deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Faiq QİSMƏTOĞLU: BİR FAMİL KİŞİ VARDI... Adalet.az | Faiq QİSMƏTOĞLU: BİR FAMİL KİŞİ VARDI... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: BİR FAMİL KİŞİ VARDI...

2195    |   2019-04-02 13:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

O, Ağdamsız yaşaya bilmədi

Mən Famil kişini şəxsən tanımırdım. Onun oğlu Elşənlə ötən əsrin 70-ci illərində dostluq eləyirdik. Elşən də, mən də beşmərtəbənin yaxınlığndakı evlərdə kirayənişin qalırdıq. Və hər gün də beşmərtəbənin qabağındakı "pereqovornu”da tez-tez görüşərdik. Ağdam uşaqları ora yığışardı...

Elşən həm ağayana oğlandı, həm də dostluğa sədaqətli. Tez-tez deyirdi ki, atam Ağdamdan bizə pay göndərib. Gəl gedək qonağımız ol! Ancaq mən heç vaxt yemək dalınca qaçan adam olmamışam. Elşənlə də dostluğumuz təmənnasız, heç bir maraq olmadan 70-ci illərdən bu günə qədər davam eləyib. Cəmi bir dəfə ondan dost kimi xahiş eləmişəm, o da mənim qardaşım oğluna təmənnasız kömək göstərib.

Bax, o vaxtlardan Elşənin atası Famil Yunis oğlu Vəliyev mənim yadımda ağayana, mərd, qürurlu bir kişi kimi qalıb. O Famil kişi ki, yaşadığı uzun ömrü qürurla, ləyaqətlə, namusla başa vurub. Harda işləyibsə, harda çalışıbsa, orda çox böyük hörmət, nüfuz qazanıb.

Aprelin 1-də dostum Elşəndən mənə zəng gəldi. O dəqiqə telefonu açdım və onun kədərli səsini eşitdim:


- Faiq, nə var, nə yox? Aqil müəllimə demişdim atam rəhmətə gedib. Onun haqqında da əlimizdə yazılar var. İstəyirik qəzetdə çap olunsun. Aqil müəllim də mənə dedi ki, o materialları ver Əbülfətə. Əbülfətlə telefonla danışdım, o da bildirdi ki, Faiq sənin iş yerinə daha yaxındır, özü də uzun müddət dostluq eləyirsiniz. Elə materialları da Faiqə verərsən. Sən harda qalırsan?

- Yeni Günəşlidə, "Ballı” marketin yanında.

- Onda bir saata ora gələcəm.

Heç bir saat keçmədi ki, yenidən mənə zəng vurdu.

- "Ballı”nın qabağında səni gözləyirəm.

- Üç dəqiqəyə gəlirəm...

Bir neçə dəqiqədən sonra özümü görüş yerinə çatdırdım. Maşında əyləşib məni gözləyirdi. Heç maşından düşməli hava da deyildi. Yaz yağışı ara vermədən yağırdı...

... Qapını açıb yanında əyləşdim. "Allah rəhmət eləsin” – deyib başsağlığı verdim. Sonra da gileyli-gileyli dilləndim:

- Kişi rəhmətə gedib mənə deməmisən.

- Bayram axşamı olduğu üçün heç kimə bildirmədik. İstəmədik ki, dostların bayramını və ovqatını korlayaq. Kişini dəfn elədik, hətta Qəbələdə üçünü də verdik.

Bu sözləri deyib Elşən kövrəlir. Aradakı kədəri götürmək üçün onunla keçmişi xatırlayıram. Deyirəm ki, rəhmətlik Famil dayı çox yaxşı adamıydı, ağsaqqal idi, el-oba üçün sinəsini qabağa verən kişiydi...

Yadıma düşdü. Bir dəfə rəhmətlik Famil kişiylə həyat yoldaşı Elşənin anası rəhmətə gedəndə görüşmüşdük. Orta boylu, ağsaçlı nurani bir adam idi. Hiss olunurdu ki, bu kişi dünyanın hər üzünü görüb və həmişə də sərt dünyanın üzündən və imtahanından alnı açıq çıxıb. O, təkcə yaxşı kişi deyildi, həm də gözəl ailə başçısı, ata, yaxşı baba və yaxşı da insan idi...

Famil Yunis oğlu Vəliyev 1930-cu ildə Ağdam rayonunun Şelli kəndində anadan olub. Müəllimlər İnstitutunu bitirdikdən sonra elə öz doğma kəndində tarix müəllimi olaraq əmək fəaliyyətinə başlayıb. Ağdam rayon Komsomol Komitəsində, daha sonra rayon komitəsində instruktor işləyib. 1960-cı ildə daxili işlər orqanına işə qəbul olub. O, müxtəlif vaxtlarda Ağdamda yerləşən 8 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində direktor, Daxili İşlər Nazirliyinin Şuşa həbsxanasında baş əməliyyat müvəkkili, Dağlıq Qarabağ Muxtar Vilayətində Daxilıi İşlər İdarəsində baş əməliyyat müvəkkili, Mirbəşir rayon (indiki Tərtər) Daxili İşlər Şöbəsi nəzdində xüsusi komendaturanın rəisi, Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsində növbətçi hissə rəisi, Mirbəşir rayon (indiki Tərtər) Daxili İşlər Şöbəsi nəzdində xüsusi komendaturanın rəisi, Mingəçevir şəhər Daxili İşlər İdarəsi nəzdində xüsusi komendaturanın rəisi, Şamxor rayonu (indiki Şəmkir) Daxili İşlır Şöbəsi nəzdində xüsusi komendaturanın rəisi, Dağlıq Qarabağ Muxtar vilayəti Əsgəran rayonu Daxili İşlər Şöbəsində rəis müəvini, Şuşa şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Şuşa həbsxanasının rəisi, Ağdam rayonu Papravənd kəndində yerləşən Daxili İşlır Nazirliyi nəzdində 3 saylı cəzaçəkmə məntəqəsində rəis vəzifələrində çalışıb və sonuncu iş yerindən fərdi təqaüdə çıxıb.

O, Ağdam rayonu işğal olunandan sonra məcburi köçkün olaraq Qəbələdə məskunlaşıb. Qəbələdə də Famil kişi hər gün, hər an Ağdam havasıyla yaşayıb. Və hər gün, hər dəqiqə gözləyib ki, nə vaxtsa Ağdama qayıdacaq. Onun hər cür şəraiti, imkanları vardı. Hər cür şəraiti və imkanları olan bu kişi heç vaxt Ağdamsız yaşaya bilmirdi. Ağdamsız hər gün onun üçün cəhənnəm əzabına bənzəyirdi. Ən azından ona görə ki, bu kişinin ürəyi və qəlbi həmişə Ağdamla döyünüb.

Famil Vəliyev heç vaxt özü və ailəsi üçün yaşayan kişilərdən olmayıb. Ağdam işğal olunandan sonra bir ayağı o torpaqlarda, o səngərlərdə, o döyüş yerlərində olub. Bu adam öz şəxsi hesabından Ağdam rayonunun müdafiəsi üçün bir ədəd "Ural” avtomaşını üzərində "BM-21” markalı qrad raket qurğusu, bir ədəd "BMP-1” markalı piyadaların döyüş maşını, iki ədəd uzaq vuran artilleriya döyüş topu, bir ədəd mina atan döyüş silahı alaraq hərbi hissələrə aktla təhvil verib. Bütün bu döyüş texnikalarının "N” hərbi hissələrinə verilməsi ilə bağlı hüquqi sənədlər bu gün də durur.

Famil kişi bir el ağsaqqalıydı, bir ziyalıydı, bir vətənini, torpağını, Qarabağını sevən böyük ürək sahibiydi. Famil kişi həm də sözübütöv, mərd, ağayana, haqqı və ədaləti deməkdən çəkinməyən bir ürək sahibiydi. Famil kişi balalarını sevdiyi qədər, nəvələrini sevdiyi qədər, doğmalarını sevdiyi qədər vətənini və Qarabağı sevirdi.

Bu ağsaçlı nurani kişi indi Allahın dərgahındadır. Və Allah-Təala da əməli-saleh insanları, haqqı uca tutan, vicdanlı adamları həmişə öz dərgahında saxlayır. Allah bu nurlu kişiyə, bu ağsaqqal adama, bu vətəni sevən insana rəhmət eləsin! Onun qəbrini, məzarını nurla doldursun!

Belə kişilərin övladları, nəvələri də həmişə el-oba içində alnı açıq, üzü ağ olacaq, onunla qürur duyacaqlar. Bizcə, bundan böyük var-dövlət, bundan da böyük xətir-hörmət yoxdu. Bir daha "Allah sənə rəhmət eləsin, Famil dayı” – deyirik. Yerin cənnət olsun!..




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK