Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Əbülfət MƏDƏTOĞLU: SÖZ DEYƏN DƏ VAR, “QUŞLAYAN” DA Adalet.az | Əbülfət MƏDƏTOĞLU: SÖZ DEYƏN DƏ VAR, “QUŞLAYAN” DA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: SÖZ DEYƏN DƏ VAR, “QUŞLAYAN” DA

6499    |   2019-04-14 11:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Biz Yer üzünə "Ol”la gələndə kim olacağımızı, bizi hansı qədərin gözlədiyini təbii ki, bilmirik. Hətta Ramiz Rövşən demiş, hətta analar bizi aldadıb dünyaya gətirəndə də onlara bəxş etdiyimiz övlad sevincini bəzən acıya, göz yaşına çeviririk... Bəzən özümüz gəlişimizə etiraz edərək asi də oluruq. Hətta intihar edənlər də olur. Amma heç kim düşünmür ki, bütün bunlar elə bizim qədərimizdi. Biz məhz bu dediklərimin şahidi olmaq, onu həyata keçirmək üçün doğulmuşuq. Bizə məhz buna görə, "Ol” əmri gəlibdi...

Bəli, biz olduq... fərqlənənlərimiz də, fərdlərimiz də, fədiliyin içində əriyənlərimiz də, bütövlükdə kütlə olanlarımız da. Həyatımız boyu bu qayəni, məqsədi önə çəkdik. İstəyimiz bundan ibarət oldu ki, hamıdan yaxşı yaşayaq, hamıdan üstün olaq və hamıya meydan oxuyaq. Mən bilirəm ki, özüm qarışıq heç kim nədəsə, hardasa bu dünyada son sırada yer tutmaq istəməyib. Ona görə də dartışmışıq, vuruşmuşuq. Hətta bəzən bir-birimizə qarşı silah da qaldırmışıq. Lakin bütün bunlar alın yazımızdan, qədərimizdən uzağa getməyibdi...

Bax, elə bu günlərdə ciyərparam Atillanın 1 yaşı tamam oldu. Bu münasibətlə məni və bu balaca kişini təbrik edənlər çox oldu. Sağ olsunlar! Amma mən bir şeyi düşünə-düşünə qaldım:

- Görəsən, bu kişini də, yəni Atillanı da bizim yaşadığımız, bizim çəkdiyimiz qədər gözləyir? Yoxsa, onun taleyi adına uyğun yazılıbdı?

Bilirsiniz, bu sual mənə niyə rahatlıq vermədi və elə indi də vermir. Ona görə ki, (inanclara və oxuduqlarıma görə - Ə.M.) adlar qədərin, taleyin müəyyən olunmasında öz təsirini göstərir. Yəni adlar taleləri hardasa tamamlayır. Çox istərdim ki, bütün övladların və dünyaya gələcək körpələrin adları faydalı, dəyərli, önəmli talelərlə üst-üstə düşsün. Bax, onda yəqin siz də mənimlə razılaşarsınız ki, dünya yaşamalı dünya olar. İndi isə işıq gələn yerə barmaq dürtməklə dünyanı qaranlığa çəkənlər hər şeyi urvatdan salıb, elə sözü də!..

Hər dəfə ovqat yazıma köklənəndə birmənalı şəkildə qərar verirəm ki, ağrılardan, sızıltılardan yazmıyacam, oxucunun ovqatına soğan doğramayacam. Amma sözümü tuta bilmirəm. Ona görə ki, ətrafda hər gün qan qaraldan, ürək bulandıran, hətta adamı yaşamaqdan iyrəndirən nələrsə olur. Və bu nələri görməmək üçün gərək adamlıqdan çıxasan, özünü hansısa bir dördayaqlının yerində təsəvvür eləyəsən. Belə olanda da həmin adamın adının qarşısında bir "E” hərfi də yazılır. İndi yazıq o adamın da halına, "E” hərfinin də...

Bütün bunlar özümə bəraət üçün söylədiyim fikirlər deyil. Ümumiyyətlə, bəraiti də, bağışlama haqqını da kimlər necə verir özləri bilərlər. Amma mənim inancıma görə, Yer üzündə bəraət mümkün deyil. Çünki kimisə qarşısında təmizə çıxmaq bütövlükdə cəmiyyətin, ən vacibi isə Allahın önündə bəraət qazanmaq sayıla bilməz. Bax, bu mənada mən hər bir istəyimdə, hər bir arzumda Tanrıdan ürəyimə görə pay verməsini diləmişəm. Şükürlər olsun ki, o da məni ümidsiz qoymayıb. Bu dünyanın sevgisini uca tutan, dəyərini bilən ürəyimə bir QADINın sevgisini göndərib. Bax, buna görə də ürəyimdən də razıyam, Allahımdan da. Və:


Bir gilə yaşam, qopsam

Yanağın diksinəcək...

Didən bulanacaqdı –

Dodağın isinəcək...


Sıxma kipriklərini

O giləyə ömür ver...

Hələ o gilə üçün –

Qucaq açmayıbdı yer!


Didəndə daşımaqdan

Usanmısan bəlkə sən?!

O yaş tutiyə deyil –

Nə də ki, sən bəlgəsən!..


Qəlbinə dinclik verən

Hər nədisə özün seç...

Giləni kimdi görən –

Düşünən olmayıb heç...


... Bir gilə yaşam, qopsam

Yanağın diksinəcək...

Didən bulanacaqdı –

Dodağın isinəcək...

***

Özümü səbrə kökləmək istəyirəm. Tez-tez açılıb bağlanan qapının səsini bilgisayarın klavyatura səsinin içərisində batırmağa çalışıram. Amma neyləyim ki, gücüm çatmır. Çünki qapıya rahatlıq verməyən də dincəlmir, klavyaturada barmaqlarını rəqs etdirən də. Deməli, bu da təklənməyin bir qaydası, bir formasıdı. Mən də həyatım boyu təklənə-təklənə dünyayla dil tapmağa çalışmışam. Doğrudu, bəzən nəinki dil, heç yapışmağa saman çöpü də tapılmayıbdı. Buna baxmayaraq, boğulduğum sudan çıxacağıma ümidimi itirməmişəm. Bilmişəm ki, Tanrıdan üzülməyən kəndiri bəndə nə qədər baltalasa da, bir sapı belə qırılmayacaq, kəsilməyəcək... Və bu inamın, inancın arxasında dayanan ürəyimə belə məqamlarda həm heyrət etmişəm, həm də təşəkkür. Ağlıma da ki, öz növbəsində. Siz bunu özünütərif saymayın. Bir də ki, mənim də özümü tərifləməyə az-çox yəqin ki, haqqım çatır. Axı indi zaman dəyişib. Özün-özünü tərifləməsən, təqdim etməsən səninlə eyni otaqda oturub eyni işi görən adam da səni tərifləməyəcək. Dillənib irad bildirmək istəyəndə deyəcək ki, sən özümüzünküsən. Bax, uzun illərdi ki, "SƏN ÖZÜMÜZÜNKÜSƏN” deyimi bir şal kimi dolanıb boynuma. Məni isidir, amma danışmır ki, danışmır... Danışıb heç nə demir. Bu yerdə özümə təsəlli üçün deyirəm ki, əşi, demir heç deməsin! Və...

Deməli, sözün, insanın və bütövlükdə sözün məkanındakı insanın, eləcə də insanın məkanındakı sözün dəyəri o vaxt diqqəti çəkir ki, o haqqına deyilmiş olsun. Eşidən də, oxuyan da, dinləyən də həmin sözü anlayışla qarşılasın, onunla razılaşsın. Mən bu fikri xüsusi olaraq ona görə qabardıram ki, özümlə, ürəyimlə bağlı yazdığım sözlərim də, pıçıltılarım da elə özümə qalır, sənin diqqətini çəkmir. Bu da sonda yenə misralara çevrilir. O misralara ki, onlar sənə ünvanlanır:


Varlığımı unudub

Üzürsən ürəyimi...

Şişləyib manqal üstə -

Düzürsən ürəyimi...


Axıtdın son yağışla

Soyuq, ögey baxışla...

Yanıldımsa, bağışla –

Süzürsən ürəyimi...


Qaldım dərdin yadında

Tapındığım Qadınla...

Dodağında adımla –

Üzürsən ürəyimi...


Düşünməki xəyalsan

Sən ruhuma əyalsan!

Yaşadarsan bil saysan –

Üzür, sən ürəyimi!..

***

Sözümün bir "mustafası” da var, onu deməyə məcburam. Elə düşünməyin ki, "deyilən söz yadigardı” prinsipindən çıxış edirəm. Mən kiməm ki, yadigar söz söyləyim. O sözü nəhənglər, müdriklər, mənsəb sahibləri və bir də pul üstündə oturanlar deyər. Bütün bunlar isə mənə hələki yuxu kimi gəlir. Ona görə "hələki”ni xüsusi vurğulayıram ki, dünyanın işini bilmək olmaz. Bir də gördüm ki, oturduğum yerin altından və yaxud üstündən pul ələndi, neft fontan vurdu. Yəni hər şey Allahın ixtiyarındadı. Əgər belə bir şey olarsa, indidən təsəvvür edin ki, mənim dilimdən çıxan, kağıza köçən bütün sözlərim yadigar olacaq. Axı çiynimə bəxtəvərlik quşu qonur!.. Burda yadınıza yəqin ki, toyuqla darı məsələsi də düşər. Olsun! Kimdi yuxuya qadağa qoyan? Onsuz da həyatın qadağaları yetərincədi. Elə bu qadağalara görə də bəzən səsimi də, sözümü də, pıçıltılarımı da içimdə dəfn eləmişəm. Amma ona sevinmişəm ki, həmin o pıçıltıları da Allahım eşidib. Onun işığını isə sənin qəlbinə salıb. Sən bunu bəlkə də ya adi saymısan, ya da hiss etməmisən. Amma mənim dilimdən eşidəndə qəlbimdəkiylə üst-üstə düşməyinə təəccüblənmisən. Elə bilmisən ki, könlünü oxuyuram. Əslində isə səsimi ünvanına çatdıran o müqəddəs varlığa minnətdar olmalıyıq – sən də, mən də! İndi isə həmin o minnətdarlıq əlamətlərindən biri olan duyğularımın ifadəsini təkrar sənə çatdırıram. Bax gör, ürəyimdəkiylə üst-üstə düşəcəkmi?


Sənin varlığındadı

Mənim yaşam payım da...

Məkan darlığındadı –

Çatmayan səs payım da...


Pəncərəyə yaxın dur

Səsim döyür şüşəni...

Ovut çöldə gecəni –

Əldən, dildən düşəni...


Sən ilıq təbəssümü -

Səp səsimin üstünə...

Dönməsin pəncərəndə -

Səsin həsrət büstünə...


Varlığındakı məni

Baxışla təqdim edim...

Dayandığın nöqtənin –

Başına dönüm gedim...


***

Və nəhayət... Bütün sözlərin və fikirlərin xoş gələcəyinə zəmanət verə bilmərəm. Çünki indi azad düşüncənin meydanıdı. Hamı söz də deyə bilər, "quşlaya” da bilər. Əsas odur ki, quşlayanda da qartaldan, şahindən bəhs edəsən. Heç olmasa onlara yaraşan nəyisə ortaya qoyasan. Təəssüf ki, indi dəyər vermə ölçüsü tamam dəyişib. Ona görə də hər kəsi öz baxış bucağında nəyi necə gördüyünə soyuqqanlılıqla yanaşaraq demək istəyirəm ki, mən öz sözümü dedim, öz fikirlərimi yazdım. Siz də öz sözünüzü, öz fikirlərinizi özünüz istədiyiniz kimi deyin, yazın. Sadəcə, elə söz dilə gətirin ki, onu oxuaynda, dinləyəndə "quşlayıbdı” deməsinlər. Və...

Sözümün bu məqamında ağlımdam gəlib keçən bir istəyi də ifadə etmək niyyətindəyəm. Bunu Allahıma etdiyim dua kimi də, yalvarış kimi də qəbul edə bilərsiniz. Təbii ki, seçim haqqı sizindi. Mən yalnız bir söz sahibi kimi ipucu verdim. Burdan beləsini özünüz müəyyənləşdirin... O ki, qaldı ağlından gəlib keçənə...


Qarşında dayanan mən –

Yurdsuz Allah bəndəsi...

Dərdlərimin sırası –

Silsilədi həndəsi...


Hansısa bir formada

Danışdırsan dinəcəm...

Mən heç səni yormadan –

Öz içimə enəcəm...


Ümid tükdən də nazik

İnam Tanrıya qədər...

Etsədə əzik-əzik –

Yaşadır məni kədər...


Yazıb "ol”um, "öl”ümdə

Allahımın bir əli...

Bu sevginin yolu da –

İrəlidi, irəli!..


Hə, bax bu da ətrafımdakı doğmaların, dostların, xüsusilə dizaynerimiz Şamxal müəllimin və bilgisayar ulduzumuz Gülər xanımın mənə etdiyi basqıların altında yazdığım bir yazı. Yaxşı ki, nəhəng sənətkar Faiq Qismətoğlu aradabir dadıma yetişirdi. Yoxsa, bu yazının taleyi elə öz taleyimə dönəcəkdi...




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
SON XƏBƏRLƏR
2019-10-19
2019-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (85.71%)
Pullsuz (14.29%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK