warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Faiq QİSMƏTOĞLU: ... BEŞ-ON MANIS-MUNUS... Adalet.az | Faiq QİSMƏTOĞLU: ... BEŞ-ON MANIS-MUNUS... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: ... BEŞ-ON MANIS-MUNUS...

2437    |   2019-04-09 14:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adam özəl televiziya kanallarına baxanda qanı durulmaq əvəzinə daha da qaralır. Başqa ölkələrin televiziyalarında millətin dərdindən, sərindən, ağrısından-acısından danışırlar, bizim özəl kanallarda isə hər gün çalıb-oynamaq, bir-birilə məzələnmək, nə başınızı ağrıdaq, vur-çatlasın çıxarırlar! Və bu vur-çatlasın da bir gün olmur ey, hər gün davam eləyir. Heç elə bil bu xalq torpağının 20 faizini itirməyib. Heç elə bil bu xalqın, millətin Qarabağ boyda dərdi-səri yoxmuş...

Ay rəhmətliyin uşağı, kimdi ey torpaq dərdini çəkən?! Yox, elə bil səhv elədim, bir az tələsdim. Torpaq dərdini çəkənlər var. Hətta onun yolunda şəhid olanlar da! Elə torpağını itirənlərin hamısı yuxularında yurd yerlərini, dədələrinin məzarlarını, müqəddəs ocaqları görəndə qalxıb zülm-zülm ağlayır. Xüsusən də yaşlı nəsil, ona necə şərait yaratsan da, yenə öz torpağında yaşamağı və ölməyi arzulayır. Bu da hələ ki yurdunu itirmiş insanlara qismət olmayıb...

Elə bunu yaddan çıxarmaq üçün televiziyalarda hər gün vur-çatlasın, çal oynasındı. Adə, qoyma ey, kimsə fikirləşsin. Fikirləşər birdən yadına Ağdam düşər, Füzuli düşər, Laçın düşər, Şuşa düşər... Və onda da bir az hər şey ağırlaşar...

Televiziyaların nəyinə lazımdır ey bunlar?! Onlara Mikayıl Güləddinoğlunun "gəldim ey, gəldim” deyə musiqili verilişi lazımdı. Daha doğrusu, bu cür verilişlər elə televiziyaların özlərinə pul və reytinq qazanmaq üçün çox gərəklidir. Reytinq üçün özəl kanallar nəyi desən qurban verməyə hazırdır. Görəsən, vətəndən də, torpaqdan da şirin müqəddəs bir şey varmı? Yəqin ki, olmasa bəzi özəl kanallar dəridən-qabıqdan çıxmazlar.

"SPACE” televiziyasında hər həftə Mikayıl Güləddinoğlunu "Ad günü” verilişi efirə gedir. Allah canlarını sağ eləsin... Və həmişə də ortalıqda olan on-on beş müğənnidir. Bu on-on beş müğənni də tay camaatı boğaza yığıblar. Düzdü, onların arasında istedadlıları və kifayət qədər nüfuzu olanlar da var. Amma tay həftə səkkiz-mən doqquz bu beş-on müğənnini efirə çıxarıb camaatın gözünü mazol eləməyin nə mənası olur? Azərbaycan musiqisi üç-dörd manıs-munusdan ibarət deyil. Və Azərbaycan mədəniyyəti də deyəndə heç bir manıs-munus yada düşmür. Yada düşən 50 il bundan əvvəl şedevr əsərlər və musiqilər yaratmış və yüz illər də bundan sonra yaşayacaq böyük sənətkarlardı. O böyük sənətkarların adlarını sadalamaq istəmirəm. Çünki adlarını sadalasam, çox böyük bir siyahı alınar. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, sağlara isə can sağlığı versin! Və bir də böyük sənətkarlar heç vaxt ölmürlər. Çünki onların əsərləri, ifaları səslənəndə hər gün, hər saat yenidən bu böyük sənətkarların səsi, nəfəsi duyulur...

Və "SPACE” TV-nin bu cür veriıişlərində ifası və səsi olmayan müğənnilərin heç birisi musiqisevərin və musiqidən az-çox xəbəri olanların yadında qalmır. Yadında qalsa ən yaxşı halda təzə paltarları, bir də şit və bayağı hərəkətləridir. Beş-on müğənni var ki, onların villalarını, maşınlarını, zəngin həyat tərzlərini camaatın gözlərinə soxurlar. Evini-eşiyini, varını-dövlətini camaatın gözünə soxan o manısı da mən kamil insan saymıram. Çünki nə o villa, nə o maşın insana əbədi verilmir. Və əbədi verilməyən bir şeyi isə xalqın gözünə soxmaq görməmişlikdən başqa bir şey deyil. Bunlara baxanda mənim olmayan ətim də tökülməyə başlayır.

Azərbaycan mədəniyyəti təkcə beş-on manısdan və bir-iki aktyordan ibarət deyil. Azərbaycan mədəniyyətinin yazıçısı var, şairi var, xanəndəsi var, bəstəkarı var, rəssamı var, memarı var, heykəltaraşı var... Bir dəfə də heç olmasa hörmətli Mikayıl Güləddinoğlunun verilişində belə istedadlı, vətənpərvər adamları görsək dünya dağılmaz ki?! Vallah, dağılmaz! O verilişə Ramiz Rövşən, Seyran Səxavət, Vaqif Cəbrayılzadə dəvət olunsa, onların reytinqi də heç o manısların reytinqindən az olmaz.

Dəfələrlə görmüşəm ki, Mikayıl Güləddinoğlu Ramiz Rövşənin şeirlərini səsləndirib. Ramiz Rövşən mənim ən çox sevdiyim şairlərdəndi. Onun "Şükür” şeirini hər gün üç-dörd dəfə ürəyimdə əzbər deyirəm və hər açılan səhərə, hər udduğum havaya, hər yediyim tikəyə, görməyimə, danışmağıma, eşitməyimə, yeriməyimə... şükür eləyirəm!..

Təkcə imkanlı manısları efirdə göstərmək lazım deyil. Ev-eşiyi olmayan, ya da çətin şəraitdə yaşayan müğənnini də, şairi də, yazıçını da, aktyoru da göstərmək olar. Ölkədə hamı yağ-bal içində üzmür ha! Vallah, elə müğənni var ki, o, efirdə görsənənlərdən dəfələrlə istedadlı və qabiliyyətlidir. Sadəcə olaraq, abır-həyası, isməti olduğu üçün ora-bura cumub pul qazana bilmir. Ora-bura cumub pul qazana bilsə, o da olar o biri manısların tayı...

Mənim bu sözlərim heç də Mikayıl Güləddinoğlunun xətrinə dəyməməlidir. Çünki onun özü də istedadlı oğlandır. Sadəcə olaraq, istəsə yeni mövzular və formatlar da tapa bilər. Görünür, "SPACE” də hər şey istedaddan və peşəkarlıqdan ibarət deyil.

Ümumiyyətlə, "SPACE”nin "Xəbərlər” proqramı da çox bərbad gündədi. Xəbər aparıcıları elə sürətlə danışırlar ki, elə bil bir atlı onları qovur, ya da rəhmətlik Hacıbaba Hüseynovun sözü olmasın, ağızlarını əriştə yandırıb. Sözlər ağızlarından tökülür. Hər hansı xəbəri dinləyəndə ha özünü toplayırsan ki, onu anlayasan, aparıcı elə sürətlə danışır ki, fikri tuta bilmirsən.

Sözümüzün canı ondan ibarətdir ki, hər bir televiziya verilişi hər bir evin qonağıdır. Evə gələn qonaq öz oturuşunu-duruşunu bilməyəndə, ev sahibi ona üz göstərmir. Yəni deyir ki, ağzına yiyəlik eləyə bilmirsən, bir də mənim evimə gəlmə! O qonaq da ev yiyəsinin qırımını başa düşür, hətərən-pətərən danışdığını hiss edir və bir də o qapını açmır. Televiziya aparıcıları da tamaşaçıların əsəbləri ilə oynamamlı, tez-tez gözümüzü mazol eləyən müğənniləri camaatın gözünə soxmamalı və normal bir veriliş hazırlamalıdılar.

Aparıcılar reytinq məsələsini də tez-tez camaatın başına qaxmamalıdır. Biri deyir bir milyon izləyicimiz var, biri deyir üç milyon izləyicimiz var, biri də deyir ki, mənim verilişim ən sevilən verilişdir. Verilişləri kütlənin zövqüylə yox, ziyalıların, savadlı və elmli adamların zövqüylə hazılamaq lazımdır. Qoy ona bir dəfə baxmasınlar, iki dəfə baxmasınlar. Axırda kütlə o verilişə baxmalı olacaq. Biz kütlənin səviyyəsinə enməyə yox, kütləni xalqın, milli dəyərlərə, əxlaqa və vətənə sevgi səviyysinə qaldırmağa borcluyuq.




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-05-24
2019-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (66.66%)
"Qəbələ" (20%)
"Sumqayıt" (6.67%)
"Zirə" (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK