Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Məzlum Məsum Adalet.az | Məzlum Məsum Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Məzlum Məsum

Vüqar Abbasov

12990    |   2019-02-05 12:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Məsumu yenə "yuxarılara” çağırmışdılar. Əhvalı pərişan idi. Öz-özünə "Görən indi nə deyəcəklər?” – deyə düşünürdü...

Hava isti idi, günəş yuxarıdan adamın başını deşirdi. Tər Məsumun kürəyindən üzü aşağı axırdı. Bu istidə avtobus dayanacağına gedənə kimi hələ çox tər axacaqdı ondan, hələ bir də "yuxarılarda” "tərlətsə”lər halı lap dözülməz olacaq.

Qəribə adamdı Məsum, anadan olandan, adı qoyulandan bu günə kimi işləri də qəribə gedib. Ancaq bir şey vardı ki, işlərinin qəribə getməsində çox vaxt özü deyil, başqaları səbəbkar olub. Məsələn, Məsum anadan olanda atası onun adını Məsud qoymaq istəmişdi, ancaq məmurun səhvi ucbatından adını Məsum yazmışdılar. Beləcə ilk dəfə onda məmurlar onu Məsud olmağa qoymamışdılar. Həyatda üzü çox az gülmüşdü Məsumun. Bir dəfə isə Məsum hədsiz dərəcədə çox sevinmişdi, yaxın bir dostu ona bir restoran bağışlamışdı və Məsum bundan çox məsud olmuşdu. Elə buna görə də restoranının adını "Məsud Məsum” qoymuşdu. Ancaq onun taleyinə əzəldən məsud olmaq yazılmayıbmış. Başlanğıcda işləri əla gedirdi. Yaxınlıqda bir neçə restoran var idi, çoxdan işləyirdilər. İşləri də pis getmirdi. Ancaq Məsum əla kababçı idi deyə kabab həvəskarları yavaş-yavaş yığışdılar onu restoranına. Bu isə yaxınlıqdakı restoran sahiblərinə xoş gəlmədi, onların sahibləri də, deyilənlərə görə, "yuxarılarda” idi.

Bir gün Məsumu çağırdılar "yuxarılara” ki, lüləni duzlu edirsən, bir lülə bişirdiyini görməyək. Bir gün çağırdılar tikən də çox duzsuz olur, onu da bişirmə. Sonradan davam etdilər ki, balıqla camaatı zəhərləyərsən, o biri elə, bu biri belə. Məsum nə qədər dedi ki, a kişilər, balıq köhnə olanda adamı zəhərləyər. Təzə balığın isə adama xeyri var, zehni açır. Bəs bunları bişirməsəm mənim restoranıma kim gələr? Niyə gəlsinlər? Dedilər ki, satmayacaqsan, vəssalam. Qaldı zehin açmağa, sənəmi qalıb millətin zehnini açmaq? Bir sözlə, Məsum qaldı ancaq göy qutabının, kartof püresinin və digər belə şeylərin ümidinə ki, ətrafda demək olar ki, hamı göy qutabı, püre satırdı, balaca kafelər belə. Bu minvalla kababçı Məsumun məsudluğu yenə əlindən alındı, müştəriləri azaldı. Günlərlə oturub sadəcə gününü yola verir, ancaq evinəçörək pulu qazana bilirdi...

... Avtobus gəlib dayanacaqda dayandı, hamı kimi Məsum da birtəhər özünü dürtdü içəri. Tərin iyindən içəridə durmaq mümkün deyildi. Məsumu itələyib sıxdılar bir tərəfə. Məsum oturacqda oturmuş iki gəncin başı üstündə dayanmalı oldu. Gənclərin söhbəti diqqətini çəkdi:

- Gördün də, qərar verdilər ki, filan (qəzetlərin adlarını sayır) qəzetlərə yardımları saxladılar. Bəhanə da odur ki, tiraj azdır, satış az olur və.s.

- Ə bunlara nə deyəsən. Qəzetlərə "onu yazma,” "bunu yazma” deyirlər, hamı eyni şeyi yazır. Bir qəzetə baxsan hamısına baxmış kimisən, daha başqa qəzeti niyə alasan? Sonra da deyirlər ki, qəzetlər maraqsızdır, oxuyan yoxdur və.s. Neyləsin bəs bu qəzet çıxardanlar. Gündə eyni yeməyi yesən bezməsən?..

Məsum daha söhbətin davamını eşitmədi, dinləyəcək halı qalmamışdı. Necə də onun restoaranının hekayətinə oxşayırdı bu qəzet söhbəti. İnsanlar əlbətdə ki, eyni şeyi yeməkdən bezərlər. İnsanlara nə qədər kartof əzməsi, göy qutabı yedizdirmək olar? Qəzetlər də onun kimi, "onu yazma,” "bunu yazma” deyilirsə, bütün qəzetlər eyni mövzuda yazırlarsa kim oxuacaq o qəzetləri? Sonra da deyirlər ki, qəzeti bağla, tirajın azdır... Birdən də öz-özünə "Sənə nə e bu qəzet məsələsindən? Hələ gör səni niyə çağırıblar” – dedi. Sonra isə düşündü ki, yaxşı, bəs bu qəzetlər çıxmasa qutabların altına nə sərəcək? Qutabı boş ver, unu nəyin üstünə ələyəcək? Zibili nəyin üstünə yığıb atacaq? Manqalın altını nəylə qalayacaq? Eh, nə manqal? Manqal qalamağa imkan verdilər ki, manqaı da qalayaq?

Məsum elə bunları fikirləşirdi ki, mənzil başına çatdığını gördü. Birtəhər özündən qabadakılara "düşmürsənsə yol ver də” deyə-deyə avtobusdan düşdü. Xülasə, gəlib çıxdı "yuxarıların” binasına, daxil oldu "yuxarıdakı” adamın kabinetinə. "Yuxarıdakı” adam Məsumu görən kimi:

- A Məsum, necəsən? Qutablar necə gedir? Bilirəm, yenə deyəcəksən ki, ətrafda hamı qutab satır da, qutab alan yoxdur. Uzatmayacam, Məsum, restoranı işlədə bilmirsən. Müştərin yoxdur.

Məsum ağzını açıb: "Necə müştərim olsun e. Onu satma, bunu satma deyirsiniz” – demək istəyirdi ki, "yuxarıdakı” adam buna imkan vermədi:

- Gəlsən o restoranıbağla, sat bizə. Pulverimsənə, get olməsudvəbaşqaişləməşğulol, yaşa da özkefində. Bu işlərsənlikdeyil…

Söhbətləri çox da uzun çəkmədi. Ağıllı adam idi Məsum. Anladı ki, kimə, hara şikayət edəcəksə xeyri olmayacaq. Restoranını satmaqdan başqa edə biləcəyi bir şey yoxdur. Vaxtilə müştəri ilə dolub-daşan restoranında indi ancaq milçək vızıltısı eşidilir. Odur ki, restoranı satmağa razılaşıb binadan çıxdı. Öz-özünə "Eh, Məsum, səni bir türlü məsud olmağa qoymadılar. Anadan olandan sənə məsud olmaq qismət deyilmiş, adını belə düz yazmayıblar. Bir restoranın vardı ki, adını Məsud qoymuşdun, özün də məsud idin, onu da əlindən aldılar” – dedi və "Məsum-Məsud,” "Məsud Məsum” deyə-deyə yoluna davam etdi və bunları o qədər tez-tez təkrar etdi ki, az qala yanıltmaca bənəzdi və sözlər qatışdı bir-birinə "Məsud Məsum,” "Məsum məsud,” "Məşum Məsum,” "Məzlum Məsum”...

Vüqar Abbasov.




İmza:

YAZARIN ARXİVİ

2019-02-05 : Məzlum Məsum
2018-09-04 : Reportaj
2015-12-07 : Adsız yazı
SON XƏBƏRLƏR
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK