adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Aprel 2019 18:18
39882
LAYİHƏ
A- A+

Yalan ayaq tutsa da...

(əvvəli ötən sayımızda)

Sadaladığım məhəllələrdə azərbaycanlılar yaşayırdılar. O ərazidə erməniyə məxsus bir dənə də olsun yer-yurd adı yox idi. Həmin tarixi abidələri, məhəllələri ermənilər də bizim kimi adlandırırdılar. O zaman şəhərin kiçik bir küçəsinin qərb tərəfində erməni sənətkarları yaşayırdılar. Onlar evlərinin qabağında xırda dükanlar açıb xırdavat satır, at-qatır nallayırdılar".

Həmin tarixi, memarlıq abidələrindən biri də yoxdur. Ümumiyyətlə İrəvan xanlığında 1587 məscid, 23 mədrəsə, Zəngəzur, Uçkilsə və başqa bölgələrdə 830 məscid, 1934 mədrəsə, Ermənistan ərazisində 500-dən artıq qəbristanlıq tamamilə dağıdılıb yerlə yeksan edilib, baratası qalmayıb.

Cənab konqresmenlər, zəhmət olmasa adı çəkilən bölgələrə güzar edin, həmin tarixi, mədəni abidələrin bircəciyinin xarabasını göstərin və deyin "Beynəlxalq birliyin bir üzvü kimi Ermənistan mədəni və tarixi irsi qorumağa borcludur".

1918-ci ildə daşnak lideri Andronik Ozonyan Zəngəzurun azərbaycanlılar yaşayan 115 kəndini yerlə yeksan edəndə 7729 nəfər azərbaycanlıya ağılasığmaz işgəncələr verib. Ətlə dırnağın arasına iynə yeritmək, barmağı qapının arasında qoyub sıxmaq, ayaqları nallamaq, lüt kürəyə qaynar samovar şəlləmək, baldırın dərisini soyub yerinə duz səpib həməyin keçilərə yalatdırmaq, gözün bəbəyini bıçaqla ovub çıxartmaq, başı arxadan kəsmək, sinələri qızğınla dağlamaq dünya təcrübəsində qeydə alınmayan işgəncə növləridir ki, bunları vəhşiləşmiş, insanlıqdan çıxmış ermənilər azərbaycanlıların üzərində tətbiq ediblər. 7729 nəfərin 3257-si kişi, 2276 -si qadın, 2196 nəfəri isə kicik yaşlı uşaqlar olub. 1916-cı ildə aparılan əhalinin siyahıya alınmasına dair statistik məlumata nəzər salaq.

İrəvan qəzasında azərbaycanlıların sayı 370 min olduğu halda 1922-ci ildə bu rəqəm 70 minə endirilmişdir. Zərgəzurda 119,5 min, Yeni Bəyazid qəzasında 50,7 min Sürməli qəzasında 45 min azərbaycanlı yaşayırdı. Göyçə, Vedibasar, Zəngibasar, Qaraqoyunlu, Ağbaba, Dərələyəz bölgələrində də azərbaycanlılar əksəriyyət təşkil edirdilər.

Hörmətli ABŞ konqresmenləri, hazırda Azərbaycanda 30 min erməni yaşayır.

Gəlin görək o boyda Ermənistanda dərmana bircə azərbaycanlı yaşayırmı? Özünüz nəticə çıxarın! Ermənistanda azərbaycanlılara məxsus olan yer-yurd adları mərhələ-mərhələ ermənilərin zövqünə uyğun dəyişdirildi, ya da bir dəfəlik məhv edildi. Ümumiyyətlə 1935-ci ildən başlayaraq 1989-cu ilə qədər 662 şəhər, qəsəbə, rayon, çay, dağ, daş adları dəyişdirilib erməni adı almışdı.

Hələ keçən əsrin 70-ci illərində ermənilərin belə separatçı hərəkətlərinə qarşı etirazımı, nifrətimi şerlərimdə, poemalarımda bildirirdim.

Mənim babam qoruyub,

İtirdiyim torpağı.

Buna canlı şahiddir,

Ağrı dağa, Şah dağı.

Mənim babam tikdiyi

Məscidi dağıtdınız

,

Son illərin içində

Gör neçə dağ uddunuz.

Göyçə kimi mahalı,

Eylədiniz Vardenis

İşıqlını İşxandağ

Zəngibasarı Masis.

Xankəndini dəyişdin,

Ağdərəni, Gəncəni,

Ağbabanı dəyişdin.

Neçə eli-obanı,

Gülüstanı dəyişdin!

Mənim doğulduğum, boya-başa çatdığım Zəngəzur mahalının Sisiyan bölgəsində 38 yaşayış məntəqəsinin adları aşağıdakı kimi ya dəyişdirilmiş, ya da yerli-dibli yox edilmişdir.

№ Keçmiş adı İndiki adı Dəyişdirildiyi tarix

1 Ağdü Aqidi, Aqxitu 1935, 1989

2 Işıqlıdağ İşxandağ 1960

3 Bazarçay Vorotançay 1968

4 Urud Voratan 1968

5 Əlili Salvard 1935

6 Məliklər Spandaryan 1930

7 Saybalı Sarnaqunk 1946

8 Məzrə Bartsravan 1946

9 Ağkənd Aşotovan 1948

10 Ərəvsə Arevis 1968

11 Təzəkənd Tasik 1968

12 Şam Şamp 1968

13 Ərikli Məhv edilib 1918

14 Şukar "-------------" 1918

15 Şukarlı "-------------" 1918

16 İrmis "-------------" 1918

17 Bəhluli "-------------" 1918

18 Dərəkənd "-------------" 1918

19 Qalaçıq "-------------" 1918

20 Hortuyüz "-------------" 1918

21 Zabazadır "-------------" 1918

22 Şükürbəyli "-------------" 1918

23 Kəndyeri "-------------" 1918

24 Çınqıllı "-------------" 1918

25 Qaraçılar "-------------" 1918

26 Anabat "-------------" 1918

27 Abdalanlı "-------------" 1918

Andronikin quldur dəstələri od vurub yandırıb, dağıdıb,yerlə yeksan edib azərbaycanlılar yaşayan bu kəndləri.

Ermənilər təkcə torpaqlarımızı işğal etməklə, tarixi və mədəni abidələrimizlə, yer-yurd adlarımızı erməniləşdirməklə kifayətlənmirlər, onlar həm də musiqimizi, mədəniyyətimizi işğal edirlər, oğurlayırlar və özününküləşdirməyə çalışırlar. Özü də hiyləgərliklə, saxtakarlıqla.

Aynur Hacıyevanın araşdırmalarına diqqət yetirəndə adamın ayağının altından yer qaçır. Nə qədər sırtıq, acgöz, hiyləgər, haramzadadır bu ermənilər.

R.Çaparidze yazır:

- " Bu vaxtacan görmüşdük ki, adam adamın sey-suyunü oğurlaya bilər, bütöv bir xalqın tarixini həyasızcasına oğurlayıb mənimsəmək isə təzə şeydir".

1916-cı ildə Sedrak Maqalyan adlı bir daşnak "Arşın mal alan"nı erməni dilinə tərcümə edir və Eriksyanın teatrında erməni dilində tamaşaya qoyur. Tamaşanın uğur qazandığını görən Maqalyan sonralar afişalarda Üzeyir bəyin adını göstərmir. Bu sahədə həyasızlaşan S.Maqalyan əsəri aparır Amerikaya və öz əsəri kimi təqdim edir. Lakin əsərin kim tərəfindən yazıldığını bilən Amerika ziyalılarından biri- professor Okorkov 1924-cü ildə Üzeyir bəyə Nyu-Yorkdan məktub yazır:

- " Sizin "Arşın mal alan" burda hər yerdə və hər yanda göstərilir. Sizin əsəriniz Amerikada olduqca böyük müvəffəqiyyətə malikdir. Hansısa bir Maqalyan bu operettanızı özününkü kimi qələmə verir və çox böyük məbləğdə pul qazanır.

Maqalyan o qədər varlanmışdır ki, özünə böyük bir imarət tikdirmiş və onun frontonunda iri hərflərlə "Arşın mal alan" sözlərini yazdırmışdır".

Bax görürsünüz erməni saxtakarlığı hər yerdə özünü açıq-aydın göstərir. Hələ bilmirik. Culfada hansı erməni abidəsi varmış, belə hay-küy salıblar. Bəlkə alban kilsələri də erməniləşdirirlər.

Bu bədbəxt millət 1828-ci ildən Azərbaycana gəlmələrini tarixə salıblar, indi qədimdən danışırlar. 1978-ci ildə Xocavənd rayonunun Marquşavan kəndində ucaltdıqlari abidənin üstündə yazdiqları 1828-1978 gəlmələrinin 150 illiyini qeyd etmələri hər şeyi təsdiqləyir.

1988-ci ildə noyabr-dekabr aylarında qışın oğlan çağında azərbaycanlılar yaşayan 22 rayondan 210 min nəfər əhalinin kütləvi surətdə deportasiya edilməsi, 217 nəfərin müxtəlif işgəncə ilə qətlə yetiriləməsi 400-dən çox yük maşınının, 25 min ailənin əmlakının qarət olunması, 40 897 azərbaycanlı ailəsinin öz dədə-baba yurdlarından, isti ocaqlarından, bərəkətli bucaqlarından zorla qovulmaları hansı beynəlxalq qanunlara sığar?

Düz yüz dörd ildir ki, ermənilərin uydurma 1915-ci il 24 apreli erməni soyqırımı günü qərara alıblar. (Genosid)i əllərində bayraq edib döymədikləri qapı qalmayıb. Bu uydurmanı inkar edən yüzlərcə müəllifin yazdıqlarını hesaba qoymurlar. Onların məntiqsiz çıxışları ağlabatan olmadığı üçün heç kim tərəfindən təsdiqlənmir. Camaat erməni kimi kütbaş deyil ki, 1915-ci ildə cəmi 1 300 000 erməni olub. Bəs necə oldu ki, qırğın vaxtı 1,5 yaxud 2 milyon erməni soyqırımına məruz qaldı? Axı fırıldaqçı ermənilər bəzən uydurmalarına nail olublar. Ona görə də bu gün də, beynəlxalq təşkilatların qapısını döyürlər, uydurmalarını həyata keçirmək istəyirlər. Ancaq onlar bilməlidirlər ki, "yalan ayaq tutsa da yeriyə bilməz".

Əvəz Mahmud Lələdağ