deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Adalet.az | Faiq QİSMƏTOĞLU: SARIMSAQ YEYƏNƏ ETİRAZ ELƏYİRLƏR... Adalet.az | Faiq QİSMƏTOĞLU: SARIMSAQ YEYƏNƏ ETİRAZ ELƏYİRLƏR... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: SARIMSAQ YEYƏNƏ ETİRAZ ELƏYİRLƏR...

Tum çırtlayana, siqaret çəkənə yox

2484    |   2019-04-16 15:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İctimai qınaqdan çox şey asılıdır. Və nahaq yerə deyilməyib: "Elin gözü tərəzidir”. Elə ki, bu tərəzinin mizanı pozulur, bax onda hər şey baş-ayaq olur. Başqa sözlə demiş olsaq, çox şeyin yeri səhv düşür. Təəssüf ki, bizdə nə ictimai qınaq var, nə ictimai qınaqdan nəticə çıxarmaq! Yəni qınayan qınadığına görə, bəzən çıxılmaz vəziyyətdə qalır. Dediyi söz üçün peşman olur. Amma nahaq yerə!

Biz nəyisə görüb demiriksə, susuruqsa, laqeydlik göstəririksə, bunun bir zərbəsi də bizə dəyir. Və bunun bir zərbəsinin bizə dəyməməsi üçün gərək biz harda əyri-əskik gördük, harda çatışmazlıq hiss elədik və kimsə cəmiyyətə hörmətsizlik elədi; tum çırtlayıb qabığını yerə atdı, siqaretin kötüyünü qutuya yox, elə maşından bayıra atdı və o siqaret kötüyü də gedib arxadan gələn maşının üstünə düşdü, burda susmağa dəyməz...

Biri sarımsaq yeyib avtobusa, metroya minəndə çoxları onun iyindən etiraz eləməsə də, amma bəziləri görürsən ki, ya həmin adamdan uzaq olur, ya da sarımsaq yeyənə deyir ki, sarımsaq yemisən-yemisən heç olmasa səhər dişini möhkəm fırçalayaydın ki, bunun iyi ətrafa yayılmasın. Həmin adam da tərbiyəli, abırlı insan olsa bundan bir nəticə çıxarır; tay bir də sarımsaq yeyib avtobusa, metroya minmir. Heç kim deməz ki, kimsə sarımsaq yeməsin. Sarımsağın yüz xəstəliyə xeyri var. Əgər sarımsaq yemisənsə, onda ictimai nəqliyyata zəhmət çəkib minmə...

Hətta din xadimləri buyururlar ki, Allaha dua edəndə və "Qurani-Kərimi” oxuyanda sarımsaq yeyib bunu etmək olmaz! Mən də sarımsağı çox sevən adamam. Tez-tez sarımsaq yeyirəm. Və sarımsaq yeyib işə gələndə bilgisayarda işləyən Gülər xanım mənə irad tutur. Deyir ki, Faiq müəllim, yenə sarımsaq yemisən? Ayağa qalxıb qapı-pəncərəni açır. Və mən də istini sevdiyimə görə, qapı-pəncərə açıq olanda "skvoznyaka” düşürəm. Gülər xanım da məni belə cəzalandırır. Çox sağ olsun! Dünən gördüm qapı-pəncərəni çox açıq qoyur, başımı götürüb qaçdım.

Hətta qəzetimizin baş məsləhətçisi və təsisçisi, millət vəkili Aqil Abbas da bildi ki, mən sarımsaq yeyib gəlmişəm. Aqil müəllim otağa girdi, bərk danışığımızdan narahat oldu. Məlum oldu ki, sarımsaq yemişəm. Aqil müəllim dedi ki, elə mən də göy sarımsağı çox sevirəm. Yeyib yeyib da, yola verin getsin, ağsaqqal adamdı, bir də yeməz. Amma Əbülfət Mədətoğlu dedi ki, sabah mən də sarımsaq yeyib gələcəm. İşə gələndə gördük ki, sarımsaq yeməyib. Bir sözlə, məni də belə islah elədilər. Çox xoşum gəldi. Dedim ki, tay bir də sarımsaq yeyib işə gəlmərəm...

Bax, cəmiyyət hər şeyə belə təpki göstərsə, bütün əyri-əskikliklər düzələ bilər. Ancaq bu dəfə çanaq mənim başımda sındı. Mən də dostlarımın dediyi ilə təbii ki, razılaşıram.

Yaşadığım yerin yaxınlığında bir stadion var. Daha doğrusu, bu stadion məktəbin stadionudur. Bu tərəflərdə park olmadığı üçün yay vaxtı uşaqlar, qadınlar ora gəzməyə gəlirlər. Mənim özüm də hər gün stadiona gedib yekəlik olmasın, bir saat sürətlə yeriyirəm. Çünki ürəyimə stend qoyulandan sonra kardio-cərrahlar deyiblər ki, gündə ən azından yarım saat yeyin yeriməlisən. Nə başınızı ağrıdım, bir dəfə gördüm ki, orta yaşlı bir qadın tum çırtlaya-çırtlaya özü və oğlu qabığı yerə atır. Stadionun oturacağının yanına o qədər tum qabığı atıblar ki, onun əlindən tərpənmək olmur. Mən də tum çırtlayan qadına iradımı bildirdim:

- Xanım, zəhmət olmasa, o tumu çırtlayıb qabığını yerə atmayın. Elə əlinizdəki sellofan kağıza tullasanız daha yaxşı olar.

Qadın gözünü yumub ağzını açdı nə açdı:

- A kişi, get öz işinlə məşğul ol! Yoxsa, ərimi çağıraram, səni salar təpiyinin altına bura gəlməyinə də peşman olarsan...

- Məni təpiyin altına salan oğlan olmayıb. Onsuz da burda siz hər gün uşaqlarınızla gəzişirsiniz. İndi bu zibili kim təmizləyəcək? O atsın, bu atsın, axırda da tumun qabığından topalar yaranır...

Qadın yenidən çımxırdı:

- Mənim başım xarabdı ha, beynim dönəcək, sənə elə bir söz deyəcəm ki, dəymişin dura-dura kalın töküləcək!

Tay onunla söz güləşdirmədim. Düşündüm ki, belələrinə nə söz! O dəqiqə yadıma Məhəmməd peyğəmbərlə bağlı bir hədis düşdü. Məhəmməd peyğəmbər yolla gedir. Görür ki, başıaçıq bir qadın gəlir. Onu görən kimi qaçıb uca və iri bir ağacın arxasında gizlənir. Bu anı yoldan keçən bir yolçu görür və Məhəmməd peyğəmbərdən soruşur:

- Ey Allahın Rəsulu, sən o qadını görüb niyə ağacın arxasına keçdin?

Məhəmməd peyğəmbər dillənir:

- O gələn qadından çox şeytana bənzəyir. Onun üçün Peyğəmbər, abır-həya yoxdur. Ona görə də ağacın arxasında gizləndim ki, keçib getsin, sonra yoluma davam edim.

Mən də söz güləşdirmək istəyən qadına fikir vermədim, bu hədis yadıma düşdü və sürətlə yeriməyə başladım...

Ancaq biz kimin təpkisindən asılı olmayaraq, cəmiyyətə açıqdan-açığa hörmətsizlik edən, ictimai qaydaları pozan, küçəni zibilləyən adamlara öz etirazımızı bildirməliyik. Əvvəl bir nəfər bildirər, sonra iki, sonra on, yüz, min... Bax, bu etirazlardan sonra həmin adamlar özlərini yığışdırarlar.

Bir dostum deyir ki, avtomobilimdə Bakının küçələrinin biriylə gedirdim. Bir də gördüm ki, qarşıdakı avtomobildən siqaret kötüyünü bayıra atdılar. Və o siqaret kötüyü də düz gəlib düşdü mənim maşınımın alın şüşəsinə. Eləmədim tənbəllik, həmin maşını bir qədər gedəndən sonra saxlatdım. Sürücü əvvəl-əvvəl yekə-yekə danışdı. Sonra gördü ki, mən yol polisi əməkdaşıyam, özünü yığışdırdı. Ona anlatdım ki, siqaret kötüyünü maşından bayıra atdığına görə, inzibati qaydada məsuliyyətə cəlb edilə bilərsən. Üstəlik də küçələri, prospektləri belə siqaret kötükləri pis vəziyyətə salır. Yəni hər hansı əcnəbi görəndə ki, Bakının küçəsində, prospektində, lap elə parkında siqaret kötükləri yığılıb qalıb, onlar bizim cəmdəyimizə tüpürürlər. Bu söhbətdən sonra həmin adam səhvini anladı, bir daha belə hərəkətə yol verməyəcəyini bildirdi.

Bax, görürsünüzmü, bu da ictimai qınağın və iradın nəticəsi! Bakının əksər parklarında siqaretin kötüyünü və məişət tullantılarını atmaq üçün zibil qabları, qutuları quraşdırılıb. Amma çox təəssüf ki, bir çoxları siqareti çəkəndən sonra kötüyü o qutulara deyil, ağacların, yaşıl otların arasına atırlar. Və bu siqaret kötükləri də yaşıl otların arasında uzaqdan görünür...

Füzulinin Horadiz şəhərində iki möhtəşəm park var – biri Heydər Əliyev parkı, digəri isə Bayraq meydanı! Bu parkın salınması üçün rayon icra hakimiyyətinin başçıcı Alı Alıyev və Füzuli camaatı çox əziyyət çəkib. İndi hər iki park cənnətə bənzəyir. İnanın, qışın oğlan çağında da yazın, yayın ortasında da ordakı yaşıllıqlara, güllərə, çiçəklərə, ağaclara hər gün mənzil kommunal təsərrüfatının işçiləri yüksək səviyyədə qulluq edirlər. Sanki bu güllər, çiçəklər, ağaclar və yaşıllıqlar onların övladlarıdı. Yayın istisində gündə səhər və axşam saatlarında o yaşıllıqlar sulanır. Dedik axı, onu becərənlər və qoruyanlar bu gözəlliklərə öz balaları kimi baxırlar. Və eyni zamanda ora istirahətə gələn insanların çoxu da bu yaşıllıqları qoruyurlar.

Bir dəfə nəvəmlə o parkda olanda kiminsə uşağı qızılgülün ləçəklərini yolmağa başladı. Elə bu vaxt ətrafda olan digər insanlar uşağın anasına iradlarını bildirdilər. Uşaq bir neçə qızılgülü budağından qoparmışdı və ləçəkləri də yerə tökmüşdü. Ana uşağına təpindi və camaatın iradını normal qəbul etdi.

Həm camaat, həm də xidmət sahəsinin işçiləri bu parkdakı gözəllikləri göz bəbəyi kimi qoruyur. Hər iki parkda çoxlu sayda zibil qutuları var. Kimin yolu düşsə görə bilər. Bir adam siqaretin kötüyünü parka ata bilməz. Hətta atsa belə o dəqiqə camaatın təpkisiylə rastlaşar.

Bakıda da gözəl parklar çoxdur. Amma onların heç biri Horadiz şəhərindəki parkda olduğu kimi, təmiz saxlanılmır. Qoy bir çox şəhərlərdə baş bilənlər gəlib-gedib Horadizdəki parkın qorunmasına və təmizliyinə baxsınlar. Görsünlər o parklar necə qorunur, mühafizə edilir. Çünki burda ictimai qınaq var. İctimai qınaq olan yerdə həmişə inkişaf, dirçəliş və yüksəliş olur.

Biz nə sarımsaq yeyib avtobusa minəndən çəkinməliyik, nə tumu çırtlayıb qabığını küçələrə tullayanlardan qorxmalıyıq, nə də siqaretin köytüyünü hara gəldi atanlardan! Gedin Almaniyaya, görün orda hər hansı alman demirəm, əcnəbi bir siqaret kötüyünü yerə ata bilərmi? Qanunla bunun cəzası ağırdır. Ancaq onu görən alman səni elə günə qoyar ki, ora getməyinə də peşman olarsan. Bizimsə parklara, küçələrə siqaret kötüyü atanlar, tum çırtlayıb qabığını yerə tullayanlar əcnəbilər deyil, elə biz özümüzük!..




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-07-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (77.57%)
İşdə (22.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK