deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Əbülfət MƏDƏTOĞLU: OLA BİLSİN Kİ... Adalet.az | Əbülfət MƏDƏTOĞLU: OLA BİLSİN Kİ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: OLA BİLSİN Kİ...

Bu bir vida pıçıltısıdır

4313    |   2019-04-29 09:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son vaxtlar el-obamdan, tanış-bilişlərimin arasından haqqa qovuşanların sayı bir xeyli artıb. Bəlkə də bu fəslin bir fəsadıdı və yaxud da hər kəs öz dayanacağında düşür... Və yaxud da bu da bir Tanrı qəzəbidir, bizim torpaqsız günlərimizə son qoyur... yurdsuz illərimizin nöqtəsini gerçəkləşdirir. Bilmirəm, amma hər nədirsə, gerçəklik bundan ibarətdir ki, hüzr yerlərinə, anım mərasimlərinə vaxt çatdıra bilmirəm. Ona görə də yolda-rizdə, ümumiyyətlə, hardasa qarşılaşanda həmin o mərasimlərinə qatıla bilmədiyim insanların doğmaları qarşısında sıxılıram. Burda bir gerçək də var, o da zamanın ölçüsüdür. Mən vaxtı çəkib uzatmaq gücündə deyiləm. Üstəlik də mənim el-obam az qala bütün Azərbaycana səpələnib. Bu da vaxtında onların yanında olmağa imkan vermir...

Bəli, indi bu yazını diqtə etməyə başlayanda da iki gün içərisində anasını və bacısını itirmiş bir dostumun dərdinə şərik olub bilgisayar otağına qayıtmışdım. O mərasimə gedəndə də, ordan üzü geri qayıdanda da ağlımda bir özüm idim, bir də Sən! Düşünürdüm ki, belə anımlardan, belə mərasimlərdən biri də bizi gözləyir. Təbii ki, onun vaxtını Tanrı təyin edəcək, bəlkə də edibdi artıq. Amma o günü bilməsəm də, o tarixin dəqiq hansı zaman kəsiyinə düşdüyünü hardasa ruhumla duyğularımla hiss etməyə başlamışam. Açıq-aşkar içimə, ürəyimə olan zərbələr, kürəyimə sancılan xəncərlər və bir də seyrələn ətrafım o zamanın nəfəsini duydurur mənə. Tez-tez Əzrayıl adlı mələyin kölgəsini də görürəm. Deməli, o uzaqda deyil və mən...

Bəli, mən münəccim olmasam da, içimdəki bu ulu sevgi Tanrı sevgisi kimi Allaha bağlıdır. Mənə hərdən olacaqları bu və ya digər şəkildə nişan verir, əlamətləri hiss etdirir. Bunu sənə də bir neçə dəfə demişəm. Gah gülümsəmisən, gah da "içimi qaraltma” demisən. Təbii ki, mən də söylədiklərimin bir növü acısını təkrar yaşamışam. Axı dediklərim sənə toxunur, səni ağrıdır. Buna isə mənim haqqım yoxdur. Ən azından ona görə ki, səni qarşıma çıxaran Tanrı mənə bu hüququ verməyib. Mən yalnız sevməyə məhkumam – özü də dünyanın ən böyük, ən dəli Məcnunu kimi! Ona görə də üzümü həmişə göy üzünə tutub Allahımla danışanda səhərlər etdiyim dualarımda sənin üçün də pıçıldamışam. Demişəm ki:

Elə yüklənmişəm kədərlə, qəmlə

Görünə bilmirəm adam içində...

Gözünün yaşını ovcumda cəmlə -

Mən üzə bilməyib batım üçündə!..


Xəyala bənzəyir həyat hekayəm

İnanan çətin ki, tapılsın ona...

Elə istəyirəm dili dualı –

Olanlar inancla tapınsın ona!


Ayaqda olmağım bəlkə xətadı

Axı kölgəm düşüb bir eşqin üstə...

Mənim ki, varlığım sənə ətadır –

Üzümü sənə tut, qurbanı kəs də!


Uzat bir telini yapışıb qalxım

Görüm ötənlərə təəssüfünü...

Kipriyin ucunda damlalar salxım –

Parlayır, süz içim təbəssümünü...


Bu misraları içimdə pıçıldaya-pıçıldaya təsəlli tapmaq istəyirəm. İnanmaq istəyirəm ki, səsimi, duamı heç kim eşitməsə də Allahım eşidir... heç kim mənim səsimə səs verməsə də, Allahım içimdə göyərtdiyi duyğuları elə özümün göz yaşımla suvarır, qurumağa qoymur, solmağa imkan vermir. Bununla da mənim sənin üçün, sənə görə, sənin xatirinə yaşamaq və daha çox da sevginə tapınmaq şansımı artırır. İmkan verir ki, sənə bir gün də artıq uzaqdan olsa da baxım, səni bir gün də artıq sevim, səni bir gün də artıq düşünüm. Bunlar Allahın mənə verdikləridi. Bəs sənin?..

Hə, sənin verdiklərinin dəyərini, ölçüsünü, çəkisini ifadə etməyə çətinlik çəkirəm. Çünki sənin verdiklərin yerə-göyə sığmayan sevginin ayaqda durmaq üçün etdiyi mücadilədir... apardığım savaşdı... içimə axan göz yaşıdı... sənin üçün qoruyub saxladığım təbəssümdü... sənə yazdığım misralardı... sənin xəyalınla qurduğum özəl dünyanın cizgiləridi. Bu, sənin mənə verdiklərinin çox kiçik bir hissəsidir. Sənin verdiklərinin içərisində ən böyüyü Həsrət və bir də anbaan yolunu gözlədiyim Vüsaldı. Təəssüf ki, bunlar ikisi də mənim içimdəki bu özəl dünyanın təkcə bəzəyi yox, həm də sütunlarıdı. Bunu da bir Allahım bilir, bir sən, bir də mən!..

İndinin özündə də mən o qurduğum dünyanın içində rahatlıq tapa bilmirəm. Gözüm hər yerdə səni axtarır, naxışlarımı, cizgilərimi soraqlayır. Etdiklərimi, edəcəklərimi sıralamaq, onları bir nəsihət kitabı kimi yazı stolumun üstünə qoymaq keçir könlümdən. Lakin könlüm istəyənlər nə vaxt gerçək olub ki?! Əgər olsaydı, onda bu misraları yazmazdım və sən də bu misralara görə məni, yəni sənsiz səninlə baş-başa qalanı günahlandırmazdım. Ona görə sənsiz səninlə deyirəm ki, sən həmişə məndən beş-on ağac uzaqda dayanmısan. Görməmisən ki, mən öz-özümə pıçıldayanda dediyim bu misralar dörd divarın arasından kənara çıxa bilmir...


Elə təklənmişəm, elə yalqızam

Elə bil dolmuşam, sanki sal buzam...

İlahi, mən niyə belə halsızam? –

Ovuda bilmirəm andır ürəyi...


Daşım da təklənib, daş üstə şeh də

Sovurur nə varsa daş üstə meh də...

Bir işə yaramır verdiyim beh də -

Barı sən dinləyib qandır ürəyi...


Üzümü tutduğum Kəbə evidi

İçim and yeridi, tövbə evidi!

Mənim sığındığım təbə evidi –

Götür, çaxmaq daşın yandır ürəyi...


Şum yeri sinəmdi, qəmdi əkdiyim

Didəndən yanağa sudu çəkdiyim...

Məni yük altında əyən təkliyim –

Çatlatdın, vur yerə, sındır ürəyi...

***

Heç yadımdan çıxmır, daha doğrusu, yadımdan çıxması mümkün deyil. Ona görə mümkün deyil ki, o yaşam, o duyğu, o fikir mənim ömrümün ifadəsidir. Bu ifadə də özünü sədaqətdə, sevgidə, dözümdə təsdiq edir. Yəni Allaha sədaqət, sevgi və onun verdiklərinə dözüm adamı adam eləyir, adamı ayaq üstə saxlayır. O vaxta qədər ki, sən Allahı, dünyanı da, sevdiyini də can köynəyindən də yaxın, lap ürəyinin içində görürsən, hiss edirsən. Belə olan halda özün-özünü, ürəyini necə yadından çıxararsan? Ümumiyyətlə, bunu müzakirə etmək, bunu düşünmək zənnimcə mümkünsüzdü. Olsa belə bunu mən ağılsızlıq sayaram. Yəqin ki, siz də özünüzlə tək qalanda, öz dünyanızın qapı-pəncərəsini bağlayıb Allahınızla, sevginizlə söhbətləşəndə, etiraf etmiş olursunuz həm günahlarınızı, həm günahsızlığınızı, həm də içinizdə olanı gün işığı kimi daha da nurlandırmağı, ocaq kimi daha da gur yandırmağı. Şəxsən mən bir an da olsun belə yazdığım bu fikirlərdən uzaq dayanmıram. Özümün hər anını, yazdıqlarımın, dediklərimin içində görürəm. Bu da mənə bir az da yaşamaq, necə deyərlər, iynə ucu boyda ümidli olmağa şərait yaradır. Yəni tam səmimi desəm, hətta çevrəmdə anlaya bilmədiyim baş verənlərin içərisində o bir qığılcım olur, bir qor olur. Və mən də o qığılcımın istisinə isinə-isinə onu alovlandırmağa bütün varlığımı həsr edirəm. Və bilirəm ki, bu birmənalı və təmənnasız mücadilənin qəhrəmanı sənsən. Yəni hər şey, bütün həyatım sənə aiddir. Lap son nəfəsə, son pıçıltıya qədər...

Təbii ki, bunlar mənim iç dünyamın sirləri, sözləri, yaşantılarıdı. Bunu bilsə yalnız Allah bilər. Sən də oxusan bu yazıdan anlayarsan və görərsən ki, mən öz yaşantılarımı bəzən belə də ifadə edirəm.

Yorulub qalmışam yol kənarında

Səsim də düşübdü quyu dibinə...

Ağrı var cismimin sol kənarında –

Hopubdur gözümün suyu dibinə.


Nə baxır, nə də ki, adımı çəkir

Min ilin yadı tək ötür yanımdan...

Varlığım qurumuş ağac tək çökür –

Əyilib sevgini götür canımdan.


Qalmasın ortada iki ürəyim

Göy üzündən gələn bu sevgi payı...

Yerə vurmağınla eşqin kürəyin –

Azaltdın dünyada Məcnunun sayın.


Könlündən keçirsə eşqə bürünmək-

Fədakarlıq ola gərək içində...

Sənə çətin oldu mənlə görünmək –

Bir çətir altında, ürək içində...


Doğrudan da bu dünyada bir çətirin, bir ürəyin içərisində sığınmaq, qorunmaq, yaşamaq, sözün bütün mənalarında bir olmaq ən böyük xoşbəxtlikdir. Hətta o çətir su saxlamasa da, o ürək ağrılı olsa da, o sığındığın ünvan ovuc içi boyda olsa belə bir yerdədisə, o məkan elə axtardığın cənnətin özüdü, soraqladığın, yolunu tapmağa çalışdığın, yolunu bəlkə də artıq tapıb tutduğun cənnətin özü! Az-çox dünya görüşümə, həyata baxışlarıma güvənib deyə bilərəm ki, cənnət-cəhənnəm anlayışı hər kəsin içindəkilərindən, xidmətlərindən, yaşantılarından, Allaha bağlılığından və bir də ki, insanlığından keçir. Ona görə də mən hər gün içimi, içimdəki səni ziyarət edirəm. Və bu ziyarətlər də mənim üçün elə cənnətdə olmaqdı, Cənnətdə yaşamaq haqqını qazanmaqdı. Axı səni, sənin sevgini mənə bəxş edən Allahımdı. Mən də onun təbəsi kimi bu hədiyyənin pərvanəsiyəm. O məni görsə də, görməsə də, o məni sevsə də, sevməsə də. Və hətta mən bu tərəddüdlərin içərisində olan Sənə üz tutub deyəndə ki:

Yoxam mən işıq kimi

Sönmüşəm, qaranlığam...

Dözmüsən bura qədər –

Döz, artıq bir anlığam...


Vidamı yuxu kimi

Suya söyləyib yozma...

Sən qaraltma içini –

Heç halını da pozma...


Yaşamım özümə yük

Sənə isə cəzadı...

Nə qədər olsa böyük –

Unudulan qəzadı...


Varlığa alışmağın

Yoxluğa da öyrədər...

Əlindən uçub gedən –

Kəpənəktək göynədər!..


***

Mən "Qu quşunun son nəğməsi”ni çox sevirəm. Ola bilsin ki, özümlə, təbii ki, həm də səninlə etdiyim bu söhbət ürəyimin son pıçıltılarından biridir. Ola bilsin ki, son məktubdur, son vidadır. Ola bilsin ki...

Ümumiyyətlə, bütün ola bilsinlər indiki anda mənim ağlımın içində oturub və bu ola bilsinlər öz göz yaşlarını bu yazının üstünə çiləyibdi, damarına hopdurubdur! Ola bilsin...




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK