nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | "Reket" baş redaktorun məhkəməsində zərərçəkmiş: 300 manat verib yazını sildirdim Adalet.az | "Reket" baş redaktorun məhkəməsində zərərçəkmiş: 300 manat verib yazını sildirdim Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HÜQUQ

"Reket" baş redaktorun məhkəməsində zərərçəkmiş: 300 manat verib yazını sildirdim

48550    |   2019-04-18 15:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən İkram Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əlövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində ifadə verən, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov deyib ki, məktəb direktoru işlədiyi vaxtlarda İ.Rəhimov özünü jurnalist kimi təqdim edərək onun barəsində yazı yazıb: "2014-cü ildə bir dəfə zəng etdi ki, maşını qırılıb, yolda qalıb. Mən də pul verdim. Sonra da mütəmadi olaraq pul istədi. Barəmdə yazı yazacağını bildirirdi".

Zərərçəkmişin ifadəsinə etiraz edən təqsirləndirilən şəxs deyib ki, Z.Hüseynov əvvəllər çalışdığı "Hürriyyət" qəzetinə abunə olub və pulu da buna görə verib.

Prosesdə ifadə verən digər zərərçəkmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şabran rayonu üzrə 5 saylı ərazi şöbəsinin direktoru Rafiq Əbilov isə İ.Rəhimovu şəxsən tanımadığını deyib: "İkram Rəhimovu şəxsən tanımamışam. Onun saytında barəmdə yazı yazılmışdı. Həmin yazını tanışım vasitəsilə sildirib 300 manat göndərdim. Hazırda İkram Rəhimovdan şikayətçi deyiləm".

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, Azərbaycan vətəndaşı Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə "Realliq.info” və digər "reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər DTX-də araşdırılıb.

Bildirilib ki, məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İ.Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.

O, ötən il oktyabrın 26-da Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işində 6 zərərçəkmiş var.



İmza:

2019-cu ildə 8 prokurorluq əməkdaşı vəzifəsindən azad edilib

Baş prokuror: Vətəndaşların müraciətinə biganə münasibət göstərilməməlidir

Ötən il 123 şəxs barəsində 54 cinayət işinin istintaqı tamamlanıb

Hüquq və azadlıqların müdafiəsi sahəsində zəruri tədbirlər görülüb - Baş Prokuror

Baş Prokurorluqda kollegiya iclası keçirildi

Dövlətə xəyanətdə ittiham olunan Fəxrəddin Abbasova ağır cəza

Nazarbayev xaricdən sığınacaq istədi

Baş Prokurorluqdan Nərminin qətli ilə bağlı açıqlama: “İfadələri alınır”

Cahangir Hacıyevin cəzası azaldıldı - Məhkəmə qərarı

Bakıda üç qadını şantaj edən şəxs hakim qarşısında

Sabiq deputat Hüseyn Abdullayevin anası özünə və oğluna bəraət istədi

Baş prokurorun müavini: Ötən il 9 vəzifəli şəxs həbs olunub

SON XƏBƏRLƏR
2020-02-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK