deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | "Bu gün onları Günəşə çıxaracaqlar" - Eminquey yazır - REPORTAJ Adalet.az | "Bu gün onları Günəşə çıxaracaqlar" - Eminquey yazır - REPORTAJ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Bu gün onları Günəşə çıxaracaqlar" - Eminquey yazır - REPORTAJ

17984    |   2019-03-18 14:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yarım saat tez çatmışam. Səhər yediyim ilıq yumurta məni narahat edib, yolları o yana-bu yana ölçürəm ki, ağrılarım keçsin. Gah bir siqaret yandırıram, gah Nazim Hikmətin bu misralarını özümküləşdirib zümzümə edirəm.




"Bugün günlərdən bazar, bugün onları Günəşə çıxaracaqlar...”

Taleyin bu təsadüfü bizi Penitensiar xidmətin binasındakı zala qədər gətirib çıxarıb. Hamı yerini tutur, salamlaşır, hal-əhval tutur. Paqonlu adamlar girib-çıxır zala. Bir jurnalist qız daxil oldu içəri. Deyəsən, jurnalistlərin əksəriyyətini tanıyırdı. Bircə mən bir-iki nəfərdən başqa heç kimi tanımırdım. İlk cümləsi bu oldu:

- Hamınız necə də məhbusa oxşayırsınız.

Gülüşdük.

Sonra bizi qruplara böldülər, hər qrup öz avtobusuna doluşdu. Birinci səfərimiz Binə kəndindəki 2 saylı cəzaçəkmə müəssisəsinədir. Penitensiar xidmətin Sovet ab-havalı maşınında o jurnalist qızın sözləri yadıma düşdü. Doğrudan da bu maşında adam özünü məhbus kimi hiss edir. Bizim qrupa nəzarət edən Pentensiar xidmətin işçisinə baxdıqda daha da əmin olurdum məhbus olduğumuza. ATV, XƏZƏR, ARB kanallarının işçilərinin kameralarına, ştativlərinə silah kimi sarılmalarını görüb rahatlaşırdım.


Hava da öz Günəşi ilə Nazimin misralarına ayaq verir.

Çatdıq.

Müəssisənin qarşısında yığılan adamlar bizə maraqla baxırdılar. Penitensiar xidmətin maşınından düşmüşük, necə olmalı idi ki?! Buraxılış vərəqlərimiz paylandı. Türmənin qapısında növbəyə düzüldük. İki-iki, üç-üç buraxacaqdılar. Sıra mənə çatdıq. Qapıdan içəri daxil oldum. O giriş qapısının içində elə bir ab-hava var ki, elə bil heç vaxt buradan çıxmayacaqsan.

"Telefonlarınızı verin, içəri telefonla keçmək olmaz”.

Yoxlanış, sənədləri təqdim etmək, rəislərin "tez olun” deyə əmrləri...

Səsləndim:

- Bəzilərimizdə fotoaparat, kamera var, bəzilərimizdə yoxdu. Mən telefonsuz içəri keçsəm, nə edəcəm? Axı biz bura gəlməmişdən qabaq demişdilər ki, çalışacağıq, telefonla içəri buraxılasınız.

Qrupumuzun başçısı onları razı saldı. Amma yalnız içəridə, yəni tədbir keçirilən zalda çəkilişə icazə veriləcək. Bizə də elə bu lazım idi.

Bu qapıdan işıqlı bir yol açıldı türmənin həyətinə.

Dar dəhliz... Bizi salamlayan penitensiar xidmətin işçiləri... Hər şey öz axarında gedir.

Əsas adamlar da gəldi.


Komissiyanın üzvləri Elman Nəsirli, Tahir Yusifov, Azər Həsrət çıxışlarını bitirdilər. Əfv olunan məhkumların simasında isə donuq ifadələr hökm sürürdü. Məhbusların içində bircə nəfər yox idi – Qiyas. Hə, "Nida”çı, eynəkli tələbə oğlan. Yaxşı tanıyırsınız onu. O biri boş otaqda ora-bura var-gəl edirmiş. Qapısını açıb soruşdular:

- Tədbir başlayır, gəlmirsən?

- Gəlmirəm!

- Niyə ki?

- Mən Azər Həsrət kimi bir adamın olduğu yerə ayaq basmaram.

Qapını bağladılar.

Komissiya üzvlərinin bir-bir əfv olunanların adlarını çəkidikcə məhbusların üzlərindəki donuq ifadələr də bir-bir açılmağa, əriməyə başladı. 31 nəfər azadlıq müjdəsini aldı.

Şəkillərimizi çəkdik, qeydlərimizi götürdük, marş çıxışa!

Türməni qapısından çıxanda nigaran, həyəcanlı adamların baxışları bizi yenə fotoaparatların qəfil işığı kimi yaxaladı. Jurnalistlərdən hərəsi bir nəfəri tutub danışdırır. Elman Nəsirlini də saxlayıblar.


- Siyasi məhbusların hamısı azad olunmayıb hələ də. Azərbaycanda siyası məhbusların bu qədər çox olması Avropa qanunlarına ziddir.

- Siz hansı mətbu orqandansınız?

- Meydan tv.

- Hə... Azərbaycanda siyasi məhbus yoxdur. Kimsə gedib bir cinayət törədir, sonra görür ki, tutulacaq, başqa yolu yoxdur, başlayır siyasi fikirlər söyləməyə. Sonra da aləmə car çəkir ki, mən siyasi məhbusam.


Hamı həyəcanla öz doğmasını gözləyir. Fikrət Fərəmozoğlunu da danışdırırlar, sevincini bölüşür və deyir:

- Mən cinayətkar deyiləm!

Qiyası da gözləyirdik, çıxmadı. Bizimsə vaxtımız dar idi, hələ üç yerə də getməliyik. Doluşduq maşınlara. Növbəti dayanacaq 9 saylı cəzaçəkmə müəssisəsi. Türmənin hasarlarının başına dolanan tikanlı məftillər mənə həkimlərin ilan-qurbağa xəttini xatırlatdı. Bu adamların taleyini Allah doğrudanmı "ilan-qurbağa” yazıb? Yoxsa azadlığa gedən yolda mütləq əyri-üyrü yollardan keçməlisən? Bilmirəm.


***

Yenə eyni senari, eyni proses.

Yoxlanış, sənədləri təqdim etmək, rəislərin "tez olun” deyə əmrləri...

Səsləndim:

- Bəzilərimizdə fotoaparat, kamera var, bəzilərimizdə yoxdu. Mən telefonsuz içəri keçsəm, nə edəcəm? Axı biz bura gəlməmişdən qabaq demişdilər ki, çalışacağıq, telefonla içəri buraxılasınız.

Yenə də qrupumuzun başçısı onları razı saldı. Amma yalnız içəridə, yəni tədbir keçirilən zalda çəkilişə icazə veriləcək. Elə bizə də bu lazım idi.

Bu dəfə həyətdə saxladılar bizi. Uzun bir masa, üstündə müxtəlif şirniyyatlar, samovar... Ac-susuz adamlarıq. Neçə saatdır yediyimiz əfv olunanların çıxışları, içdiyimizsə insanların sevincləri idi. Daraşdıq şirniyyata, çaya. Əlimdə telefon sosial şəbəkəni oxuyuram. Artıq xəbərlər yayılmağa başlayıb.

Deputat Aydın Mirzəzadə kalonların birində olub və məhbuslara verilən yeməklərdən yeyib, tərifləyib ki, içində qəşəng ət də var. Çayım boğazımda qaldı. Bizə burda snikerslə çay verirlər, Aydın Mirzəzadə deputatdı deyə ətli, dadlı yeməklərdən yeyir. Bu, ayrıseçkilikdir, atam-anam.

Çayı, şirniyyatı aşırıb, üstündən bir siqaret də çəkib içəri daxil olduq.

Yenə dar dəhliz, yenə zal...

9 saylı cəzaçəkmə müəssisəsinin rəisi Baba Gülməmmədov məhbuslara buraxılış vərəqələrini təqdim edir. Əfv olunanların içində Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov da var. Çıxışda ilk yaxınlaşdığımız elə Rüfət bəy oldu. Ondan azadlığa çıxmağın necə bir hiss olduğunu soruşduq:


- Üç ildir ailəmdən uzaqdayam. Çox qarışıq hisslər keçirirəm. Azadlıq çox gözəl hissdir. Bütün məhbuslara azadlığa çıxmağı arzu edirəm. Bundan sonrakı fəaliyyətimdə cəmiyyətə faydalı olacağımı düşünürəm.

Başqa nə deyə bilərdi ki... Sevinc, həyəcan...

Qucaqlaşan, bir-birini möhkəm-möhkəm qoxlayan adamlar...

Azadlığa çıxan təkcə məhbuslar deyil, insanların qucaqlamağa həsrət qalmış qollarıdır.


Növbəti dayanacaq 17 saylı cəzaçəkmə müəssisəsi.

***

Hamısı yan-yanadır. Ordan çıxıb bura giririk. Ssenari dəyişməz qalır.

Zaldakı məhbusların içində iki qaradərili də var. Biri mətbuata neçə il bundan qabaq tanışdır. Obome Mozisi deyirəm. Saxta pul kəsdiyi üçün tutulub. Komissiyanın üzvü Elman Nəsirli soruşur:

- Azərbaycan dilini öyrənə bildin?

Obomo Mozis başını yelləyir – yox.


Qara-qura işlər görmüş 53 yaşlı qaradərili Mozisin bircə saçları ağdır. Ağ günə çıxacağı günün vərəqəsini alıb əyləşir yerinə. Şükür, 10 nəfər də burdan azadlığa çıxdı.

Mozis jurnalistlər üçün maraqlı tipajdı deyə çıxışdaca öncə ona yaxınlaşırıq.

Sualımızı öz dilimizdə verdik. Ki, görək nə hisslər keçirir. Mozis də bizə öz dilimizdə cavab verdi. Deyəsən, o da yaxşı başa düşüb yaxşı danışa bilməyənlərdəndir.


- Allah İlham Əliyevə can sağlığı versin. O çox humanist insandır. Ailəm və mən azadlığa buraxıldığımız üçün çox şadam. Mən Azərbaycanda yaxşı günlər keçirmişəm.

Jurnalistlərdən biri ingiliscə nə sual verdisə, Mozis ingiliscə danışmağa başladı. Danışdı, danışdı, danışdı… Sıxılmağa başaldıq. Mozisə nə qədər "stop” desək də, nə qədər "thanks” desək də dayanmırdı. Özünü bir anlıq Nigeriyanın prezidenti kimi hiss eləmişdi. Əl qol hərəkətləri çoxalır, biz onun sözünü kəsməyə çalışanda isə səs tonu bir o qədər də ucalırdı.

Axır ki, bitirdi.

Əfv olunanların doğmaları ilə görüşünə baxmaqçun dayanacaqdıq. Mozis qəfillədi, başladı oxuyub oynamağa:

- Çayn, çayn, çayn, Azərbaycan çayn.

Görəsən, Azərbaycan çayından danışır, yoxsa bu ingiliscə siyasi mesajdır? Mesajdırsa niyə "Çayn” (ingiliscə Chine belə oxunur)? Bəlkə "can” demək istəyir? Ya bəlkə də bayaq bizə verilən çayı görüb, ona ironiya edir? Bilmədik.

Əlində əsa, saçı-başı ağ bir ana oğlunu görcək ayaqlarına güc gəlir, oğluna tələsir, qucur, öpür. Bu mənzərəni əbədiləşdiririk.


Yorğun-arğın bir bəd xəbər aldıq. Növbəti dayanacaq Kürdəxanı! 1 saylı Bakı İstintaq təcridxanası!

Buradan cəmi 6 nəfər azadlığa çıxacaq.


***

Yol uzanır, tıxaca düşürük. Deyəsən, yollar da sevincək olub, maşınlarla dolub. Bəs biz bu tıxacdan nə vaxt azadlığa çıxacağıq? Yarım saatdan sonra. Yatan kim, çəkdiyi materiallara baxan kim.

Axır ki çatdıq.

Yenə eyni sujet xətti.

Yoxlanış, sənədləri təqdim etmək, rəislərin "tez olun” deyə əmrləri...

Yenə də eyni giley- güzar:

- Bəzilərimizdə fotoaparat, kamera var, bəzilərimizdə yoxdu. Mən telefonsuz içəri keçsəm, nə edəcəm? Axı biz bura gəlməmişdən qabaq demişdilər ki, çalışacağıq, telefonla içəri buraxılasınız.

Qrupumuzun başçısı onları razı saldı. Amma yalnız içəridə, yəni tədbir keçirilən zalda çəkilişə icazə veriləcək. Elə bizə də bu lazım idi.

Hər dəfə eyni cümlələri təkrar eləmək də bir yandan yormuşdu məni. Neyləyək? Cəzaçəkmə müəssisəsi təkcə cinayətkarlara cəza vermir ki. İşimizi görüb qurtardıq. Hamının üzünə bir rahatlıq çöküb. Təcridaxananın qapısından çıxanda uşaqlara dedim:

- Uşaqlar, şükür, bizi də azadlığa buraxdılar! Gedib rahatca deyə bilərsiz ki, ömrümün səkkiz saatını həbsxanada olmuşam. Özü də elə-belə yox ha. Düz dörd həbsxanada.

Bir-iki nəfər qəribə baxışlarla mənə tərəf çöndü.

Gülüşdük...

Amma bütün bu yorğunluğa dəyərdi. Hiss edirdim ki, yeddi-səkkiz saatdır bir stəkan çay, bir dilim piroq yeməyimə baxmayaraq mədəmdə aclıq hissi yox idi. Bu gün o, doğmalarına qovuşan məhbusların sevincilə doymuşdu.








İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK