nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Əbülfət MƏDƏTOĞLU: XİLASKARLAR Adalet.az | Əbülfət MƏDƏTOĞLU: XİLASKARLAR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: XİLASKARLAR

Onlara DOST deyirik

15928    |   2019-02-17 11:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yaşadığımız dünyanın problemləri o qədər bir-birinə dolaşıb, düyün düşüb ki, saatlarla oturub baş sındırsam da, o düyünün bircəciyini də olsa aça bilmirəm. Və belə olan halda özümü həm gücsüz, həm kimsəsiz, həm də ümidsiz sayıram. Elə bil ki, ovcumun içində olanın sağına, soluna, dörd tərəfinə elə ovcumun içində fırlada-fırlada baxıb ona harda müdaxilə edəcəyimi tapa bilmədiyimin təəssüfünü, bacarıqsızlığını yaşayıram. Qınayan olmasa təkcə yumruqlarımı deyil, lap başımı da divara döyərəm ki, bu gəlimli-gedimli dünyanın oyunlarından canım qurtarsın. Elə bu yerdə də yadıma düşür ki, can Allah əmanətidi. Ondan qurtulmağın izni Allahdan gəlməlidir...

Bəli, indi oturub siz də fikirləşəcəksiniz ki, yəqin Mədətoğlu alimlik, filosofluq eşqinə düşüb dünyanın haqq-hesabını çəkmək, dəyərləndirmək istəyir.

Amma tövbələr olsun ki, belə bir xəyalım da yoxdur. Sadəcə olaraq, baş verənlərin, müşahidə etdiklərimin əks-sədası, fəsadları istər-istəməz məni də haldan çıxarır və mən də düşünmək məcburiyyətində qalıram.

Təbii ki, düşündüklərimin müəyyən hissəsi təkcə mənə dəxli olan məsələlər deyil. Bu, bütün bəşəriyyətə, bütün insanlara isti-soyuğu keçən məqamlardı.

Düzdür, bu yerdə köhnə kişilərin bir sözü yadıma düşür. Həmin o köhnə kişilər demişdilər ki, "elnən gələn toy-bayramdı" (!!!). Bu təəccüb hissimin bir yozumu da ondan ibarətdir ki, adamın el-obası olmalıdı də?! Axı mən bu məsələdə də toy-bayram ovqatında deyiləm, səpələnibdi bütün Azərbaycana elim, obam. Deməli, ümidimin şam kimi əriməsinin bir ucu da gedib çıxır Vətəndə vətənsizliyə...

Hə, əriyən, tükənən ümidsizliyin içərisində ağlıma gələn məqamlardan biri də budur ki, özüm-özümə söylədiklərimi sənə də, elə bütün oxuculara da çatdırım.

Deyim ki:

Məndən heç nə gözləmə

Sönübdü ümidlərim...

Külək sovuran külə -

Dönübdü ümidlərim...


Ruhum kədər geyinib

Bəlkə min yol deyinib...

Qədəminə əyilib -

Enibdi ümidlərim...


Söz qalmayıb dil dəyə

Haqq da baxmır diləyə!

Kirpikdəki giləyə -

Çönübdü ümidlərim...


Qəm bəzənə, darana

Çəkəm dağa, arana...

Tay gedirəm tarana -

Ölübdü ümidlərim...

***

Hərdən dostlardan söhbət düşəndə içimdəki öləziyən ümidlərin çırağına sanki neft tökülür. Özümü bir qədər toparlaya bilirəm. O ümidsizliyin məngənəsindən xilas olmaq yolu görünür qarşımda. Təsəvvür edin ki, qırx arşınlıq dərin, qaranlıq bir quyunun dibində oturmusan, nə edəcəyini bilmirsən və bir də görürsən ki, bir işıq şüası süzülüb gəldi üzü aşağı. Öncə elə bilirsən ki, səni qara basır. Hətta vahimələnib xoflanırsan da. Sonra görürsən yox, həmin işıq şüasıyla bərabər bir kəndir də sallanır üzü aşağı. Bax, bu, xilas kəndiri, dost əlidi.

Ondan asılmaq da olar, ondan yapışıb xilas olmaq da. Bütün hallarda mənim düşüncəmə görə, insanın qan, süd doğmalarından daha güvənlisi özünün həyatda qazandığı DOSTudu. Böyük hərflərlə yazılan, ürək dolusu sevgiylə səslənən bu sözün mənə görə bircə yozumu var. O da sirdaşlıqdı, güvəncdi, bir-birinin içərisində olan bir ömrün daşıyıcısıdı. İnanın ki, bu, bəlağətli sözlər, fikirlər deyil. Şəxsən mən qan, süd qohumlarımdan, doğmalarımdan daha çox dostlarımla güvənliyəm və hər bir halımda öncə yanımda onları görürəm.

Hərdən özümə qapılıb bu dünyaya laqeyd nəzərlərlə baxan hallarım da olur. Ümidsizliyin, inamsızlığın kürəyimi yerə gətirdiyi məqamda məhz xilaskarım dostlar olur. Deməli, onlara inandığım kimi, onların da mənə inamı bu ömrün mənasını özündə ifadə edir...

Hə, özüm-özümə sual verib cavab axtaranda kökləndiyim ovqat, içərisində olduğum durum həmin o xilaskar dostların, təbii ki, onların arasında da ən önəmli yerin sahibi olan Sənin bütün özəlliklərin havaya, suya çevrilir mənim üçün. O havanı, o suyu İlahi töhfəsi kimi qəbul edirəm və könlümdə nostalji duyğuların hopduğu misralar gəlib keçir. O misralar SƏNƏ və dostlara ünvanlanır. Yazıram ki:


Yazdıqlarım pıçıltıdı, hənirdi

İçdən gələn səsdi, həm də səmirdi...

Elə bilmə ürəyimdə təmirdi -

Köhnələri çıxarıram, atıram...


Özəl sayıb duymamışam mən əlbət

Düşmür ona nə güzəşt, nə mərhəmət...

Bağışlanmaz cinayətdi məhəbbət -

Sevgi üstə tutulmuşam, yatıram...


Eh, nə deyim, nə danışım bilmirəm

Kirpiyimlə kirpiyini silmirəm...

Düşünmə ki, dərdlərimlə dilbirəm -

Gecələri gündüzlərə qatıram...


İstəmirdim dilə alıb mən yayım

Bundan sonra həftə sayım, gün sayım...

Titanikdi sevgi payım, din payım -

Ləngərlənə-ləngərlənə batıram...


Bu gördüyün əlimdəki - ürəkdi

Bu ürəkdə bu əllərim gül əkdi...

Sən bir söz de, biz son dəfə gülək ki -

Bu ürəyi mən havayı satıram...

***

Bütün məqamların içərisində mütləq kül altında olduğu kimi, iynə ucu boyda da olsa bir işartı var. Mən buna inanıram. Çünki Yaradan bəndəsi üçün yazdığı qədərdə hər şeyi nəzərə alıb.

Yəni obrazlı desək, paytaxtdan çıxıb hansısa bir bölgəyə getməyin yolları məlumdur. İstər göylə, istər yerlə, istər suyla... Bu yollar xəritəsi çəkilmiş, hesablanmış bir reallıqdı. Qalır o yola çıxmaq. Bax, Allah öz bəndəsini də həmin o yola istiqamətləndirir və olumdan ölümə qədər gedirsən.

Öncə iməkləyə-iməkləyə, sonra yüyürə-yüyürə. Axırda isə kiminsə qoltuğunda, yaxud da tutağac etdiyin əl ağacının köməkliyiylə.

Bu sonuncu hal insanı yenidən iməkləməyə tərəf yaxınlaşdırır. Axı əyilirsən, özün istədin-istəmədin bel bükülür, torpaq səni yavaş-yavaş səsləyir. Və...

Bəli, bu bir gerçək həyat mənzərəsi. Bunu mən dedim, yazdım və yaxud da kimsə dedi, yazdı... Məntiq baxımından heç nə dəyişməyəcək. Sadəcə olaraq, hərə öz bildiyi kimi, duyduğu kimi deyir, yazır. Bu məqamda böyük Bəxtiyar Vahabzadənin misraları yadıma düşür:

Ürək fikrin tilsimidir,

Hər qatı bir lay kimidir,

İnsan göydə Ay kimidir -

Görünməyən tərəfi var.

Bu misraları elə-belə xatırlatmıram.

Demək istəyirəm ki, Yer üzündə insanların bir-birindən gizlətdiyi və yaxud da görməyə imkan vermədiyi tərəfləri var. Onu yalnız Tanrı görür və Tanrı da hər şeyi bildiyindən, gördüyündən insanın xəbərdar olduğunu hiss edəndə ona bu dünyanın əzablarından da ləzzət almaq imkanı verir. Çünki dərk edən, anlayan dərdin də damağında bal olduğunu bilir. Və bir də dərd çəkən üçündü, onu şərəfləndirən üçündü. Ümumiyyətlə, dərdin çəkisi onu çəkənə məlumdu. Burda söhbət təbii ki, ürəkdən gedir...

Bəli, mən bu ovqat yazımın hər bir sözü, sətri arxasında özümün dayandığıma əmin olduğum üçün, hətta belə qarmaqarışıq olsa da, birmənalı demək istəyirəm ki, içinizdəki güvəni, sevgini dəyərləndirin. Onda ayaqda qalmaq nisbətən asan olacaqdı. Nə qədər yüklənməyinizdən asılı olmayaraq, kimin üçün yaşadığınızı unutmayın.

Elə bilməyin ki, bu bir ağsaqqal sözüdü, ağsaqqal tövsiyəsidi. Xeyr, sadəcə olaraq, öz yaşadıqlarımın fonunda, diqtəsində gəldiyim bu nəticə məndə bu əminliyi yaradıbdı.

Əmin olmuşam ki, SƏN bütün durumlarda məni xilas edə bilərsən. Elə ona görə də mən də sənə üz tutub həmişə və hər anda yazıram, deyirəm:

Sönüb yandığım kimi

Yanıb andığım kimi...

Tək! - inandığım kimi -

Bir Allaha inandım...


Qapı, kilid və açar

Dərd bağlayar və qaçar...

İçin-için və naçar -

Anda da səni andım...


Ömür, həyat və sevgi

Bitməz xəyal, nə sevgi!

Umub hər gün də sevgi -

Səni öz qibləm sandım...


Qaranlıq, bir də işıq

Ruhum qalıb bir qaşıq...

Suya düşüb və yaşıq -

İslanmayıb inadım!


Göründüyü kimi, inamın və inadın ətəyi əldə olanda mübarizə aparmaq, lap elə çabalamaq da nisbətən asan olur. Çünki məqsəd məlumdu, mövzu ortadadı. Və deməli, sənə yandırılan işıq öz şöləsini saçacaq. Axı o Haqdan yanır.

Məlumdur ki, Haqdan yananı bəndə söndürə bilməz!.. Deyəsən, mövzunun bu hissəsini bir az təkrarladım.

Amma inanın ki, bunu bilərəkdən etdim. İstədim ki, təkrarın nə olduğunu, hansı mənanı özündə ifadə etdiyini və ümumiyyətlə, bununla bağlı söylənilmiş atalar sözünü bir anlıq da olsa xatırlayasınız.

Və nəhayət...

Hə, bir göz qırpımı olan ömrün bütün çalarlarını, bütün özəlliklərini və gözəlliklərini mən səndə tapmışam. Ona görə də bütün müraciətlərim də, bütün istəklərim də, hətta giley-güzarım da səninlə bağlıdı. Sən də öz dözümünlə, öz inadkarlığınla mənim öləziyən ümidlərimə yağ damızdırırsan, sönməyə qoymursan. Deməli, bunun özü də Tanrı iradəsidi, Tanrı diqtəsidi. Tanrı səni və bütün dostları qorusun!.. Axı siz xilaskarsınız!




İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

Deputatlar koronavirusa görə testdən keçiriləcək

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
SON XƏBƏRLƏR
2020-04-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

-Sonuncu dəfə deyirəm, vətəndaş, damdan düş, gir evə, səninlə burda çənə-boğaz eləməyə vaxtımız yoxdu - polis mayoru həyətdən səs gücləndirici ilə binanın başındakı kişiyə səsləndi - hamımız eyni vəziyyətdəyik, amma dözürük, sən də dözməlisən!

Kişi etiraz etdi:

-Dedim yox! Mən dözmək istəmirəm! Mən bu qədər özümü çeynətməm!
Mayor nişan alıb tapança ilə adamı çiynindən vuraraq dama sərdi...
Kişi gözünü açdı ki, xəstəxanada çarpayıdadı. Mayor da oturub çarpayının yanında.

-Nahaq vurdun məni! - mayora baxıb narazı dilləndi - kişi-kişinin arvad-uşaq yanında sınmasına razı olmasın gərək!

Mayor başını aşağı salıb gileyləndi:

-A kişi bezmişik ey əlinizdən, biriniz dama çıxırsınız, biriniz yuxu dərmanı içirsiniz, hələ o gün biri evində üstünə benzin tökmüşdü ki, "mənə söz deyən olsa, özümü yandıracam". Boğaza yığmısınız ey bizi. Bilmirik asayişi qoruyaq, ya sizinlə uğraşaq. Ə, elə bilirsən bizə asandı? Biz də kişiyik, anlayırıq sizi! Ama day intihara cəhd etmək nədi?! Allah bu koronavirusa lənət eləsin!

Kişi əlini uzadıb mayorun qolundan tutdu - bilirəm qardaş, sizin işiniz lap ağırdı, özü də indiki vəziyyətdə, amma məni də başa düş - kişini qəhər boğdu - əşşi mən arvada dedim köməyə ciddi ehtiyac yaransa, kartof qızardaram, uzağı bozbaş bişirərəm. Day əriştə kəsmək nəymiş! Bu qədər də yox də! Bax, cənab mayişor, mən deyiləm sənsən, arvad desəydi əriştə kəs, kəsərdin? Yox vallah! Dama çıxmaq nədi ey, bəlkə də sən tapança ilə məni vurduğun kimi, arvadı da vurardın!

-A kişi nə kartof qızartması, nə bozbaş, nə əriştə? Orda sənə dedim axı, hamımız eyni vəziyyətdəyik - mayor yerindən qalxdı, gətirdiyi meyvə dolu torbanı çarpayının ayaq tərəfindən götürdü, bayaqdan oturduğu kətilin üstünə qoydu, kövrəlmiş halda sözünə davam etdi - tez sağal, get evinə qardaş, ta bir də dəlilik eləmə! Görünür bu da bir sınaqdı, dözməliyik. Bax, mən dünən gecə, növbədən sonra, evdə yarpaq dolması bişirmişəm, bu günə də düşbərə sifariş ediblər...





digər lətifələr
ARXİV
FACEBOOK