nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Vallah, içib-eləməmişəm, pulumu qaytarın - Eminquey yazır Adalet.az | Vallah, içib-eləməmişəm, pulumu qaytarın - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Vallah, içib-eləməmişəm, pulumu qaytarın - Eminquey yazır

11182    |   2019-04-17 12:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu dayanacaq ki var, həm vacibdir, həm də qəliz. Yaxşı vacibliyini hamımız başa düşürük, bəs, niyə qəliz olsun ki? Siz oxuyun, mən də ərz edim. Hələ əyyami qədimdən aparat-maparat, kart-mart yox ikən elə şengamlıq idi ki. Avtobusda minirdin, düşəndə də pulunu verib sürücüyə də bir əda yapıb düşürdün istədiyin yerdə. Sonra bu bədnam ödəmə aparatları zühur elədi, başladı balaca-balaca kartlar doğub törəməyə. Avtobuslarımız iki cəbhəyə bölündü – kartla olanlar və olmayanlar. Kart sözü bizə çox vaxt qumarı xatırladır desəm, gülərsiniz mənə, amma görünən budur ki, öylədir. Nöşün?

Oşün ki, bu səhər məktəblərin birinə reportaj üçün tələsirdim. Özümü böyük bir şey zənn edib lotu-lotu geyinib çıxdım evdən. Gəlib çatdım dayanacağa. Evimiz Xutordadır və bu hadisə orada vaqeə oldu. O dayanacaq ki, düz piyada keçidinin başında qoyulub. O dayanacaq ki, avtobuslar düz gəlib həmən piyada keçidinin üstündə pərvəriş tapır. Bu məqamda ayaq saxlayıb yollarımıza baxanlardan bir xahiş-minnət etmək niyyətimdəyəm. Ey yollarımızın qeydinə baxan kəslər, sizə pənah gətirmişəm. Əvvəla bunu diqqətinizə çatdırmaq istəyirəm ki, piyada keçidinin başına dayanacaq qoymazlar. Eybi yox, tutalım, qoyulmalıdır və bu belə gərəkir, o zaman rica edirəm, küləyi səsi olmayan müğənni kimi sırtıq olan bu şəhərə iki tərəfindən də qapısı olan avtobuslar gətirin. Ki, biz bu taleyi ağla qaranın çəkişməsində olan, üstündə avtobus dayanan piyada keçidlərini keçərkən avtobusun bir qapısından girib o biri tərəfindən rahatca çıxa biləlim.


İndi gələk bizim bədnam kart-mart, aparat-maparatlara. Məğrur-məğrur cibimdəki manatlıqlardan birini çıxarıb aparata saldım, aparat dilə gəldi ki, "əməliyyatda səhv var”. Dedim, nolar ki, aparatın başına iş gələr də. Bəs, mənim manatım? Əməliyyatda səhv var, qaytar da pulumu. Dişimi sıxdım, başqa əlacım yoxdu. Cibimdə qalan yeganə manatlığı da qurban verməliyəm ki, gedəcəyim, həm də tələsdiyim yerə vara bilim. Yazıqlar olsun ki, bu dəfə də eyni zada uğradım. Yenə əməliyyatda səhv oldu, yenə pulumu geri qaytarmadı. "Sən öləsən, bu aparatlar deyəsən bizim sağ ayaq əvəzinə sol ayağı kəsən, əməliyyat vaxtı camaatın mədəsində qayçı, iynə yaddan çıxaran həkimlərdən dərs alıblar”.

Özümü milyonçu verilişində iqtisadiyyatla bağlı sualda ilişən adam kimi hiss edib dosta zəng köməyimdən istifadə etdim. Adamların birindən rastlaşdığım problemin nə zad olduğunu soruşdum, dedi, aparatda "ödənişin bərpası” olmalıdır. Uzun sözün kəsəsi, qardaş aparatı barmaqladı, barmaqladı, bundan da bir zad çıxmadı.

Hə, gəldik, zurnanın zırt dediyi yerə. Mən başıma nə çarə qılım? Tezcə gözümə qonşum dəydi. Əslində elə bütün bu rəvayət nəql olmamışdan qabaq görmüşdüm onu, amma zəhləm gedir deyə salam verməmişdim. Dedim, yox e, yaxınlaşacam, salamlaşıb kömək istəyəcəm. Yaxınlaşdım, dedim, bəs, hal-qəziyyə belə, qalmışam naəlac. Məni avtobusdan keçirərsən. İncəvara rahat-ulqum oldu, razılaşdı.

Bundan sonrası uzun rəvayətdir. Sözümün canı bu ki, ey yollarımızın qeydinə baxan kəslər, ey bu aparatları bizə urcah edənlər, sizə pənah gətirmişəm. Hanı mənim hədər gedən iki manatım? Mən nöşün gedəcəyim yerə sizin başdanxarab aparatlarınız ucbatından gecikməliyəm? Sizinləyəm, iki manatımı qaytarın.

Yox, yox, ya da qalsın, bəlkə elə sizin mənim iki manatıma ehtiyacınız var?! Əl tutmaq savabdır, götürün, iki manat sizin olsun. Amma sizə bir şey deyim, o aparat-maparatlar ödəmə-zad üçün deyil, xalis qumar aparatlarıdır. Pulunu salırsan, çarxı çevirirsən – Dinq-donq! Bəxtinizi bir daha sınayın!





İmza:Eminquey

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-04-02
2020-04-01


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK