Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Faiq QİSMƏTOĞLU: ÇAYÇI RƏŞİD... Adalet.az | Faiq QİSMƏTOĞLU: ÇAYÇI RƏŞİD... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: ÇAYÇI RƏŞİD...

İyirmi beş manat və şirinçay

3731    |   2019-04-05 14:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Bizim kənddə çox çayçı olub. Hərəsini də özünəməxsus xasiyyəti, keyfiyyətləri vardı. Məsələn, rəhmətlik Məhərrəm kişi pambıq məntəqəsindəki çayxanada işləyirdi. Bir çay dəmləyirdi ki, xoruzquyruğu. Adam o çayı içəndə ətrindən və dadından doymurdu. 70-ci illərdə raykomun 1-ci katibi işləmiş rəhmətlik Qədim Əhmədov bizm kəndin üstündəki pambıq qəbulu məntəqəsinə gələndə Məhərrəm kişinin dəmlədiyi çaydan içərdi. Və bir dəfə də çayxanada Məhərrəm kişi yox imiş, başqası olub, stolun üstünə çay gətiriblər. Qədim müəllim də o çaydan bir qurtum içib, sonra stəkanı nəlbəkiyə qoyub deyib ki, bu, Məhərrəm kişinin dəmlədiyi çay deyil. İki gündən sonra Məhərrəm kişi işə çıxıb, Qədim Əhmədov da onu görüb deyib ki, ay rəhmətliyin oğlu, harda ölüb qalmısan? Bilmirsən ki, bura gələndə sənin çayına görə gəlirəm? Məhərrəm kişi də yazıq-yazıq durub birinci katibə baxır...

... Bir çayçı da vardı kəndimizdə. Onun da adı Əzim kişiydi. Allah rəhmətinə gedib. O da məktəbdəki çayxanada işləyirdi. Tənəffüs vaxtı o çayxanaya qaçar, bulku alıb yeyərdik. Ancaq müəllimlərin qorxusundan çayxanada çay içməzdik. Onun da dəmlədiyi çay çox ətirliydi. Mamam oğlu Təbriz bir dəfə tənəffüsarası çayxanada bulku alıb çayla içəndə məktəbin direktoru rəhmətlik Əvəz müəllim qəfil içəri girir. Mamam oğlu nətəhər karıxırsa, az qala bulku onun boğazında qalacaqmış. Çünki Əvəz müəllimin zəhmindən və qorxusundan biz nəinki məktəbdəki çayxanaya, heç kənddəki çayxanalara ürzükə bilməzdik...

Rəşid kişinin isə çayxanası tam başqa bir aləm idi. Məktəbin yaxınlığındaydı. Daha doğrusu, kolxoz həyətində, taxtadan düzəldilmiş bir yerdə. O çayxanaya ən çox böyüklərimiz, ağsaqqallar gedərdilər. Və Rəşid kişi də stəkan-nəlbəkiləri səliqəylə yuyub kənara qoyardı. Özü də çox zarafatcıl və şirin bir adamıydı. Gözünün ağı-qarası bir oğlu vardı – Şirin. Deyirdi bu Şirini oxuda bilsəm, dərdim olmaz! Bütün əzab-əziyyətə Rəşid kişi qatlaşan adamıydı. Pulu qəpik-qəpik yığardı, qara gün üçün saxlayardı.

... Və o vaxtlar da oğlu Şirini Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə düzəltdirdi. Tarix fakültəsində, universitetdə oxumaq hər oğulun işi deyildi. Amma bir ata kimi Rəşid kişi arzusuna çatdı. Şirin məktəbi bitirdi və kəndə tarix müəllimi olaraq qayıtdı. Bu gün də elə kənddəki orta məktəbdə tarix müəllimidir.

... Bir gün atam həmişə olduğu kimi, bacısıgilə gəlmişdi. Mənim mamam oğlu Təbriz də digər bacısı uşaqlarında daha çevik, daha zirək idi. Savadına və istedadına da söz yox idi. Atam da onu savadına və istedadına görə digər bacısı uşaqlarından çox istəyirdi. Və hər dəfə də gələndə bacısı uşaqlarına azdan-çoxdan pul verərdi. Bu dəfə də pul verəndə cibindən bir iyirmi beşlik yerə düşür, Təbriz mamaoğlu da o pulu götürüb qoyur öz cibinə. Heç atamın da bundan xəbəri olmur...

... Bir gün dərsdən qayıdanda mamaoğlu mənə yaxınlaşdı və dedi:

- Dayımın cibindən iyirmi beş manat pul düşüb. Gəl gedək onu bir yerdə xərcləyək.

Sözün düzü, bir az çəkindim, bir az da atamdan qorxdum. Qorxduğumu hiss edən mamaoğlu yenidən dilləndi:

- Ə, dədəmin canı üçün oğurlamamışam ey, yerə düşüb tapmışam. Tay dedim yerə düşübsə, pulu dayıma nəyə verim? Onsuz da həmişə gələndə dayım beşdən-ondan bizə verir...

Onun bu sözlərindən sonra ürəyim sakitləşdi və soruşdum:

- Mamaoğlu, bu pulu harada xərcləyəcəyik?!

- Ə, harda xərcləyəcəyik?! Rəşid kişinin çayxanasında. Gedək ora görək Rəşid əmi nə deyir?

... Sabahı günü Rəşid kişinin çayxanasına getdik. Mamaoğlu Təbriz dedi ki, Rəşid əmi, iyirmi beş manat pulumuz var. Biz buna neçə gün şirinçay yeyə bilərik?

Rəşid kişi diqqətlə iyirmibeşliyə baxdı. Bir bizə baxdı, bir ətrafına baxdı, gördü ki, bizdən və özündən başqa çayxanada heç kim yoxdu. Sakitcə dedi:

- A köpək uşağı, bəlkə bunu hardansa oğurlamısınız?

Mamamoğlu Təbriz tezcə də cavab verdi:

- Ay Rəşid əmi, nə oğurlamaq, nə zad, pulu tapmışıq, indi də gəlib sənin yanında xərcləmək istəyirik. Sadəcə soruşuruq ki, bu pula neçə dəfə şirinçay yemək olar?

Rəşid kişi iyirmi beşliyi əlində oynada-oynada bir yerə baxdı, bir göyə. Yenə bir Təbrizə baxdı, bir də mənə. Və handan-hana sakitcə pıçıldadı:

- Düz on dəfə yağla, pendirlə şirinçay verəcəm sizə!

Biz bu sözü eşidəndə sevindik və gedib əyləşdik masanın arxasında. Bir neçə dəqiqədən sonra Rəşid kişi yağ, pendir və şirinçayı masanın üstünə gətirdi. Biz də o çayı, pendiri, şirinçayı elə acgözlüklə yedik ki, sanki aclıqdan çıxmışdıq...

Düz altı gün biz yağ-pendir və şirinçayı yedik, ordan da məktəbə getdik. Amma heç kim bilmirdi ki, biz Rəşid kişinin yanından gəlirik. Yeddinci günü yenə böyük həvəslə Rəşid kişinin çayxanasına gəldik və əyləşdik həmişə oturduğumuz masanın arxasında. Bu dəfə Rəşid kişi gec gəldi. Amma qanı qaraydı. Bizim diqqətlə ona baxdığımızı görüb yavaşca yenə pıçıldadı:

- Bax, bu gün tay axırıncı gündü. Verdiyiniz pullar xərclənib qurtarır. Birdən elə bilərsiniz pulunuz var, sabah da gələrsiziniz. Bax, sabah gəlməyin ha!

Mamam oğlu Təbriz bic-bic gülümsəyərək:

- Ay Rəşid əmi, bəs deyirdin on gün şirinçay yeyəcəksiniz? Bu ki, yeddinci gündü, hələ üç gün qalıb – dedi.

Rəşid kişi sifətini turşutdu:

- Bəs bilmirsiniz hər gün pendir, yağ, şirinçay yeyəndə pul bu tezliklə qurtaracaq? Maşallah, hərəniz yarım kilo pendir yemisiniz. Mən hələ yağı demirəm. Bunu da hesablasaq, o pul çoxdan xərclənib. Amma mən istəmirəm ki, sizin xətrinizə dəyim. Nə yemisiniz, halal xoşunuz olsun!..

Rəşid kişi sözünü bitirən kimi kolxozun sədri Məhərrəm kişi, baş mühasib, baş aqranom çayxanaya girdilər. Kolxozun da sədri Məhərrəm kişi çox zəhmli və ciddi adam idi. Ondan kənddə nəinki arvad-uşaq, hətta tay-tuşları da çəkinərdi. Onları görən Rəşid kişi özünü itirdi. Tez bizi yola salmağa çalışdı.

Bizi görən Məhərrəm kişi çayçıdan soruşdu:

- Bu uşaq-muşaqlar burda nağayrır?

- Heç, Məhərrəm müəllim, çay içməyə gəlmişdilər.

- Kimin uşaqlarıdı onlar? – deyə Rəşid kişidən soruşdu.

Rəşid kişi yenidən dilləndi:

- Biri Qismətin oğludu, biri də Nəsibin. Həmişə gələn deyillər. Bir stəkan çay içib getdilər.

Rəşid kişi xoruzquyruğu çayı Məhərrəm kişinin masasına gətirəndən sonra hər şey sakitləşdi. Və biz də ordan uzaqlaşıb məktəbə qaçdıq...

... Və qorxurduq ki, bizim çayxanada olmağımızı Məhərrəm kişi dədələrimizə deyər. O da dədəmizə heç nə deməmişdi. Çünki o vaxtlar çayxanalara, kinoya gedən uşaqlara bir o qədər də yaxşı baxmırdılar. Deyirdilər ki, filankəsin uşaqlarının yiyəsi yoxdur: ya Osmanını verdiyi kinoya gedirlər, ya da Əzimin, Rəşidin, Məhərrəmin çayxanalarına. Tay o vaxtdan sonra bir də bizim ayağımız Rəşid kişinin çayxanasına dəymədi...



İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-09-18
2019-09-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (50%)
"Sevilya" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK