bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri Adalet.az | Formula 1 ərəfəsində Bakıdakı hotellərin 90-95 faizi dolub Adalet.az | Formula 1 ərəfəsində Bakıdakı hotellərin 90-95 faizi dolub Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Formula 1 ərəfəsində Bakıdakı hotellərin 90-95 faizi dolub

3066    |   2019-04-25 09:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

26-28 aprel tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq Bakının mərkəzində yerləşən hotellərdə yerlərin 90-95 faizi dolub.

Bunu Trend-ə Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi deyib.

S.Dübəndi bildirib ki, yarışlarla bağlı şəhərin mərkəzində yerləşən bir sıra iri hotellər daha çox turist qəbul edib: "Bir qədər kiçik hotellərdə də sıxlıq var. Belə ki, təxminən 65-75 faiz arası sıxlıq nümayiş olunur. Bu, mövsüm üçün yüksək göstəricidir”.

Onun sözlərinə görə, Formula 1 hotelçilik və turizm sənayesi baxımından çox önəmli tədbirdir: "Formula 1 kimi irimiqyaslı tədbirlər ölkəyə əlavə turist cəlb edir. Azərbaycan yeni turizm destinasiyası kimi dünyaya açılır. Tədbir sayəsində turizm infrastrukturumuz, o cümlədən hotellər, restoran xidmətləri, əyləncə, taksi xidmətləri, suvenir satışı və s. sahələrdə canlanma nəzərə çarpır".

Assosiasiya sədri qeyd edib ki, Formula 1 Azərbaycanın turizm imkanlarını tanıtmaq baxımından da önəmlidir: "Turistlər yarışlardan əvvəl gəlir, yarışlardan sonra da qalıb Azərbaycanın turizm imkanları ilə tanış olurlar. Formula 1 bahalı idman növüdür və onun azarkeşləri də varlı adamlardır. Biz onlara yeni turizm məhsulları təqdim etməliyik. Söhbət region turlarından gedir. Bu, onlar üçün daha maraqlı olar".

Mütəxəssis deyib ki, turizm sənayesinin Formula 1-dən gözləntiləri yüksəkdir: "Ümid edirik ki, builki yarışlar da turistlərin sayının artmasına təsir edəcək. Dövlət turizm sənayesi qarşısında məqsədlər qoyub. 2020-ci ilə biz 4,5 milyon turist qəbul edə biləcəyik”.




İmza:

Azay Quliyev QHT layihələrinin maliyyələşdirlməmə səbəblərini elan etdi

Səfər Mehdiyev Gəncə şəhərində, Göygöl, Daşkəsən rayonlarında vətəndaşları qəbul edib

"İrəli" gəncləri Azərbaycan mədəniyyətini beynəlxalq layihədə təmsil edib

Kosmik hava durumu açıqlandı

Diaqnostik qiymətləndirmədən keçməyən müəllimlərin də maaşı artacaq - RƏSMİ

Bu gün 40 dərəcə isti gözlənilir

Biləsuvarda sahibkarlarla görüş keçirilib

Vilayət Eyvazov Daxili İşlər naziri kimi vətəndaşları qəbul edib

Dövlət Komitəsinin sədri Kürdəxanıda məcburi köçkünlərlə görüşüb

Ceyhun Rzayev: Mən yaxşı adam olsaydım, sən bu vəziyyətdə olmazdın

Bazar günü hava 39 dərəcə isti olacaq

Komitə sədri: Səhiyyə işçilərinin də əməkhaqqı artırılacaq

SON XƏBƏRLƏR
2019-06-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK