmasını ömürləri boyu unutmadılar.

Dünya ağalığı üçün ayağa durmuş qərbin kaftar qüvvələri bir qığılcıma bənd olan dünya atmosferinə 1939-cu ildə benzin töküb od vurdular. Bugün də dünyada meydan sulayan ABŞ, İngiltərə, Fransa, Almaniya və Rusiya İkinci Dünya Müharibəsi adlı məşum filmin baş rolunda iştirak etdilər. Milyonlarla ocağı söndürdülər, evləri xaraba, ata-anaları ağlar, uşaqları atasız, anasız buraxdılar və dünyanın xəritəsini öz arzularına görə bölüşdülər. Sonra bir də yalançı BMT və BMT Güvənlik Təşkilatını yaratdılar. Bu iki təşkilat dünən də bugün də yalnızca onlara xidmət edir.

Bolşevik Rusiya 70 il Azərbaycanın sərvətini qarət edib daşıdı, qarşılığında da heç nə vermədi. 1988-ci ildə Bakıya gəldiyimdə hər bir şeyi yaxşıca görüb dərk elədim. Azərbaycan müstəqil olduqdan sonra 25 ildə simasını tamamilə dəyişdi. 1988-ci illərdə küçələrdə şütüyən maşınlar qırıq-salxaq zaparoşlar, jiqulilər və volqalar idi, indi isə onların üzünə də baxan yoxdur. Əstağfurullah kəndlilər indi onlarla becərdikləri kələm, soğan, kartof kimi şeyləri yükləyib aparıb şəhərlərdə satırlar. Türkiyənin böyük şəhərlərində altı ay dolansanız, bir neçə dənə görə biləcəyiniz maşınları yalnızca Bakıda deyil, Azərbaycanın hər bir küncündə dəqiqə başına görə bilərsiniz. Bu da müstəqil Azərbaycanın 25 ildə getdiyi yolun göstəricisidir. Bəs yollar, körpülər, yeni-yeni tikililər. Tanrım müqəddəs vətənimizi qorusun!

20 Yanvar 1990-cı ildə Bakıda soyqırım törədildi. Alimlər, qadınlar, kişilər, qızlar heç bir günahları olmadığı halda, gülləbaran edildilər. Çünki onlar Bolşevizmin müstəmləkəçiliyinin əleyhinə olaraq öz müstəqilliklərini arzulamış, özgəsinin heç nəyinə göz tikməmişdilər. Öz vətənlərində bugünkü kimi azad və firavan yaşamaqdan savayı heç nə istəməmişdilər. Bolşeviklərə görə, Azərbaycanın azadlığını istəmək isə dünyanın ən böyük cinayəti (???) idi. Ona görə də biçildilər, tankların altında xırd-xəşil edildilər. Bununla da qurtarmadı… XIX əsrin birinci rübündə bölünən, XX yüzilin birinci rübündə də parçalanan və hər bir parçası özgələrinə Bolşeviklərin əliylə dədələrinin malı kimi peşkəş çəkilən Müqəddəs Azərbaycanın 20 faizi işğal edildi. Daim çörəyini yeyib, suyunu içdiyi və Türkə düşmən edilən gəlmə ermənilərə bağışlandı. Və dünya tarixinin ən dəhşətli soyqırımı Xocalıda törədildi.

BMT, BMT Güvənlik Təşkilatı bunları duymadı, görmədi, onlar üçün yazılanları oxumadı, yalandan kağız üstündə qalan bir neçə qətnamə qəbul etdi o qədər.

XX yüzilin başlarında Osmanlı imperiyası dağıdıldı, Türkiyə işğal edildi. Yunan ordusu İzmirdən çıxıb Ankaranın sərhəddinə gələnə kimi olan yerləri işğal etdiyində ermənilərin Azərbaycanda törətdiyi cinayətlərdən, soyqırımlardan daha betərini həyata keçirdi. Ulu Tanrının Türk milləti üçün seçib yolladığı Mustafa Kamal Atatürkün rəhbərliyində yeridilən Azadlıq Müharibəsində yunanlara tarixi bir dərs verildi və işğalçılar ölkədən dəryazla, baltayla, bellə qovuldu. Lozanda sülh müzakirələri başladıqda Türkiyənin qarşısına işğalçı Yunanıstan deyil, İngiltərə gəlib oturdu (İşğaldan sonra Azərbaycanla Ermənistan və ya hansı dövlət müzakirələr aparır onu bilmirəm). Türkiyə etiraz etsə də, adı sonra BMT olacaq qondarma təşkilat Türkiyənin etirazına fikir vermədi və İngiltərə ilə dostları hərbdən qalib çıxmış Türkiyənin arzusunu deyil, öz tələblərini sülh sazişinə yazdırdılar. Yeni yaranmış Türkiyə o sazişi məcburi şəkildə qəbul etdi.

ABŞ indiyə kimi Lozan sazişini imzalamayıb. Bu dövlət bu gün utanmadan deyir ki, Türkiyə bizim müttəfiqimizdir, dostumuzdur.

Biz, nəsillərimizə dostumuz kimdir, əsil düşmənlərimiz kimdir, onu yaxşı öyrətməliyik. Tariximizi ibtidai məktəblərdən başlayaraq, onlara yaxşı öyrətməsək, yarındası (sabahısı) günlərdə Allah eləməmiş başımıza gələn bəlalar nəsillərimizin başına da gələ bilər.

Üçüncü Dünya Müharibəsi isə 1993-cü ildə başda ABŞ və İngiltərə olmaqla, dünyanın vampir qüvvələrinin İraqı işğal etmələriylə birlikdə başlayıb və bu müharibə davam edir. İraq və Suriya torpaqlarında hansı işğalçı dövlətlərin ordusu var, hamıya məlumdur. Onların məqsədləri İranı və Türkiyəni dağıtmaqdır.

Mən Tanrıya və onun ilahi ədalətinə inanan bir insanam. Qisas qıyamətə qalmayıb və qalmayacaq, ancaq bunların tifaqının dağıldığını mən görəcəyəmmi???

Onu Tanrı bilir!



İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK