viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Aqil ABBAS: DİREKTOR Adalet.az | Aqil ABBAS: DİREKTOR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: DİREKTOR

18639    |   2019-04-16 08:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mən özüm bir il müəllim işləmişəm – Ağsuda, İnternat məktəbində. Direktorumuz da bir sanballı şəxsiyyət idi – Nadir müəllim. Təəssüf, familiyası yadımda deyil. Üstündən 43 il keçib. Müəllim peşəsinin nə qədər çətin olduğunu da gözəl bilirəm. Ona görə də həmişə bütün yazılarımda və qəzetimdə müəllimləri müdafiə eləmişəm. Yazılarımın birindən: «Bir dəfə demişəm, yenə deyirəm, o maaşla bizlərin bu ərköyün, müəllimin dörd-beş maaşı həcmində telefon gəzdirən övladlarımıza dərs deyən müəllimlərin hamısı milli qəhrəmandı». Yenə fikrimdə qalıram.

Bakıda tez-tez məktəblərə, xüsusilə qaçqın məktəblərinə görüşlərə gedirəm. Elə bu günlərdə Sahil qəsəbəsindəki 228 nömrəli məktəbə görüşə getmişdim. Ləzzət elədi. Şagirdlərin savadı, günümüzlə ayaqlaşa bilməsi, müəllimlər, eləcə də məktəbin direktoru Rəşad müəllim. Deməli, məktəbdə 140 müəllim çalışır, onun 4-ü kişidi. Həmişə belə şeylərə təəssüflənirəm. Məktəblərdə kişi müəllimlər azaldıqca şagirdlər daha çox ərköyünləşir, başqa fəsadlar da olur. Kişi müəllimin şapalağı ilə qadın müəllimin şapalağı bir deyil. Söhbət şapalaqdan getmir, söhbət ötkəmlikdən gedir.
Bu yazıda başqa məqsədim var. Məktəb direktoru və onun şəxsiyyəti. Elə bu günlərdə qəzetdə Təhsil Nazirliyinə bir müraciət eləmişdim. Məsələ nədi? Məktəb direktorları imtahan verir, müəyyən bal toplayarlarsa, onları vəzifəyə təyin eləyirlər. Və tanımadıqları, bilmədikləri məktəblərə. Mənim təklifim budur ki, məktəb direktorları kollektiv tərəfindən seçilsin, öz içlərindən, güvəndikləri müəllimlərdən. Həmin direktor onda daha böyük məsuliyyət daşıyır. Bilir ki, əgər müəyyən səhvlərə yol verərsə, kollektiv yenidən yeni bir iclas keçirib onu vəzifəsindən düşürə bilər. Məsələn, qardaş Türkiyədə direktorları kollektiv seçir.

Qayıdaq mövzumuza. Mənim orta təhsil aldığım Ağdamda, eləcə də bir çox rayonlarda məktəblər nömrələri ilə tanınmır, direktorları ilə tanınır: Əli müəllimin məktəbi, Şiraslan müəllimin məktəbi, Süleyman müəllimin məktəbi, Surxay müəllimin məktəbi, Şahmar müəllimin, Knyaz müəllimin , Sabir müəllimin, Telli müəllimənin məktəbi və sair və ilaxır. Həmin məktəblərin şagirdləri direktorları ilə fəxr edərdilər: Qaqa, bilirsən, mən Əli müəllimin məktəbində oxuyuram ey. O birisi də qayıdırdı: Qaqa, yekə-yekə danışma, mən də Süleyman müəllimin məktəbində oxuyuram. Direktorların rayonda böyük çəkisi vardı. Hətta kənd məktəbləri də direktorları ilə tanınırdı. Məsələn, şair Şahmar Əkbərzadənin əmisi Qulam müəllim Mahrızlı kənd məktəbinin direktoru idi. O məktəb bu gün də Qulam müəllimin məktəbi adlanır. Rayonda böyük çəkisi vardı. Hətta rayonun rəhbərlərindən hörmətliydilər.

Orta məktəbdə oxuyanda bizi pambığa aparırdılar – o 6-cı sinifdən düz 10-cu sinifə qədər, aşağısı ay yarım. Və müəllimlər məcbur olurdular ay yarımın dərslərini bizi dərsdən sonra saxlayıb öyrətsinlər.
Bir dəfə pambıq yığımında ağsamalar var. Rayon Partiya Komitəsində büro iclası keçirilir. Həmin büro iclasında direktorumuz Əli Eyvazov Birinci katibə gileyini bildirir (Birinci katib rəhmətə getdiyinə görə adını çəkmirəm) və durub deyir ki, doğrudanmı bu ölkə uşaqların yığdığı 10-12 kiloqram pambığa möhtac qalıb? Biz bu uşaqları məhv edirik, sabahlarını əllərindən alırıq və sair və ilaxır. Birinci katib bərk əsəbləşir (o vaxt birinci katiblər Allahın bacısıoğlanları idi) Əli müəllimə xoşagəlməz sözlər deyir. Əli müəllim də Əli müəllim idi, onun xoşagəlməz sözlərinin üstünə beşqat xoşagəlməz söz də əlavə edib qaytarır özünə. Səhərisi gün bütün Ağdam çalxalanırdı. Həmin Birinci katib nəinki onu işdən çıxara bildi, hətta ondan üzr də istədi. Yəni belə direktorlar vardı.


Mən hərdən Ağdamdakı 3 nömrəli məktəbin direktoru Surxay Qurbanov haqqında yazılar yazıram. Onu məktəb direktorlarına nümunə göstərirəm. Biz uşaq vaxtı hamımız Mehdi Hüseynzadə olmaq istəyirdik, mən də çox istəyirəm ki, məktəb direktorları da yazılarımı oxuyub Surxay Qurbanov olmaq istəsinlər . O, Ağdamın Makarenkosu idi. Şəhərin başqa məktəblərində çətin tərbiyə olunan uşaqları məktəbdən qovurdular. Qovulan uşaqlar da küçədə qalası deyildi, hansısa məktəbə getməliydi. Amma bəzi direktorlar belə uşaqlara sahib çıxıb başını cəncələ salmaq istəmirdi. Və belə uşaqların hamısına Surxay müəllim sahib çıxırdı. Məsələn, mənim bir qohumum vardı, üç məktəbdən qovmuşdular, daha doğrusu, dörd. Gedib Qəbələdə də oxumuşdu, ordan da qovmuşdular. Axırda atası aparıb qoydu Surxay müəllimin məktəbinə. O davakar, ipə-sapa yatmaz, müəllimlərin başına oyun açan həmin qohum Surxay müəllimin məktəbində elə ipə-sapa yatdı ki, iki- üçlə oxuyan uşaq başladı dörd-beşlə oxumağa. Orta məktəbi bitirəndən sonra da əsgərliyini çəkdi, gəldi Bakıda Orta İxtisas Milis Məktəbinə (indiki Polis Akademiyasına) qəbul oldu. Sonra uzun illər polisdə işlədi, işləyəndə də Surxay müəllimin təcrübəsini tətbiq elədi və mayor rütbəsi ilə də təqaüdə çıxdı. Surxay müəllimin məktəbində çətin tərbiyə olunan uşaqların içindən professorlar da çıxıb, yüksək vəzifəli dövlət məmurları da və ölkədə tanınan ziyalılar da. Və kimsə deyə bilməz ki, Surxay müəllim və ya onun məktəbinin müəllimləri hansısa bir şagirdi döyüb. Sadəcə olaraq, Surxay müəllim (uzun illər prokuror işləmişdi) Makarenkonu və pedaqogikanı gözəl bildiyindən belə bir təhsil müəssisəsi yaratmışdı. O məktəb məbəd idi.
Bir dəfə özümdən kiçik qardaşım Surxay müəllimin məktəbinin bir şagirdini küçədə döymüşdü. Surxay müəllimin şagirdini döymək olar? Axşam dağdan ağır bu kişi gəldi bizə. Pərt idi. Atama dedi ki, bu uşağı sabahdan mənim məktəbimə göndərərsən ki, onu adam edim. Səhərisi günü atam qardaşımı Surxay müəllimin məktəbinə göndərdi.

Bunu bir örnək üçün yazdım. Müəllimlərin üzərinə böyük bir məsuliyyət düşür. Onlardan da daha çox direktorların üzərinə məsuliyyət düşür. Bütün şagirdlərin əxlaqı, ev tərbiyəsi də bir deyil. Yaponlarda belə bir adət var, heç vaxt evdə uşağa tərbiyə verməzlər, uşağı danlamazlar, döyməzlər . Əgər uşaq evdə vurub televizoru qırıbsa, valideynləri deyir ki, sən bu televizoru nə gözəl qırdın, heç kəs bunu sənin kimi bacarmazdı. Day təpiyin altına salmırlar. Sual verəndə ki, niyə uşaqları belə böyüdürsünüz, tərbiyələri ilə məşğul olmursuz?

Cavabları:

- Uşaq azad böyüməlidi. Kiçik yaşından gözü qıpıq böyüməməlidi. Qaldı tərbiyə məsələsinə, bundan ötəri məktəb var, məktəbdə ona tərbiyəni öyrədəcəklər.

Çox ciddi məsələdi. Düzdü, yaponlar bizim kimi xaş bişirə bilməsə də, amma elmi-texniki inkişafda dünyanın yiyəsidirlər. Onları dünyanın yiyəsi eləyən məktəblərdi, müəllimlərdi.

Bəlkə biz də o mənasız baloniya sistemindən üz döndərib elə Yaponiya təhsil sisteminə üz çevirək? Baxıram, sosial şəbəkələrdə və saytlarda daha çox özünü pəncərədən atan o körpənin valideynlərinin üstünə gedirlər. O körpənin təhsil aldığı məktəbin müəllimləri və direktoru onun valideynlərindən on qat artıq məsuliyyət daşıyırlar. İndi direktoru vəzifədən kənarlaşdırıblar. Əslində belə rəhbərlər və məsuliyyət daşıyan müəllimlər təhsildən kənarlaşdırılmalıdı.

Futbolçulara qırmızı kart göstərirlər. O qırmızı kartdan da biri Təhsil Nazirliyinə verilməlidi – belə müəllim və direktorlara göstərmək üçün.

Və ayıb olsun o qızcığaca şər-böhtan atan jurnalistlərə də, sosial şəbəkələrdə onun xoşagəlməz videosunu yayanlara da, hansı ki o körpəyə aid deyil.

Azərbaycanda məktəblərə Surxay müəllimlər rəhbərlik eləməlidirlər.

Yeri gəlmişkən, Bakıda 190 nömrəli məktəb var ki, ona Sona müəllimin məktəbi deyirdilər.
Məktəblərimizə Sona müəllimlər rəhbərlik eləməlidirlər.

P.S. Yazını yazarkən qəzetimizin müxbiri Mehriban xanım dedi ki, Aqil müəllim, Yasamalda 52 nömrəli bir məktəb vardı, direktoru da o vaxt İsfəndiyar müəllimiydi. Çox ağır, sanballı bir insanıydı. Hətta müəllimələr deyirdi ki, həyat yoldaşlarımızdan daha çox İsfəndiyar müəllimdən çəkinirik.

P.S. Oxuyuram ki, guya həmin uşaq məktəbə qısa ətəkdə gəlirmiş. Dərsə məcburi qaydada məktəbli formasıyla gəlirlər, o, necə qısa ətəklə gələ bilərdi?




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2019-08-26
2019-08-25
2019-08-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK