deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Əbülfət MƏDƏTOĞLU: Bakıdan Trabzona könül yolu Adalet.az | Əbülfət MƏDƏTOĞLU: Bakıdan Trabzona könül yolu Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: Bakıdan Trabzona könül yolu

4533    |   2019-05-11 10:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Əvvəli ötən sayımızda)

Bu da Trabzon... Türk qardaşlarımın dediyi kimi, şəhərin iç və dış istiqamətdə hərəkət edən avtobuslarının dayandığı məkan. Yol çantamı götürüb avtobusa minirəm... Doğrusunu deyim ki, bura qədər olan səfərdə "Metro” şirkətinin heç də xoş xatirə olmayan xidməti ürəyimin bir küncündə ilişib qaldı. Özümə söz verdim ki, bir daha "Metro”ya üz tutmayacam, dost-tanışa da tövsiyə edəcəm ki, o səmtə yön çevirməsinlər. Nə isə...

Avtovağzalda məni gözləyən can dostum, qardaşım Əhməd Varolla bir-birimizə sarılırıq. Yəqin bilirsiniz də, Türkiyədə dostlar görüşəndə alınlarını bir-birinə toxundururlar. Amma biz həm alınlarımızı toxundurduq, həm də bir-birimizə sarılıb ürəklərimizi görüşdürdük.Yaddaşdan iti olan oxucularım, dostlarım bilirlər ki, Əhməd Varol mənim nəzərimdə Yer üzündəki mələklərdən biridir. Bu İNSAN qədər diqqətcil, həssas, qayğıkeş, həm də sözün bütün mənalarında insanın iç dünyasını görə bilən başqa bir kimsəni tanımıram. O, doğulduğu torpağı sevdiyi kimi, ailəsini sevdiyi kimi dostlarını da sevir. Heç vaxt onlara nəinsə fikrini, qayğısını çəkmək, nəyinsə narahatlığını yaşamaq imkanı verməyək. Dilin tərpənməmiş nə deyəcəyini anlayır. Və bir də elə bir mühit yaradır ki, sıxılmırsan, onun qayğısından narahatlıq hissi keçirmirsən. Bax, bu mənada mən Əhməd qardaşımdan həm Bakıda, həm Trabzonda müxtəlif tədbirlərdə keçirdiyim, həm də ailəvi görüşlərdə yaşadığım anları ömrümün Qızıl Günləri sayıram. Hətta hər görüşümüzdən sonra misralara çevrilən duyğularım belə içimi rahatlamır. Ona görə ki, mən Əhməd əfəndimlə yaşanan anların bütün çalarlarını hələki ifadə edə bilməmişəm. İndi də onun səhərin bu şehli çağında üz-üzə dayanıb hal-əhval etdiyim anda könlümdən keçən misraların kağıza köçürülməsi anını da bir növü yaddaş kartına atıram.

Trabzonda

Universitet məhəlləsində

Əhməd Varolun

Muxtarlığında

yazın oğlan çağında

əyləşmək,

çay içmək

və şirin söhbətdə

etiraf etmək

qardaşlığımızın

Allahdan nəsib olduğunu! –

necə də gözəldi

deyirəm bu gün

bu dostluq, bu qardaşlıq

anlayan üçün...

Üz-üzə oturmuşuq. Şamxal zümzümə edir, mən isə bilgisayara diqtə. Qəribədir ki, onun züm-zümə etdiyi mahnı da indiki anda ruhuma uyğun gəlir. Çünki o da itirilən anların, qədrini bilmədiyimiz zamanın notlarını vurğulayır. Mən də onun dediyinə şərik olaraq "ömrü çiçək qədər olan” sevgilərin, istəklərin acısını unuda bilmirəm. Qarabağlı günlərimi, orada yaşadıqlarımı və o torpağın indi müsafiri olduğum şəhərin bənzəri olması məni haldan-hala salır. Bunu yaxşı bilən Əhməd qardaşım da məni kövrək duyğuların əlindən almaq üçün mövzunu dəyişir. Bildirir ki, gəl gedək "Sahil testləri”nə. Sənin üçün orada yer tutmuşam. Dənizin sahilində bir az yolun yorğunluğunu canından çıxar. Özünü gümrah hiss edəndə mənə telefon aç, gəlim birlikdə qəlyanaltı edək.


... Belə də edirik. O məni universitetin nəzdində olan həmin ünvana gətirir. Bir neçə dəfə o ünvanı gəzib-dolaşmışam. Qara dənizin ləpədöyənində, yaşıllıqlar içərisindədi sahil testləri. Dənizdə qabarmalar olanda ləpələr az qalır ki, binanın pəncərələrinə gəlib toxunsun. Saatlarla oturub burda dənizi dinləmişəm. Suya düşən iynəni də görmək mümkün olan bu ərazidə bir tullantıya, bir çöpə də rast gəlmək mümkün deyil. Ləpələr o qədər həzin və diqqətçəkən olur ki, hər dəfə sahildən üzü geri qayıdanda mənim gözümü də, özümü də özüylə aparır. Hərdən içimdə qısqanclıq hissi də baş qaldırır. Özümü, öz ətrafımdakıları qınayıram, şəhərini, dənizini sevən trabzonlularla müqayisədə. Bu insanlar necə də vurğundular torpaqlarına, dənizlərinə. Və bu vurğunluq da təbiidi, görüntü deyil. Mən də bu vurğunluqdan ilhamlanıb vərəqlərə pıçıldamışdım.

Trabzonda

adamlar

Qara dəniz kimi

üzdə sakit

içdə çılğın...

Baxışlar dupduru –

aydın

məhəbbət

və nifrət

ortada...

Burada

hər şey

necə yaranıbsa

elə

olduğu kimidir

heç nə deyil ilğım...

Trabzonda

adamlar və

Qara dəniz
çılğındı

vallah, çılğın!

Əhməd bəy məni "Sahil testləri”ndə ayarladığı odada qoyub gedəndən sonra əl-üzümə bir ovuc göz yaşından duru su çırpıb dənizin sahilinə enirəm. Hər dəfə bu şəhərdə olanda əyləşdiyim qayanın üstünı çıxıram. Necə deyərlər, öz yerimdə "otururm”. Buradan dəniz də gözəl görünür, elə şəhər də. Burada özünü həm dənizin içərisində hiss edirsən, həm də sənə qucaq açan şəhərdə...


Dənizə baxıram. Səhərin bu çağında balıqçı qayıqları artıq dənizdə öz lövbərlərini salıblar. Onlar dənizin ortasında ovuc içi boyda görünürlər... Budur, "Sahil testləri”ndə çalışanlar... burada müsafir olanlar bir-bir görünməyə başlayırlar. Mənə bir nəfər yaxınlaşır. Barmaqlarının arasında közərən siqaret indiki məqamda mənə o qədər də xoş gəlmir. Özüm siqaret çəkən olsam da, Qara dənizin, Trabzonun sübh havası canıma, ürəyimə elə yayılır ki, onu siqaretlə uyğunlaşdıra bilmirəm. Yaxınlaşan insan şirin türk ləhcəsində "günaydın, əfəndim” söyləyir. Hiss edirəm ki, söhbət etmək marağındadı. Ona görə mən də həvəslə onu salamlayıram. Bir-birimizi kifayət qədər anladığıımızdan rahatca söhbətləşirik. Öyrənirəm ki, Kıprızdan gəlmiş nümayəndə heyətinin rəhbəridi. Trabzonda keçirilən tədbir üçün təşrif gətiriblər. Dediyinə görə, o, şəhər Bələdiyyə başqanıdı. Onunla birlikdə həm Bələdiyyə İdarə Heyətinin iki üzvü, həm də üç muxtarlığın sədri trabzona gəlib. Bir azdan həmsöhbət olduğum kıprızlı tanışımın dostları da sahilə gəlir. Onlarla da tanış olub mövzunu bir az da genişləndiririk. Təbii ki, mövzu Kıprız Türk Cümhuriyyətinin və bir də bizim Qarabağımızın problemləridi. Bu söhbətdə Türkiyədə keçirilən bələdiyyə seçkiləri də bir xətt kimi keçdi. Onlar da narahatlıqlarını ifadə etdilər. Və onu da vurğuladılar ki, bu, Türkiyənin daxili işi olsa da, amma bir qardaş, bir millət olaraq Türkiyənin uğurlarını daha çox arzu edirik, daha çox istəyirik.


Kıprızlı qonaqlar məni səhər çayına dəvət edirlər. Məmnuniyyətlə qəbul edirəm. Həm söhbətimizin maraqlı olması səbəbindən, həm də yolun yorğunluğunu daha tez canımdan çıxarmaq üçün onlara qoşuluram...

Bir azdan Əhməd bəyin telefonundan zəng gəlir. Telefonu açan kimi:

- Abi, bilirəm ki, uyumamısan. Qapıya çıx gəlirəm, gedək səhər yeməyi yeyək...

Doğrudan da Trabzonda olanda nələr keçirdiyimi, vaxtımı daha çox görməyə, gəzməyə sərf etdiyim Əhməd qardaşım iki dəqiqədən sonra "Sahil testləri”nə gəldi. Anladım ki, o elə yolda mənə telefon açıbmış. Mən də kıprızlı tanışlara üzrxahlıq edib onunla birlikdə səhər süfrəsi arxasında əyləşirəm. Çay içə-içə uşaqlardan, nəvələrdən, özümüzdən danışırıq. Bu arada Əhməd qardaşımın telefonuna zəng gəlir. Qəbulunda olacağım kardioloqun adından zəng vurub bildirirlər ki, həkim bu gün məni qəbul edə bilməyəcək, hüzrləri düşübdü. Ona görə vaxtı dəyişməyə məcburdular...


Bu xəbər mənim bir balaca "kefimə soğan doğrasa da” amma dostum sanki Trabzonda bir az da artıq qalacağıma sevindi. Səsinin tempindən hiss etdim ki, o, bu gözəl ünvanı, bu gözəl şəhəri, onun çevrəsini mənə təqdim etməkdən ləzzət alır. Və hər dəfə də məni yeni ünvanlara aparıb həmin yerlərin ziyarətçisi edəndə içimdən bir məmnunluq hissi keçir. Bax, bu dəfə də qardaşım Əhməd Varol:

- Abi, heç üzülmə, çıxıb dolaşarıq, şəhərdə təzə nələr olduğunu göstərərm sənə. Camidə dostlarımla çay içərsən, sonra köşkə qalxarıq. Daha sonra da ürəyin necə istəsə, o cür də işimizi qurarıq – dedi.


Bəli, yemək süfrəsindən qalxıb sahilə düşürük. Bir az dolaşandan sonra Əhməd bəyin maşınıyla öncə onun iş yerinə, yəni muxtarlığa gəlirik. Burada fürsətdən istifadə edib internetdən yararlanıram. Təbii ki, mənim üçün ən maraqlı olanlardan biri internet vasitəsilə "Ədalət”in şah damarı olan Şamxal bəylə əlaqə qururam. Bir-birimizə sayqı və sevgiylə bilgilər veririk. Şamxal bəy ərklə deyir ki, "özünüzdən muğayat olun, mütləq həkimin qəbuluna düşün!”...


... Əhməd bəyin maşınıyla Trabzonun Universitet məhəlləsinin çox möhtəşəm məkanlarından biri olan Qocatəpə camisinə gəlirik. Mənim gözlərimin önündə tikilib başa çatmış, yəni özülü qoyulan gündən açılışı olan zamana qədər hər səfərimdə görüb, ziyarət edib bilgiləndiyim bu caminin hocası da, burada namaz qılanların əksəriyyəti də artıq köhnə tanışlarıma çevrilib. Xüsusilə bu camini idarə edən hocam İbrahim Məzlum mənim üçün dünyanın pak adamları sırasında birinci yerdə dayanır. Onu dinə bağlılığı fanatik yox, ilahi bir sevgidir. O, işini Allahımıza, Peyğəmbərimizə bütün varlığndan süzülüb gələn sevgiylə gerçəkləşdirir...

(ardı var)


İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK