deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | ƏLAHƏZRƏT FUTBOL KRALI! Adalet.az | ƏLAHƏZRƏT FUTBOL KRALI! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

ƏLAHƏZRƏT FUTBOL KRALI!

12822    |   2019-05-06 17:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Beş qitə dönərdi yaşıl meydana

Elə ki, çıxardı Pele ekrana.

Qibtə eləyərdi ayağa başlar,

Milyon göz baxardı teleekrana.

Şahmar Əkbərzadənin "Pele" şeirindən

Məhəllədə həmyaşıdları ilə futbol oynayan səkkiz yaşlı Edsonu yoldaşları "Pele” adlandırırdılar. Balaca bra­ziliyalı belə çağırılmasına həmişə etiraz edirdi. Buna bax­mayaraq, sonralar "Pele” dünya futbolunda ən tanınmış ad oldu. Bu təxəllüsü daşıyan şəxsin əsl adı isə Edson Arantes do Nasimentodur. Adqoyma əhvalatı Braziliyada indiyə kimi bütün oğlan uşaqlarının qovduqları əski top­dan, yəni "peladadan” başladı. "Pelada” Braziliyada fut­boldan sonra ən geniş yayılmış oyundur. Balaca Edison tezliklə "peladanın şahı” oldu. Onun haqqında Treskorasoeş kəndindən çox uzaqlarda danışmağa başladılar. Yerli əhali isə onu, sadəcə olaraq, "pelada kid” (pelada oğlu) adlandırdı.

TƏKRAROLUNMAZ REKORDLAR

Pelenin atası, 40-cı illərdə bacarıqlı futbolçu kimi tanınan Dondinyo aldığı, zədə nəticəsində vaxtından qabaq id­man karyerasını başa vurdu. O, oğlu Edsonun ilk məşqçisi və birinci azarke­şi oldu. Yerli "Bauru” klubunun yeniyet­mələr qrupunda oynayan Pele tez bir zamanda öz qeyri-adi istedadı ilə "San­tos” klubu rəhbərlərinin diqqətini cəlb etdi və o, 15 yaşından peşəkarlar heyə­tində çıxış etməyə başladı. 16 yaşında isə Braziliya yığmasına dəvət aldı.

Pele ilk qolunu 1956-cı il sentyabrın 7-də "Korintians”ın qapısından keçirmişdi. Sonuncu qolunu isə 1977-ci il oktyabrın 1-də ABŞ-ın "Kosmos” klubunda çıxış edərkən vurdu. Həmin gün Pelenin böyük futbolla vidalaşması mü­nasibətilə "Santos” və "Kosmos” klubları arasında matç təşkil olunmuşdu. Bi­rinci taymı "Kosmos”un heyətində oyna­yan Pele "Santos”un qapısından bir top keçirdi. İkinci taymda köynəyini dəyişə­rək "Santos"un tərkibində meydana çı­xan futbol ulduzu "Kosmos”un qapısına qol vura bilmədi. "Santos” 1:2 hesabı ilə məğlub oldu. Pelenin futbol bioqraifyası bu görüşlə başa çatdı.

Bütün dövrlərin ən məşhur futbol­çusu sayılan Pele bir çox rekordların sahibi, 17 yaşında dünya çempionu adını qazanmış ən gənc, üçqat dünya çempionu olmuş yeganə futbolçudur, iyirmi iki illik futbolçu karyerası ərzində o, 1368 matç keçirərək, rəqib qapılarına 1281 qol vurmuş, 1956-cı ildə bir möv­süm ərzində 129 qola imza ataraq, uni­kal rekord əldə etmişdir. Braziliya yığ­masında 85 görüş keçirən Pele 77 qo­lun müəllifi olub. Lakin onun futbol ustalığını təkcə riyazi rəqəmlərlə ölç­mək düzgün deyil. Bura, necə deyərlər, bir az emosional rənglər də əlavə et­mək lazımdır. Braziliya torsidası sevim­lisinin oyununu yaşıl meydanda görən­lər onun etalon futbolçu olduğunu təs­diq edirlər. Futbolun ən mürəkkəb texniki elementlərini ideal yerinə yetirən Pele rəqibin taktiki kombinasiyalarını pozmağa qadir idi. Topla böyük sürətlə irəliləyən və aldadıcı fəndlərlə müdafiəçiləri arxada qoyan Pele hər iki ayağı­nın güclü və dəqiq zərbələri ilə qapıçıla­rı məyus edirdi. O, bütün hərəkətləri hamıdan yaxşı yerinə yetirirdi. Hətta qapıçı ampluasında da bir çoxları ilə, elə Braziliya yığmasının qapıçısı Jilmarla mübahisəyə girişə bilərdi. Böyük fut­bol bilicisi, Braziliya psixoloqu doktor Jordis Qorveluo Pelenin oyununu sə­ciyyələndirərək yazmışdı: "Onda topa anadangəlmə refleks var, fikrinin sürəti isə normal sürətdən xeyli yük­səkdir. Bunun sayəsində o, istənilən vəziyyətdən çox asanlıqla çıxırdı. Meydanı həddindən artıq yaxşı gö­rür, digər futbolçuların ağlına gəlmə­diyi yerdə əlverişli mövqe axtarıb ta­pa bilirdi”.

ƏFSANƏ, FÖVQƏLADƏLİK, YOXSA REALLIQ

60-cı illərdə dünyanın ən güclü klub­larından biri hesab edilən "Santos”un aparıcı futbolçusu olmuş Pele öz iste­dadı ilə tamaşaçıları elə ovsunlayırdı ki, uzun müddət onun təsirindən çıxmaq olmurdu.

Umumdünya şöhrətli və milyonların sevimlisi olmaq gənc futbolçunun başı­nı gicəlləndirməmişdi. O, özünün dün­yada ən güclü futbolçu adlandırıldığını eşidəndə hətta narazı qalırdı: "Bu, düz deyil. Belə sözləri eşidəndə mən, sa­dəcə olaraq, qulaqlarımı bağlayı­ram”...

10 nömrəli köynək geyən Pele qol vurmağa həmişə can atırdı. Hər oyunun 90 dəqiqəsi ərzində Pele meydanda ilhamla, yaradıcılıqla, tam qüvvə ilə oynayırdı. Ölkə yığması­nın heyətində keçirdiyi matçlardan əla­və, mövsüm ərzində "Santos”un tərki­bində 110-120 dəfə çıxış etdiyini də nə­zərə alsaq, belə qənaətə gələrik ki, Pe­le il ərzində futbolun nə olduğunu gös­tərmək, pərəstişkarlarını öz sehrbazlığı ilə məftun etmək üçün həftədə iki dəfə yaşıl meydana çıxırdı. Lakin onun fut­bolda əsas işi qol vurmaq olub. Onu da demək lazımdır ki, dünyanın müxtəlif stadionlarında braziliyalı futbol ulduzu­nun rəqib qapılarına vurduğu saysız-hesabsız qolların siyahısında analoqu olmayanlar da var. Yaşlı azarkeşlər və futbol salnaməsini yazanlar həmin qol­lardan nadir sənət nümunəsi kimi danı­şırlar. 1959-cu ildə "Fluminense” ilə matçda öz cərimə meydançasında "Santos”un qapıçısı Jilmardan topu qə­bul edən Pele təkbaşına bütün meydan boyunca rəqiblərin mərkəz hücumçu­sundan tutmuş qapıçıya kimi hamısını aldadaraq topu boş qapıya vurmuşdu.

Bir dəfə də İtaliyanın "Yuventus” klubu ilə görüşdə rəqibin cərimə meydançasında havadan ötürülmüş topu sinəsi ilə qəbul edən Pele bir-birinin ardınca əha­təsində olan dörd müdafiəçini aldararaq, topu qapıdan keçirtmişdi. Bu epi­zodda top bir dəfə də olsun yerə toxun­mamışdı.

ŞAHI GÖZLƏDƏN FUTBOLÇU

Bax belə fantastik oyunu ilə Pele milyonların ürəyinə yol tapmış, onların kumirinə çevrilmişdi. Cənubi Afrikadan olan bir zənci Pelenin iştirakı ilə oyuna düşmək üçün bütün Afrikanı - Keyptaundan tutmuş Kasablankaya qədər olan məsafəni piyada və maşınla get­mişdi. Kolumbiya stadionlarından birin­də isə qəzəblənmiş azarkeşlər Peleni meydandan çıxaran hakimin özünü sta­diondan qovmuş və sonra futbol kralını matçı axıra kimi oynamağa məcbur et­mişdilər.

Pelenin bilavasitə köməyi sayəsin­də "Santos” bir çox mükafat və titulu qazanmış, habelə xeyli gəlir əldə etmiş­di. Futbol ulduzu doğma klubunda çıxışlarını başa vurduqdan sonra isə "Santos” uğursuzluq zolağına düşdü. Vəziyyəti belə görən klub rəhbərləri 50 yaşlı Peleni yenidən komandaya qay­tarmaq xülyasına düşdülər. Onlar fut­bolçunun adının sehrinə bel bağlayırdı­lar.

Yeri gəlmişkən bir vacib hadisəni də xatırlatmaq lazımdır.

1960-cı illərin ortalarında İtaliyanın "Milan" və "İnter" klubları Peleni öz heyətinə daxil etmək üçün "Santos" klubunun rəhbərlərinə o zaman üçün rekord sayılan qiymət - 10 milyon dollar təklif etmişdilər Bu təklif qəti etirazla qarşılandı: "Pele satılmır! O, dövlətin ən dəyərli vətəndaşıdır."

Bilirsiz niyə? Çünki Braziliya öz kofesini dünya bazarına "Pele" adı ilə ixrac edirdi və bu, ölkə büdcəsinə on milyonlarla gəlir gətirirdi. Karyerasının sonuna yaxın 37 yaşlı braziliyalı futbol ulduzu nəhayət, Nyü-Yorkun "Kosmos" klubuna keçməyə razılıq verdi.

Həqiqətən, futbol dahisinin adı və şöhrəti böyük gücə malik idi. 1967-ci il­də İran şahı Rza Pəhləvi Pele ilə şəkil çəkdirmək üçün futbolçunu gətirən təy­yarəni aeroportda iki saat gözləmişdi. 1969-cu ildə isə Afrikada bir-birinə düş­mən olan ordu hissələri Pelenin ustalı­ğının şahidi olmaq üçün münaqişəni dayandırmış və müvəqqəti barışıq elan etmişdilər.

Pelenin kütlələri hipnoz etmək qabi­liyyətini hətta bu gün də itirmədiyinə nümunə göstərmək olar. Avstraliya dövləti yaradılmasının 200 illik yubileyi­nə Pele də dəvət olunmuşdu. Onu qar­şılamaq üçün aeroporta 80 min adam gəlmişdi. Futbolun bu ölkədə o qədər də populyar olmadığını və Pelenin heç vaxt burada oynamadığını nəzərə al­saq, bu mənzərəyə təəccüblənməmək mümkün deyil.

"BU, PELEDİR”

Əgər bir anlığa keçmişə qayıdıb Pe­lenin oyununu görmək istəsəniz, onda saat yarımlıq "Bu, Peledir” sənədli filmi­nə baxmağınızı, məsləhət görərdik. Braziliya kinematoqrafçılarının çəkdiyi bu filmdə 10 nömrəli futbol ulduzunun "Santos” klubu və Braziliya yığmasında çıxış etdiyi zaman estetik baxımdan çox nadir görünən qollar lentə köçürülüb. Filmin bəzi epizodları, xüsusilə Pelenin iştirakı ilə keçirilən dörd dünya birincili­yi haqqında qısaca da olsa, danışmaq lazım gələcək. Qeyd etmək lazımdır ki, üçqat dünya çempionu adını qazanmış Pele iki dəfə həlledici final matçında oy­nayıb. 1962-ci ildə Çilidə keçirilən "Mundial"da zədələnmiş Peleni məşq­çilər finalda Amarildo il əvəz etdilər. Ta­maşaçıları oyunu ilə ovsunlayan təkcə Pele yox, həm də onun komanda yol­daşları Didi, Qarrinça, Vava, Zaqalo və digərlərinin məharəti olmuşdur. Filmdə ən yaddaqalan epizodlar 1958-ci ilin Brazilya yığması ilə əlaqədardır. Mütə­xəssislərin ümumi rəyinə görə, o döv­rün heyəti futbol tarixində XX əsrin ən güclü komandası hesab edilir. Kadrlara baxdıqca oyunların sürətli dinamikası, gərgin mübarizə anları, zərgər dəqiqliyi ilə ötürülən toplar və bir-birini əvəz edən təkrarolunmaz qolların şahidi olursan. Sonra isə qələbə qazanmış futbolçuların sevinc hisslərini, dövlət başçılarından aldıqları mükafatları, bə­zilərinin isə göz yaşlarını həyəcansız seyr etmək olmur.


1969-cu ilin 19 noyabrında 1000-ci qolunu "Vasko da Qama” klubunun qapısından keçirən Pele topu tordan çı­xardıqdan sonra öpüb ağlamışdı. Hə­min anı qapı arxasında duran fotomüxbirlər və operatorlar lentə köçürə bil­mişdilər. İngiltərədə portuqaliyalı mü­dafiəçilər amansızcasına vurub yıxdıq­ları zaman aldığı zədə nəticəsində meydanı tərk etməli olan futbol kralı ikinci dəfə göz yaşlarını saxlaya bilmə­mişdi. Dünyanın bir çox mətbuat orqan­ları həmin anı əks etdirən fotoşəkli aşa­ğıdakı sözlərlə vermişdilər: "Qudbay Pele! Qudbay Braziliya!”. Hakimlərə gəldikdə isə, onlar həmin birincilikdə yaradıcı futbolçuları müdafiə edə bilmə­mişdilər.

ONUN QARŞISINDA YASİN DƏ ACİZ QALIB

1958-ci ildə VI dünya çempionatın­da Braziliya yığması SSRİ seçmə ko­mandası ilə qrup oyunlarında görüşmə­li oldu. 4-2-4 sistemi ilə oynayan braziliyalılar bu matça mübariz heyətdə çıx­mışdılar. 17 yaşlı Pele, Qarrinça və Zito nümunəvi oyun nümayiş etdirərək öz istedadlarını tam parlaqlığı ilə göstərdi­lər. Yaşinin qoruduğu qapıya vurulan iki qolun müəllifi isə Vava oldu. Fianlda futbol sehrbazları birinciliyin ev sahibi İsveç yığmasına 5:2 hesabı ilə qalib gə­lərək ilk dəfə "Qızıl İlahə” kubokunu qa­zandılar. İki topun müəllifi Pele oldu.

1965-ci ilin iyulunda Avropada səfər oyunları keçirən Braziliya yığması Moskvada SSRİ seçmə komandası ilə yoldaşlıq görüşündə 3:0 hesabı ilə qalib gəlmiş və bu görüşdə Pele iki qol vur­muşdu.

1970-ci lidə Meksikada Braziliya millisi finalda İtaliya yığmasına 4:1 he­sabı ilə qalib gələrək, üçüncü dəfə dün­ya çempion oldu və həmişəlik "Qızıl İlahə"yə sahib çıxdı. Pele isə 1958-ci ildə olduğu kimi, 1970-ci ildə də dünya bi­rinciliyinin qəhrəmanı elan edildi.

ƏSRİN ƏN YAXŞI İDMANÇISI

1990-cı ilin 31 oktyabrında 50 yaşını qeyd edən dahi Pele Milan şəhərinin "San-Siro” stadionunun yaşıl meydanına çıxdı. Bu şou iki saatdan, artıq da­vam etdi. Birinci taymın sonuna bir ne­çə dəqiqə qalmış hakimin fiti eşidildi. Pele yubileyə dəvət almış futbolçularla - holland Van Basten, braziliyalı Alemao, uruqvaylı Françeskolu, italiyalı Ançelotti, rumın Hacı və digərləri ilə qu­caqlaşıb ayrıldı. Milan stadionunu tərk etməyə hazırlaşan futbol kralını pərəs­tişkarları: "Pele! Pe-le!”,- deyərək, al­qış sədaları altında yola saldılar.

Təntənəli mərasimdən qabaq jurna­listlərin: "Sizin varisiniz kim olacaq?” sualına Pele belə cavab verdi: "Məni həyatım boyu kiminləsə (əvvəlcə Di Stefano, sonra Kruiff, indi isə Maradona ilə) müqayisə etməyə çalışırlar. Bu cür müqayisə əbəsdir, çünki Pele təkdir”. Bununla o demək istəyirdi ki, hər bir istedadlı insan təkrarolunmazdır.

Braziliya yığmasının keçmiş məşqçi­si Joao Saldanya sevimli futbolçusu haqqında belə demişdi: "İngilis ədə­biyyatında Şekspir nə dərəcədə əhə- miyyətlidirsə, Pele də Braziliya fut­bolu üçün o dərəcədə qiymətlidir”.

...1999-cu il noyabr ayının son gün­lərində Vyana Dövlət Operasının bina­sına toplaşanlar XX əsrin ən görkəmli insanlarının adlarını açıqladılar. Keçiri­lən sorğuya əsasən, dünya futbolunun kralı Edson Arantes do Nasimento - əsfanəvi Pele 146 xal toplayaraq əsrin ən yaxşı idmançısı adına layiq görüldü. Peledən sonrakı yerləri aşağıdakı ardıcıl­lıqla dörd amerikalı tutdu:

2. Məhəmməd Əli (boks, 140 xal)

3. Karl Luis (yüngül atletika, 94 xal)

4. Maykl Çordan (basketbol, 80 xal)

5. Cessi Ouens (atletika, 49 xal)

8. Pyer de Kuberten (Fransa, Olimpi­ya Hərəkatı, 18 xal)

Həsən TAĞIYEV



İmza:
SON XƏBƏRLƏR
2019-07-18
2019-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK