bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri Adalet.az | Millət vəkili: Ermənistan və havadarları tərəfindən növbəti təxribat hazırlanır Adalet.az | Millət vəkili: Ermənistan və havadarları tərəfindən növbəti təxribat hazırlanır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Millət vəkili: Ermənistan və havadarları tərəfindən növbəti təxribat hazırlanır

6122    |   2019-04-24 14:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın iqtisadiyyatı, müdafiə qüdrəti gücləndikcə, beynəlxalq aləmdə nüfuzu artdıqca təcavüzkar Ermənistan buna ancaq müxtəlif istiqamətlərdə, müxtəlif səviyyələrdə təxribatlar törətməklə cavab verə bilir. Bu günlərdə Ermənistan və onların havadarları tərəfindən Azərbaycana qarşı növbəti təxribat həyata keçirilib və növbəti təxtibat hazırlanır. Bunu Trend-ə açıqlamasında millət vəkili Rauf Əliyev bildirib.

R.Əliyev bildirib ki, mövcud qaydalara görə, BMT təşkilata üzv olan hər bir ölkənin insan hüquqları üzrə illik hesabatını qəbul edir. Ancaq budəfədəki hesabatda Ermənistan tərəfindən təxribata yol verilib: "Xaricdəki havadarlarının köməyi ilə Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin hesabatını BMT-nin rəsmi saytında yerləşdirməyə nail olub. Düşmən ölkə çox yaxşı başa düşür ki, Azərbaycan hərbi cəhətdən dəfələrlə Ermənistanı üstələyir. Buna görə də onların ümidi yalnız informasiya müharibəsinə qalıb. Bu vaxta kimi Ermənistanın çoxsaylı təxribatlarına şahid olmuşuq. Ancaq bu dəfə onlar üçün bu təxribata BMT şərait yaradıb".

O qeyd edib ki, BMT-nin müvafiq qurumlarının bu hərəkətini heç cür başa düşmək olmur: "Hamıya məlumdur ki, BMT 1993-cü ilin 30 aprel, 29 iyul, 14 oktyabr və 12 noyabr tarixli qətnamələri ilə və müxtəlif vaxtlarda qəbul etdiyi bəyanatlarla Ermənistandan qoşunlarını işğal edilmiş Azərbaycan torpaqlarını qeyd-şərtsiz çıxarmağı tələb edib. Qətnamələrin qəbul edilməsindən 26 il keçməsinə baxmayaraq, təcavüzkar dövlət BMT-nin bu qətnamələrini heçə sayaraq işğalı davam etdirir.

Bir tərəfdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr, bəyanatlar, digər tərəfdə separatçı rejimin hesabatının rəsmi saytda yerləşdirilməsi. Bu, necə baş verə bilər? Bu onu göstərir ki, Ermənistan rəhbərliyi, onları dəstəkləyən xaricdəki havadarları bütün vasitələrdən istifadə edərək öz məqsədlərinə informasiya müharibəsində üstünlüyə nail olmaqla çatmaq istəyirlər. Bu qüvvələr BMT-yə də ayaq aça biliblər. Belə halların qarşısının alınması, gələcəkdə bir daha baş verməməsi üçün bu məsələ müvafiq qurumlar tərəfindən ciddi surətdə araşdırılmalı və qanunsuz, qondarma hesabat BMT-nin rəsmi saytından çıxarılmalıdır".

Deputat deyib ki, Ermənistan tərəfindən növbəti təxribat hazırlanır: "Müxtəlif kütləvi informasiya vasitələrində yayılmış məlumatlara görə, Bolqarıstanda Hitlerin yaxın silahdaşlarından biri olmuş, Vermaxtın erməni cəza legionunun yaradıcısı "general Njde" kimi tanınan, II Dünya müharibəsi zamanı yüz minlərlə günahsız insanın qətlində iştirak etmiş Qaregin Njdeyə Bolqarıstanın Pliska şəhərində abidə qoymaq nəzərdə tutulub. Njde Ermənistanda milli və etnik zəmində nifrəti təbliğ edən nəzəriyyənin banisi hesab edilir. Onun başçılıq etdiyi hərbi birləşmələr tərəfindən 1918-1920-ci illərdə Zəngəzur qəzasında 10 mindən çox azərbaycanlı qətlə yetirilib, 115 Azərbaycan kəndi yerlə-yeksan olunub. O, eyni zamanda, "böyük Ermənistan” ideyasının müəlliflərindən biridir. Məqsəd qonşu dövlətlərin, ilk növbədə isə Azərbaycanın torpaqları hesabına "böyük Ermənistan” yaratmaqdır. İkinci Dünya müharibəsi bitdikdən sonra keçmiş SSRİ-nın hərbi tirbunalı tərəfindən Njde hərbi cinayətkar kimi məhkum olunub".

R.Əliyev bildirib ki, BMT Baş Assambleyasının müvafiq qətnaməsinə görə hərbi cinayətlərdə iştirak edən, İkinci Dünya müharibəsi zamanı nasistlərlə əməkdaşlıq etmiş şəxslərə abidələrin, xatirə lövhələrinin qoyulmasının qarşısının alınması üçün üzv dövlətlərə çağırış edilib:

"Bu cəllada, erməni faşistinə artıq Yerevanda milli qəhrəman kimi abidə qoyulub. Bu hadisəyə Rusiya, Azərbaycan və daha bir neçə ölkə öz etirazını bildirsə də, ümumilikdə dünya ictimaiyyəti, özlərini yüksək demokratik dəyərlərə sahib, insan hüquqlarının hər şeydən üstün olduğunu bəyan edən Qərb ölkələri susdular və indi də susurlar. Bu, dünyada ikili standartların ən yüksək səviyyədə davam etdiyini göstərir. Buna yol vermək olmaz, bu abidənin qoyulması II Dünya müharibəsində həlak olan milyonlarla günahsız insanın ruhlarına xəyanət olar. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, dünyanın aparıcı ölkələri, birinci növbədə Bolqarıstan hökuməti bu utancverici məqsədin qarşısının alınması üçün lazımi tədbirlər görməlidirlər".




İmza:

Çavuşoğlu: Türkiyə və Azərbaycanın münasibətləri daha da möhkəmlənəcək

Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib

İlham Əliyev Vyana Beynəlxalq Konfransının iştirakçılarına məktub göndərdi

Əli Əhmədov: Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir

Türkiyəli jurnalistlər Mətbuat Şurasına getdilər

“İlham Əliyev xalqa verdiyi vədlərini yerinə yetirir” - Hadi Rəcəbli

XİN başçılarının görüşü: Təzə bir şey yoxdur

Baş prokuror Türkiyənin Baş Ombudsmanı ilə görüşüb

Deputat: “Beynəlxalq hüququn aliliyi erməni lobbisinin maraqlarından üstündür”

Tahir Rzayev: “İlham Əliyevin sərəncamları əhalinin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edir”

“Prezidentin yanında işini bilən insanlar çalışmalıdır” - Eldar İbrahimov

Çingiz Qənizadə: “Əli Nağıyev Eldar Mahmudov kimi OBXSS işçisi deyil”

Azərbaycanın Birinci vitse-prezidenti BMT-nin xüsusi mükafatına layiq görülüb

ƏLİ MƏSİMLİ DEYİR Kİ…

İSTANBULDA BƏLƏDİYYƏ SEÇKİLƏRİNDƏ QAZANAN NƏ MİLLƏT İTTİFAQIDI, NƏ DƏ ...

HƏYATIMDA ƏN ÇOX XOŞUMA GƏLƏN ŞƏKİL

ƏKRƏM İMAMOĞLUDAN KÜSMIŞIX

“Gürcüstanla Rusiya arasında gərginlik Azərbaycan müsbət heç nə vəd etmir” - Deputat

Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib

XİN başçılarının görüşü: Təzə bir şey yoxdur

Əli Əhmədov Nazirlər Kabinetində iclas keçirdi

İqbal Ağazadə: “Mənasız, əhəmiyyətsiz bir görüşdür”

SON XƏBƏRLƏR
2019-06-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK