deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | QHT yaradıram - Nicat NOVRUZOĞLU yazır Adalet.az | QHT yaradıram - Nicat NOVRUZOĞLU yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

QHT yaradıram - Nicat NOVRUZOĞLU yazır

5510    |   2019-05-07 09:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Niyə də yaratmayım ki?! Maşallah olsun ölkəmizdə aşağısı-yuxarısı 5000 QHT qeydiyyatdan keçib. Mənimki də olsun 5001-ci.

Bilməyənlər üçün yazım ki, QHT qeyri-hökumət təşkilatı deməkdir. Yəni hökumət təşkilatı deyil. İstədiyi vaxt işə gələ bilirlər, istədiyi vaxt da işdən gedə bilirlər. Elə QHT-də var ki, elə işi özüylə hərləyir. Möhürün qoyub cibinə gəzir. Hər yer onun üşün iş yeridi. Bunların işləri-gücləri ya dövlətdən, ya da hansısa təşkilatlardan pul qoparıb layihələr həyata keçirməkdir. Məsələn, görürsən ki, hardasa itə bir çomaq vururlar. Bunu eşidən kimi QHT-çi tez hay-küy salır. Etiraz aksiyası keçirir. Sonra hardansa pul qoparıb başlayır camaata itlərlə davranmaq qaydalarını aşılamağa. Başına yığır bir neçə başqa QHT-çini, tədbirlər keçirir, müsahibələr verir, şəkillər çəkdirib yayır, aldığından bir az xərcləyir, bir az da qoyur cibinə. Nəyi pisdi ki?! Hərə bir tərəfdən, onlar da bir tərəfdən.

Mən də fikirləşirəm ki, bir QHT yaradıb başlayım yaşamağa. Pulum pul, xətrim- hörmətimdə ki, QHT rəhbəri kimi. Özü də yazarların QHT yaratması dəbdi. Əksər QHT-çi elə əksər də yazardı. Yazar deyəndə ki, yəni KİV nümayəndəsi. Media mənsubu. Əvvəl qəzet açdılar. Ağ günə çıxartdılar milləti. İndi də qht açıb çıxardırlar. Nə az- nə çox, 5250 KİV-i, elə bir o qədər də QHT-si olan bir məmləkətdə yaşayırıq.

Mənim QHT-m uzunqulaqların hüquqlarını qoruyacaq. Uzunqulaq elə bil bir az quru səssləndi axı. Eşşək yaxşıdı. Olsun eşşək. Niyə məhz eşşəklərin?

O gün bir statistik xəbər oxudum. Gördüm orda yazılıb ki, eşşəklərin sayı günbəgün azalır. 5 il ərzində 11 952 baş azalıb. Hazırda respublikada 28040 başdırlar. 2015-ci ildə 39 992, 2016-cı ildə 35 816, 2017-ci ildə 34 068, 2018-ci ildə isə 30 854 baş olublar. Ən çox eşşək Gəncə-Qazax iqtisadi rayonunda (10524), ən az isə Ucar (1) rayonunda qeydə alınıb.

Məlumatda o da bildirib ki, 2015-2018-ci illər və 2019-cu ilin yanvar-mart aylarında Azərbaycana eşşək idxal olunmayıb. Elə bu cümlə məni tutdu. Deməli, elələri var ki, eşşəklərinə yaxşı baxır və sonra da bizim kimi eşşəklərinə yaxşı baxmayan ölkələrə eşşək ixrac edir. Bu da bir siyasətdi. Eşşəyə görə niyə onun-bunun qapısını döyək ki?!

Qərarım qətidi. Yaradacam QHT-ni.

İt bütün günü milləti dişləyib qudurtdurduğu bir vaxtda onların hüquqlarını qoruyan bir belə QHT varsa mən niyə eşşəyi qorumayım ki?! Eşşəyin itdən nəyi əskikdir ki?! Boyu boy, görkəmi görkəm, səsidəki səs. Hələ bir nəfərin eşşəkdən narazılıq etdiyini görməmişəm. Və ümumiyyətlə, kimin ağzı nədir ki, hansısa eşşəyə bir söz desin. Kimin hünəri var ki, eşşəyi qədərindən artıq yükləsin. Kimin cəsarəti çatar ki, eşşəyin sağlamlığına laqeyid yanaşsın.

Bir ofis kirayələyəcəm. Ofisin önünə eşşək heykəli qoyacam. Loqomuzda da eşşək şəkili.

Ofisə daxil olan da sizləri rəhmətlik Barış Mançonun "arkadaşım eşşək” mahnısı müşayət edəcək. Biri birindən gözəl eşşəklərlərin şəkli də divarları bəzəyəcək.

Adı dillər əzbəri olmuş eşşəklər barədə məlumatlar da ki, öz yerində. Məsələn, Molla Nəsrəddinin eşşəyinin həyatı, yaşadıqları ardıcıl xronologiya ilə təqdim ediləcək ziyarətçilərimizə.

Ofisimizdə xüsusi kitab da qoyulacaq. Kimin eşşəklə bağlı ürək sözləri, xatirələri varsa ora qeyd edəcək. Kitabda yazılanlar yazanların xahişi ilə məxfiliklə də qoruna bilər. Ola bilər ki, kimsə eşşəyə olan şəxsi sevgi hislərini ora yazsın. O qədər eşşək sevənlərimiz var ki. Bunu açıb-ağartmarıq. Bura olar sizin ürək açdığınız, sizə sirdaş olan bir məkan.

Eşşəklərin hüquqlarının qorunması ilə bağlı xüsusi tədbirlər həyata keçirəcəyik. Özünü kim eşşək kimi aparsa, eşşəkliyə qoysa və yaxud da eşşək kimi anqırsa onu verəcəyik məhkəmələrə. Əvvəl öz məhkələrimizə. Əgər kimlərsə onların yamın verməsə üz tutacağıq beynəlxalq məhkəmələrə, tribunalar. Yol verməyəcəyik ki, kimsə eşşəklərin hüquqlrını tapdasın. Eşşəyə nə aiddirsə o da eşşəyindi. Siz kimsiniz ki, eşşək olmaya-olmaya özünüzü eşşəkliyə qoyursunuz?

Biz yalnız eşşək sevərlərin yanında olacağıq.

Gözlərini eşşəyin gözlərinə oxşadanlara isə dəstək olacağıq. Kim istəməz ki, eşşəyin gözləri kimi gözləri olsun. O gözlər bilirsən nə qədər canlar alıb...

Açığı eşşəklərə çox güvənirəm. İnanıram ki, eşşəklərin sayəsində mən də bir gün görəcəm. QHT-mlə dünyanı fəth edəcəm. Bütün günü bizdən yazacaqlar. Eşşəkləri gündəmə gətirəcəm. Deyəcəklər ki, bu da eşşəyin hesabına ağ günə çıxdı. Və yaxud da bu da eşşəkdən yarıdı və ilaxır.

Hər şey alınacaq. Ən azından ona görə eşşəklərə güvənirəm ki, onlar palçığa bir dəfə batır.

Üstəlik, təzəliklə Bakıda eşşək ferması da açılıb. Deyirlər, südü çox xeyirlidir, xaricdə yaxşı gedir.

P.S. ABŞ –ın Demokrat Partiyasıyla da strateji qrant sazişi imzalayacam. Amerikalı strateji partnyorum hesabına qrant da sel kimi axıb gələcək. Axı, onların da qeyri-rəsmi simvolu eşşəkdir. Bundan sonrasa, özünüz bilirsiniz də, pul sel kimi gələcək. Ancaq bunu heç kimə deməyəcəm, çünki QHT sirridir.





İmza:

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK