nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Bətnimdəki övlad - Nicat Novruzoğlu yazır Adalet.az | Bətnimdəki övlad - Nicat Novruzoğlu yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Bətnimdəki övlad - Nicat Novruzoğlu yazır

13853    |   2019-04-22 18:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mən evin bir övladıyam. Nə bacım var, nə qardaşım. Səbəbi budur ki, atam çoxdan rəhmətə gedib. Mən doğulmamışdan əvvəl. Mənim üzümü görməyib. O, o dünyaya gedəndən sonra mən bu dünyaya gəlmişəm.

Əvvəllər yəni uşaq vaxtlarımda tək olmağım mənim üçün elə də problem yaratmırdı. Oyuncaqlarımla da tək oynayırdım, televizora da tək baxırdım, saqqızımı da tək özüm çeynəyirdim və s. Şərikim yox idi. Zaman keçdikcə gördüm ki, təklik heç də yaxşı deyil. Ətrafımdakı çoxuşaqlı ailələri izlədikcə bunun isbatını görürdüm. Onlar bir-birinə kömək, dəstək olurdular. Günləri də maraqlı keçirdi. Mən isə kömək üçün gərək kimisə tapaydım. Gizlənpaç üzünə həsrət qalmışdım.

Taleyim belə yazılmışdı. Mən evin tək övladı kimi yaşamalıydım. Və indi də yaşayıram.

Bu təklik böyüdükcə, yaşa dolduqca məni o qədər sıxdı ki, artıq özümə söz verdim ki, əgər ailə qursam övladlarımın sayı çox olmalıdır. Bacının bacısı, qardaşın qardaşı olmalıdır. Yəni ən azı 4 uşaq.

Kim çox uşağın olmasına qarşı çıxırdısa onun üstünə gedirdim və özümün yalqız həyatımdan misal çəkərək başa salırdım ki, uşağın bol olması vacibdi.

Bizdən əvvəlki nəsildə uşaq bol olub. Atamgil 6 uşaq, anamgil 7 uşaq. Ümumiyyətlə, yaxın keçmişimizə nəzər salanda bir və ya iki uşaqla kifayətlənən ailələrə çox az-az rast gəlinir. Mən də dünənə baxıb sabahı qurmaq istəyirdim.

Sabah, yəni bu gün isə dünənin əksinə olaraq çoxuşaqlı ailələr çox azdı. 2 uşaq hər kəsin evində var. Kimin 3 uşaq varsa 3-cü uşağı dünyaya gətirməsi üçün bəhanələri olub. Ya 2 oğulları olub, deyiblər ki, qoy 1 qızımız da olsun. Ya da ki, əksinə. Tək-tək hallarda olur ki, 1 qizi və 1 oğlu olan ailə 3 –cü övladın da olmasında maraqlı olsun. Daha əvvəlki vaxtlar kimi indiki ailələrdə 6,7,8 uşaq yoxdur. Heç səbəbini soruşa da bilməzsən. Adamı topa qoyub atarlar dünəninə. Deyərlər get qal orda. Ya da ki, övladlarını bətnlərindən abortla çıxartdıqları kimi səni də abort edib tullayarlar öz kiçik cəmiyyətlərindən uzağa.

Nəsilin artımını oğul üzərindən saydığımızdan oğul övladının ailədə tək olması isə ümumiyyətlə, yaxşı hal deyil. Müharibə-filan...

Mən ailələrin niyə çoxuşaqlı olmamağını başa düşə bilmirdim. O vaxtacan ki, özüm də ailə qurdum.

Bu gün iki uşağım var. Bu uşaqları saxlamaq o qədər çətin, mürəkkəbdir ki, övladların sayını artırmaq barədə heç fikirləşmək belə istəmirsən. Yox səhv yazdım, fikirləşirsən, amma həyata keçirmirsən. Sosial qayğılar adamı sıxır. Ayın başından cibini qova-qova gedib çıxırsan ayın axırına. Ardıcıl ayların qovhaqovundan bezib hələ özünü arada danlamağa da başlayırsan ki, nə var ey evlənməkdə. Mələyi qaçırdan sultanlıq təpənə şillələyə-şillələyə oturur çiyinində. Düşmür ordan. Bu problemlərin içində qıvrıla-qıvrıla subaya da deyə bilmirsən ki, get evlən.

Doğular doğulmaz başlayır uşağın "rasxodları”. Bu o "rasxod”lardıkı əslində olmamalıdır. Sadəcə, onu kimlərsə yaradır və qoymur ki, 10 milyonuncu adam 2015 və yaxud 2017-də dünyaya gəlsin. Gecikib qalır 2019-a.

Amma yenə də bu günümüzə min şükür. Mən də deyirəm, şükür. Siz də. Beləcə yaşayırıq. Bu şükür başımızı yaxşı qatır. Lazımla şükürü kim salıb canımıza bilmirəm.

Sizi bilmirəm mənim içimdə dünyaya gətirmədiyim bir övlad var. Atasının bətnində oturub o. O da, atası da bilir ki, o dünyaya gəlməyəcək. Bu dünyanın dərdinin, sərinin içinə bir adəm övladını niyə ataq ki? Bu sosial yükün içərisinə həm özümü, həm də onu necə atım?

O övladla hər gün danışıram. Cinsiyyətini də bilmirəm. Heç fərqi də yoxdu. Həyata gəlməsə belə, adı olmasa belə özümlə yatıb özümlə durur. Yorğanı çəkib başıma arada söhbətləşirəm də onunla. Gah bağçaya, gah məktəbə aparıram. Hara getsəm içimdədi. Ən yaxın, doğma övladım odur mənə. Onun dərdini daha çox çəkirəm. Bütün bunlar beynimin içindəki dünyada baş verir. O dünyada ki, orda ümid də var, sevgi də, məhəbbət də, ustəlik, üzünü görmədiyimiz övladlar da.

Gör nə qədər bətnlərdə qalan övladlarımız var.





İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2020-04-03
2020-04-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK