hacklink Adalet.az | "Xanəndə kimi oxusam, dolana bilmərəm" - Şəbnəm Tovuzlu Adalet.az | "Xanəndə kimi oxusam, dolana bilmərəm" - Şəbnəm Tovuzlu Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ŞOU-BİZNES

"Xanəndə kimi oxusam, dolana bilmərəm" - Şəbnəm Tovuzlu

15941    |   2019-04-16 17:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Müğənni Şəbnəm Tovuzlu "Ədalət" qəzetinin suallarını cavablandırıb.

- Şəbnəm xanım, mart ayında Talıb Tale ilə birlikdə konsert proqramı ilə çıxış etdiniz. Yaxın gələcəkdə solo konsert nəzərdə tutulurmu?

- Bir neçə gün öncə Həştərxan vilayətində də solo konsert proqramı ilə çıxış etdim. Həşrətxanın dövlət filarmoniyasındakı konsertimdə ən azı beş yüz nəfər tamaşaçı var idi. Düzdür, Həştərxan balaca şəhər olsa da, xeyli azərbaycanlı yaşayır. Oradakı soydaşlarımızdan çox böyük səmimiyyət gördüm. Konsert ərzində daha çox xalq mahnılarımızı oxudum.

- Səmimiyyətdən söz düşmüşkən belə bir sual verim. Azərbaycandakı konsertlərinizə gələn tamaşaçılar daha səmimidirlər, yoxsa Rusiyadakı soydaşlarımız?

- Düzünü desəm, orada daha çox səmimiyyət, sevgi görürəm. Amma sanki Bakıda müğənnidən, ifaçıdan doymuş kimi bir hal var. Burada tamaşaçı istədiyi vaxt şou proqrama gedib istədiyi müğənnini görə bilir. Hərçənd ki, mən şou proqrama getmirəm və getməmişəm. Amma bizi toylarda görürlər. Moksvada da bir az gözütoxluq var, müğənnilər oranı su yolu ediblər.

- Hər halda Tarkan belə Moskvada toya gedir...

- Bəli, elədir. Amma Moskvada müğənniyə qarşı o həsrət yoxdur. Ancaq nisbətən qıraq şəhərlərdə səmimiyyət çox yüksəkdir.

- Bildirdiniz ki, şou proqramlara getmirsiniz. Ola bilərmi ki, bir müddət sonra toylara da getməyəsiniz və ancaq konsert, səhnə müğənnisi kimi fəaliyyətinizi davam etdirəsiniz?

- Son 7-8 ildə peşəkar səhnəyə addım atmışam, efirlərdəyəm və bu müddət ərzində Azərbaycanda beş solo konsertim olub. Son konsertim də Yaşıl Teatrda oldu. Azərbaycanda konsertlə qonorar əldə etmək qeyri-mümkündür. Məsələn, Moskada 1500 nəfərlik konsert etdim və gedəndə qonorar məbləğimi deyib getmişdim. Ancaq burada çox çətindir. Sırf konsertlə dolanmaq olmur. Yaşıl Teatr 2500 nəfər tamaşaçı tutur və biletlərin hamısı satılmışdı. Amma yenə də öz büdcəmdən pul xərcləməli oldum.

- Bəlkə icazə xərcləri çox yüksəkdir?

- Bəli, bu da səbəbdir. Amma eyni zamanda həm təşkilatçı var idi, həm də reklama xeyli məbləğdə pul getdi. Bizdə konsert yoxdur, ancaq toy var.

- Bir müddət öncə sizi tənqid edən sənət adamlarına cavab vermişdiniz.

- İnsanı durduğu yerdə qıraqdan qıcıqlandırırlar. Belə olmaz. Allah adama nə ruzi veribsə odur. Kimsə mənim ruzimi əlimdən ala bilməz. Xanəndəliyi bitirmişəm, sırf muğam ifaçısı da olaram. Ancaq dolana bilmərəm axı. Nə olsun ki, həyat yoldaşım var. Bəs mən bir xanım kimi öz ayağımın üstündə dayanmalıyam axı.

- Ancaq kifayət qədər xanəndələr var ki, yaxşı qonorar da alırlar. Hətta onların bir çoxu kişi ifaçılardır.

- Bəli, onların da öz sevənləri var. Məgər Elnarə Abdullayeva qazanmırmı? Əlbəttə, qazanır. Sadəcə, mənim yaşım da o xanəndələrin yaşı deyil axı. Məsələn, bu yaxınlarda İctimai Televiziyada Saleh Bağırovun verilişinin qonağı oldum. O verilişə hər müğənni, hər ifaçı dəvət edilmir. Bu, Salehin dəvəti ilə baş tutdu. Dedi ki, səni illərdir tanıyıram, fərqli yönlərdə ifalarına da bələdəm, gəl, ifalarını xalqa göstər. Mən də o verilişdə ancaq xalq və bəstəkar mahnıları ifa etdim. Verilişdə öz ifalarımdan birini də oxumadım.

- Muğam oxumağı yadırğamamısınız ki?

- Xeyr, hamısı yadımdadır. Görün orada necə ifalar etmişəm. Amma bəzi yaşıdlarım olan ifaçılar çıxıb deyirlər ki, Şəbnəmə hardan otuz milyon baxış oldu? Düşünmür ki, Azərbaycan bir həftə əvvəl on milyon olub. Amma bunun İranı var, Özbəkistanı, digər türkdilli xalqları var. Türkiyədə, Rusiyada xeyli azərbaycanlılarımız yaşayır. Məni də istəyən ölkədən kənarda yaşayan azərbaycanlılardır da. Rusiyanın istənilən şəhərində təyyarədən düşəndə avtomobilə əyləşirəm. Baxırsan ki, çox səviyyəli, elit adamdır, amma Üzeyiri, Şəbnəmi, Damlanı, Türkanı, Vasif Əzimovu, Talıb Taleni dinləyir . Yəni meyvə satıcısı da bizimdir, soydaşımızdır. Amma hər halda bizi dinləyən ağıllı adamdır ki, bu maşını sürür də. Nazir olmasa da, ağıllıdır. Ancaq bizi tənqid edənləri Rusiyada bir dəfə də eşitməmişik. Bəs bunu niyə demirlər? Bizi tənqidlə yanaşı, həm də təhqir edirlər. HƏmin təhqir həm də bizi dinləyənlərə çatır.

- Çəkdiyiniz adlar oxşar, yaxud eyni janrın ifaçılarıdır. Eyni zamanda sizinlə rəqabət aparan böyük bir qrup var. Sizin öz aranızda rəqabət gedirmi?

- Rəqabət mütləq olmalıdır. Hər kəs öz məhsulunu ortaya qoyur. Məsələn, bu gün 3-4 min pul verib mahnı almışam, əgər sabah avtomobillərdə, radiolarda o mahnını eşidirəmsə, deməli, uğurlu alınıb. Mənimçün göstərici budur.

- Sizcə, bu 5-6 nəfərdən ilk addım atanlar kimlərdir?

- Demək olar ki, ilk dəfə mən bu cür mahnıları ifa etdim. Məndən sonra Talıbın, ardınca Damla, ondan sonra Damla və Pərviz, Vasif Əzimov gəldilər. Ancaq məndən 6-7 ay əvvəl Üzeyir Mehdizadə Aygün kazımova ilə duet oxumuşdu. Ancaq onların duetindən sonra mənim "Lazım" mahnım şəhərdə daha çox məşhurlaşdı.

- Mümkündürmü ki, nə vaxtsa rusca, ingiliscə, italyanca mahnılar oxuyasınız?

- İstəsəm,çalışsam müxtəlif dillərdə oxuya bilərəm. Allah dil də verib, ağıl da, zəka da. Bəzi fanatlar da bu barədə yazırlar. Ancaq özümün ərəbcə mahnı oxumağa fikrim daha çoxdur. Çünki boğazlarda da müəyyən yaxınlıq var.

İntiqam VALEHOĞLU




İmza:
SON XƏBƏRLƏR
2019-11-21
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK