warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Faiq QİSMƏTOĞLU: HARALISAN?! Adalet.az | Faiq QİSMƏTOĞLU: HARALISAN?! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: HARALISAN?!

4228    |   2019-04-19 13:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Dünyada çox xəstəliklər var. Və bu xəstəlikərin də əksəriyyəti sağalandı. Ürəyin ağrıyır əməliyyat eləyirlər, özünə gəlirsən, şəkərin qalxıb onu da normaya salırlar, mədən, bağırsağın, öd kisən səni incidirsə, o da çarəsiz deyil. Allah-Təala hər dərdi verdiyi kimi, onun əlacını da insanlara bəxş eləyib. Min şükür!

Amma elə "xəstəlik” də var onu heç bir dava-dərman, heç bir həkim, heç bir loğman sağalda bilmir. Hətta deyirlər ki, qozbeli qəbir düzəldər. Bu "xəstəliyi” heç qəbir də düzəldə bilmir. Və bu "xəstəlik” elə bir zaddır ki, dünyanın bütün həkimləri yığışsa da, ona əlac tapa bilməzlər! Ki, bu "xəstəlik” sağalan deyil. O "xəstəliyin” adı belədir: Yerliçilik!

Dünyanın hər yerində bu "xəstəlik” var. Amma bizdə olduğu kimi tay kütləvi deyil. Yəni bizdə bu çox böyük bir bəladır. Hətta xərçəngdən, şəkərdən və digər xəstəlikdən daha qorxuludur. Və bizdə bu "xəstəliyə” ən çox tutulanlar da vəzifə adamlarıdır. O vəzifə adamları ki, birinin sənədləri gəlib ora çıxanda orasına baxırlar, burasına baxırlar, görürlər ki, qrafası düz deyil, onların yerlisi deyilsən, sənin sənədini tullaylırlar gedər-gəlməz yerə. O sənədi sonra nəinki onlar, heç sənin özün də tapa bilməzsən!..

Məmləkətimizdə acı bağırsaq kimi hər yanı ağzına alan bu "xəstəliyin” neçə yaşı var onu deyə bilmərik. Amma bir onu deyə bilərik ki, Azərbaycan ərazisində mövcud olmuş xanlıqlar dövründə də ən ağır durumda olan Bakı xanlığı, Şəki xanlığı, Qarabağ xanlığı, Gəncə xanlığı, Naxçıvan xanlığı dar gündə bir-birinə kömək əli uzatmayıblar. Gəncə xanlığı rusların hücumuna məruz qalanda o biri xanlıqlar öz kefində olub. Ki onlar mənim yerlilərim deyillər. Qoy getsin rusla da özləri haqq-hesab çürütsünlər. Və beləcə axırda hamısı məlum ölkələr tərəfindən işğal edilir, dağıdılır, məhv edilir.

Deməli, bu "xəstəlik” bizə ta uzaq keçmişdən qanla, sümüklə gəlib çatıb. Heç yaxşı şey olsaydı gəlib çatmazdı. Pis olduğuna görə, gəlib bizi bu "xəstəlik” yaxalayıb.

İki nəfər bir-birilə yenicə tanış olan kimi o dəqiqə biri o birindən soruşur:

- Qardaş, sən haralısan?

O biri qardaş da desə ki, sənin yerlinəm, o dəqiqə vəziyyət dəyişir. Yəni onun yerlisi çıxsa kefi durulur, yerlisi olmasa xala-xətrin qalamasın üzündə təbəssüm yaranır və tay söhbətin arxasını davam elətdirmir...

Adamı yandıran odur ki, "haralısan” sualını adi savadsız insanlar deyil, alim, professor, yüksək vəzifəli şəxslər də adama ünvanlayır. Bax, onda millət olaraq nə qədər parçalandığımızı, zəif olduğumuzu və özümüzü sevmədiyimizi bir daha yəqin edirsən. Onsuz da Azərbaycanın bu başından o başına cəmi-cümlətanı 5-6 saatlıq yoldur. Balaca bir ölkəni, kiçik bir vətəni yerlərə, məkanlara bölmək bu məmləkəti bir qədər də balacalaşdırır, cılızlaşdırır.

Sizi bilmirəm, bu sual mənə ünvanlananda elə bil başıma bir qazan qaynar su tökülür və qalıram dodağımı gəmirə-gəmirə. Çox adam belə sual verəndə deyirəm ki, haralı olmağın nə mənası var? Əsas odur ki, bu ölkənin vətəndaşıyam, sənin qan qardaşınam, dilimiz və dinimiz birdir! Dilimiz və dinimiz birsə, deməli, biz bu vətənin, bu ölkənin övladlarıyıq!

"Haralısan” sualı ilə bağlı tələbəlik illərində başıma gələn bir əhvalatı danışmaq istəyirəm. Biz tələbə olanda Dövlət Televiziya və Radio Verilişləri Komitəsində təcrübə keçirdik və tez-tez də süjetlər hazırlayırdıq. Belə süjetlərin birini də Politexnik İnstitutundan düzüb qoşmuşdum. Dekandan müsahibə almışdım və hər şey də çox yaxşı alınmışdı. Dekanın müavini elmlər namizədi olan bir oğlan idi. Mənimlə səmimi söhbət eləyirdi. Birdən ondan soruşdum ki, müəllim, sən haralısan? Elə bil o cavan alimi tok vurdu. Bayaqkı səmimiyyət itdi, əsəbləşdi və mənə bir təpki göstərdi. Dedi ki, istedadlı gəncsən, bu sualı vermək səni hörmətdən salır. Bayaqdan danışığına, məntiqinə heyran qalmışdım. Amma bu sualın səni mənim gözümdən saldı. O mənimlə çox səmimi söhbət elədi. Düz bir saat mənə "dərs” dedi. O "dərs” heç vaxt yadımdan çıxmayacaq. Və o söhbətdən sonra bir də "haralısan” sözünü dilimə gətirmədim. Onda mənim 19 yaşım vardı.

Görünür, bizim hər birimizə nə vaxtsa belə bir "dərs” keçilməlidir ki, vətəni bölgələrə bölməyək. Yəni bir-birimizlə tanış olanda "haralısan” deyə sual ünvanlayıb qanımızı itin qanına döndərməyək. Yaxşı insanın, savadlı ziyalının, istedadlı adamın yeri olmur. Onlar üçün bütün dünya, bütün Yer üzü Vətən sayılır. Çünki onlar o vətənin daşını da, torpağını da, gülünü də sevirlər və o vətənin hər qarış torpağı üçün şəhid olmağa belə hazırdılar.

Bir yaxın dostum var. Çox istedadlı bir ziyalıdır. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Sonra həmin universitetin hüquq fakültəsini qutarıb. Əlavə Politologiya İnstitutunda da təhsil alaraq üçüncü diplomu da əldə edib. Vaxtilə həm mətbuatda, həm də hüquq ixtisası üzrə dövlət qurumunda qüsursuz fəaliyyət göstərib. İndi bu böyük ziyalı balaca bir iş üçün hara müraciət edir bir söz demirlər, günü günə satırlar. Nə var, nə var o, kimlərinsə yerlisi deyil. Gərək bu gün vəzifəyə getmək üçün kiminsə yerlisi olmalısan, kiminsə yaxını bilinməlisən.

Erməni bizim düşmənimizdir. Ancaq düşmən olsa da, bir-birilə görüşəndə soruşurlar: "Hayes, Türkes”. Yəni ermənisən, yoxsa türk? Yəni ermənisənsə, sənin üçün hər yanda yaşıl işıqdı. Bizdə də soruşurlar: "Haralısan?”. Əgər desən şəkiliyəm, qarabağlıyam, bakılıyam, lənkıranlıyam, sənə sevgiylə yanaşacaqlarmı?! Hər halda, bu vətənin hər bir yeri, hər bir məkanı, hər bir ocağı bizim üçün doğmadır – istər şəkili ol, istər bakılı, istərsə də lənkəranlı!

Gəlin yerliçilik "xəstəliyi”ndən canımızı qurtaraq. Bu "xəstəlik”dən canımızı qurtara bilsək, işğal olunmuş torpaqlarımızı da azad edəcəyik, çətinkilərimizi də dəf etməyi bacaracağıq, bir-birimizlə can deyib, can eşidəcəyik, dövlətimizin bütövlüyünü qoruyacağıq! Və "haralısan” deyənlərə də kimliyindən asılı olmayaraq təpki göstərəcəyik. Bu sualın da bir cavabı var:

- Biz Azərbaycanlıyıq!!!




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-05-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK