Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Aqil ABBAS: AY CAN, AY CAN İRƏVANA GEDİRİK Adalet.az | Aqil ABBAS: AY CAN, AY CAN İRƏVANA GEDİRİK Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: AY CAN, AY CAN İRƏVANA GEDİRİK

8243    |   2019-04-17 09:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Deməli, belə. Hörmətli Elmar Məmmədyarovla Ermənistanın xarici işlər naziri bu günlərdə Moskov şəhərində, dəqiq sayını itirmişəm – 350-cidi, 355-cidi- nədi görüşüblər.

Vaxtilə rəhmətlik Vəfa Quluzadə ermənilərlə hər dəfə görüşdən sonra deyirdi ki, bir addım da irəli getdik. Mən də o vaxt o addımları hesablayırdım, qəzetdə yazdım ki, Vəfa müəllim, hesablamışam, artıq sizin dediklərinizlə biz Ağdam Ət Kombinatının yanındayıq. Hər görüşdə bir addım atsaq, tezliklə Mədəniyyət Evinin yanında olacağıq.

İndi bizdə də hər görüşdən sonra çox müsbət bəyanatlar olur. İçi mən qarışıq millət sevindiyindən bir neçə gün bayram edir.

Hörmətli Elmar müəllim bu görüşü çox müsbət qiymətləndirdi, iyi təkliflər olduğunu söylədi.

Biri lap ürəyimdən oldu. Deməli, Ermənistanın dış işlər bakanı ilə belə razılığa gəliblər ki, jurnalistlərimiz xoş bir təmas qursunlar. Ermənistan jurnalistləri sürü halında Bakıya gəlsinlər, Azərbaycanı gəzsinlər, bizim jurnalistlər də qrup halında İrəvana getsinlər, Dağlıq Qarabağa getsinlər, Xankəndinə getsinlər və sair və ilaxır, at gəldi örkən apardı, it gəldi çarıq.

Bu da mənə çox ləzzət elədi.

Ayravani, ayravani çandrika,

Çitraxuda, çitraxuda işvara.

Xan demişkən, çox sevindim ki, ay can, ay can İrəvana gedirik.

Bundan əvvəl də bizim jurnalistlər müxtəlif beynəlxalq təşkilatların tərkibində və ya fərdi qaydada İrəvanda, eləcə də Xankəndində olublar, eləcə də erməni jurnalistlərin, bölgələri bilmirəm, amma Bakıda olduqlarından mətbuatdan xəbər tutmuşuq.

Sonra bir sülh platforması qayırdılar, bizimkiləri bilmirəm, amma ermənilər o platformaya minib Bakını su yoluna döndərdilər, hətta gedib Gəncədə keçmiş qonşularıyla qucaqlaşıb ağlaşdılar, bəziləri də qalıb burda işləyir. Amma nədənsə son zaman bu sülh platforması zəiflədi, deyəsən, millət yaxşı qarşılamadı.

İndi bu son görüşdə Allaha şükür, bir addım irəli getdik , yazar-pozarların tez-tez görüşmələri, səfərlərinin təşkili , bir sözlə, yeni sülh göyərçinləri. Yəni yığışıb İrəvana gedəcəyik.

Amma bu ermənilərə çox etibar eləmək olmaz ey, çörəkləri dizlərinin üstündədi. Bax, xarici işlər nazirləri görüşəndə Xankəndində az qala futbol üzrə Avropa çempionatı keçirirdilər. Namərdlər, bax bizi dəvət eləmirlər. Ən azı Xarici İşlər Nazirliyinin diplomat əməkdaşlarından gözəl bir komanda ilə o yarışa gedərdik, bu da jurnalist səfərləri üçün yeni açılmış bir cığır olardı.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2019-09-19
2019-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK