hacklink Adalet.az | Gördün dünən Liverpul neylədi?! - Ulucay Akif yazır Adalet.az | Gördün dünən Liverpul neylədi?! - Ulucay Akif yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Gördün dünən Liverpul neylədi?! - Ulucay Akif yazır

7831    |   2019-05-08 11:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün dostu ilə hal-əhval tutduqdan uzağı üç saniyə sonra dostuna "Gördün dünən Liverpul neylədi?!" sualını verməyənlərə birtəhər baxıram. Qarışı tərəf də bu sualı həyacanla gözləməli və cavabı da ən azı belə olmalıdır:

- Oy daaaaaa! O nə idi elə?!

Bu gün hətta salam verməmiş bu suala keçid almaq da olar.

- Gördün dünən Liverpul neylədi?!

3:0 hesablı məğlubiyyətindən sonra heç kim Liiverpulun finala vəsiqə qazanacağını gözləmirdi, hətta ən pozitiv Liverpul azarkeşi də. Bəlkə ümid edənlər var idi, amma ümid etmək ilə inanmaq, əmin olmaq tamam fərqli şeylərdi.

Ən çox ümidli olan isə elə yəqin Liverpulun baş məşqçisi Yurqen Klopp idi. İlk üç qoldan sonra Kloppun reaksiyalarına diqqət yetirdinizsə, demək olar heç sevinmədiyini gördünüz. Bu qədər emosional bir məşqçi qollara heç bir reaksiya vermirdi, verə bilmirdi, çünki o, işini peşəkarlıqla görüb sadəcə ümid etmək, gözləmək rejiminə keçmişdi.

O, birinci qoldan sonra ikinci, ikinci qoldan sonra isə üçüncü qola ümid edir və gözləyirdi. Və bu ümid, bu gözləmə onun reaksiya verməsinə mane olurdu. Üçüncü qoldan sonra isə Klopp artıq sadəcə ümid etmirdi, həm də inanırdı.Və sadəcə üçüncü qoldan sonra bəxtə ehtiyacı olduğunu hiss etmişdi.

Bəli, dünən Liverpulun bəxti gətirdi. Heç kim məni səhv anlamasın, qətiyyən Liverpulun zəif oynadığını demək istəmirəm. Futbolda bəxt faktoruna bərabər güclü komandaların qarşılaşmasında daha çox ehtiyac duyulur.

Dünən Liverpul futbolçuları da nə edəcəklərini çox yaxşı bilirdilər. İlk 3 qol üçün bütün güclərini ortaya qoymalı idilər və bunu çox yaxşı da bacardılar. Onların bu 3 qol üçün şansa ehtiyacları yox idi. Üç qolu vurduqdan sonra isə onların da şansa, fürsətə ehtiyacları var idi.

Sadəcə dördüncü qolu vurmaq üçün yox, həm də qol buraxmamaq üçün. Futbolun gözəlliyi onun gözlənilməz olmasındadır. Hər şey əla getdiyi an bir gözlənilməz hadisə baş verir və bütün oyunun axarı dəyişir. Dünən isə bu baş vermədi.

Dünən Messi də Barselonaya kömək edə bilmədi. Heç kim Messini qınaya bilməz, çünki dünən Liverpulun 4 qola ehtiyacı olduğu kimi, Barselonanın da qalib gəlmək üçün azı dörd Messiyə ehtiyacı var idi. Messi özü də bunu hiss edirdi. Yəqin oyun başlayandan üzündə olan o kədər və tədirginlik də dördə bölünə bilməməyin təlaşı idi.

Bəs oyunun bəxt, şans, fürsət hissəsi harda idi? Təbii ki, dördüncü qolda! Dördüncü qolun ötürməsində! Künc zərbəsində fikrini dəyişib ani qərar vermək və heç kimin gözləmədiyi an ötürmə etmək!

Dünən həmin o ötürməni edən Aleksandr-Arnold üçün bir anın içində fürsət yarandı və o fürsəti düzgün dəyərləndirdi. O fürsət saniyənin 100-də 1-nə bərabər idi və Arnold həmin 1/100 (yüzdə bir) saniyədən maksimum dərəcədə yararlandı və bəlkə də həmin o 1/100 saniyə onun həyatının ən unudulmayacaq anı idi.

Siz hansısa saniyənin yüzdə birini xatırlaya bilirsiniz?

Arnold həmişə xatırlayacaq!



İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-12-09


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK