Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | SABAHA QALMASIN... Adalet.az | SABAHA QALMASIN... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SABAHA QALMASIN...

17185    |   2013-04-20 08:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hərdən qəribə bir kəşf eləmək keçir ağlımdan. Hələ bunu nə vaxtsa həyata keçirəcəyimə də inanıram. Mənim kəşfim özümdən əvvəlkilərə qətiyyən bənzəməyəcək. Bundan ötrü xoş saat, romantik məkan da axtarmıram...

Kəşf edəcəyim nə buxar maşını, nə kitab çapı, nə də təzə planet kimi bəşəriyyəti həyəcanlandırmaya bilər. Ümumdünya cazibə qanununun, nisbilik nəzəriyyəsinin, Mendeleyev cədvəlinin də mənim düşündüklərimə dəxli yoxdu...

Havalı başıma gündə min cür fikir dolan çağlarım da çoxdan məni tərk edib. Yaxam qalıb soyuq mühakimələrin, saflıqdan, bakirəlikdən uzaq riyakar düşüncələrin əlində. Bir tərəfdən bərkimiş, sərtləşmiş, o biri tərəfdən yumşalmış, kövrəlmişəm. Dünən təəccübləndiklərim bu gün adiləşib, hələ desən, gözümdən də düşüb. Bu gün heyran olduqlarımın halı, yəqin ki, sabah bundan da betər olacaq. Dünən halımı dəyişənlər, ürəyimi boğazımda döyündürənlər bu gün tükümü də tərpətmir. Bu halımdan həm məmnunam, həm də... Açığı, bəzən qorxuram. Bunun axırı ürəkaçan deyil, hər halda...

Marağını itirmək hər şeydən qorxuludu...

Lap elə ağlını itirmək kimidi...

Susqunluğa, çarəsizliyə gedən yolun başlanğıcıdı. Bütün günü əlini çənənə dayayıb pəncərədən baxmaqdı. Baxışlarının bir nöqtədə qərar tuta bilməməsidi. Dünənəcən gördüklərinin görünməz olmasıdı...

Kimsəylə bölüşməli, çarə istəməli dərd də deyil...

Ağıllanmaq, müdrikləşmək də deyil bu. Heyf deyildi, dünənəcən hər şeyə təpki göstərirdin. Mübahisə edirdin, sübut eləmək, qandırmaq istəyirdin...

İnciyirdin, incidirdin...

Bəs, nə oldu?! Qızğın beynini, isti ürəyini kimlər, nələr soyutdu?!

Özündən başqa heç kim, heç nə...

Biz də sənin kimi... Birimiz də, hamımız da...

***

Hər şeyi sabaha saxlamaq istəyirik. Hətta sevinməyi də... Dünən çox şey olmuşdu. Sabah da olacaq. Dünən olanlardan yaxşımı, pismi olacaq, kimsə bilməz. Təkcə dünən olanları özümüzünkü sayırıq. Xatırlayır, hissə qapılır, artırır, şişirdirik. Əlimizdən alacaqmışlar kimi üstündə əsirik xatirələrimizin. Əzizləyirik, təmizləyirik, pislikləri bağışlayırıq, yaxşılıqları böyüdürük. Sanki bütün bunlardan başqa heç nəyimiz yoxmuş kimi qoruyuruq da. Kimsə soxulmasın, əl qatmasın, içimizi çalxalamasın. Sabahımızdan da çox şeylər gözləyirik. Hamısını istədiyimiz, xəyal etdiyimiz kimi... Gözləmədiyimiz, bizi incidəcək, məyus edəcək bədliklərdən uzaq, arınmış... Nədi bu?! Ümid, inam, yoxsa, təsəlli?! Bəlkə tənbəllik? Deyəsən, hamısı! Ya da... heç biri...

Bu günümüzüsə görmürük. Quş kimi çiynimizə qonur, nəsə edəcəyimizi gözləyir, sonra... uçub gedir. Yaşanmamış xatirəyə çevrilir. Ardınca baxıb köks ötürür, "qaldı sabaha" deyib özümüzü ovuduruq. Bu günümüzü qurmağı da düşünmürük heç. Düşünsəydik qurardıq. Gərək olduğu kimi, arzulanan kimi. Yenə qalırıq ümidlərin ümidinə. Hardasa oxumuşam: "Ümid gözəl səhər yeməyi, lakin pis şamdır". Gözəl deyilib. Deməli, şamsız yatacaqsan...

Bizdən çox-çox əvvəllər, bizdən qat-qat ağıllı adamlar yaşayıb bu dünyada. "Keçmiş xatirələrdə, gələcək isə xəyallarda yaşayır" deyib həmin ağıllılardan biri. Çox sözlər deyiblər. Elə biz də az oxuyub, az öyrənməmişik. Ancaq... heç birinə əməl etməmişik...

Bəlkə həmin adamlar da öz səhvlərindən sonra ağıllanıblar?! Kim bilir...

Keçmişlə gələcəyin ortasında vurnuxuruq. Keçmiş əlimizdən çıxdı, gələcək isə hələ irəlidədi. Bəs, ortada qalan? Əlimizdə qalan bu günümüzdü... Bəs, niyə sahib çıxmırıq ona?!. Dünyanı xəyal etdiyimiz kimi görmək istəyimiz çox əngəl olur bizə... Hərə öz yoluynan gedir. Ancaq bütün yollar yaşamağa aparmır. Bəzən elə bilirik, göylərin də yadından çıxmışıq...

***

Hamıdan ibrət götürmək olmur. Hər deyiləndən, yazılandan da. Amma o cavan oğlan hamımızdan ağıllı düşünüb bir zaman. Dünyagörmüş anasına da dəyərli sözlər yazıb: "... Anacan, yadında saxla ki, həyat qəddar və faciəlidir və Yaradanın Böyük Planında biz heç nəyik: istənilən an, milyard və milyardlarla insanı torpaq altına çürüməyə yollamış amansız əl bizi də həyatdan məhrum edə bilər. Faktların gözünə dik bax və gerçəkliyə göz yumma. Sən deyəndə ki, yalnız beş ildən sonra, firavanlığa yetişib öz əməyinin bəhrəsinə dolana biləndən sonra nəhayət ki, nəfəs dərə biləcəksən, yadına sal ki, başlıcası bu vaxt ərzində həyata sevinmək qabiliyyətini itirməməkdir. Nəzərə al ki, "daha beş il dözmək" zərurəti pis bəhanədir. Beş ildən sonra məlum ola bilər ki, daha bizim vaxtımız qurtarıb. Unutma, tez-tez biz hamımız "nəhayət nəfəs dərə" biləcəyik, ancaq onda bizə heç nəyin fərqi olmayacaq: bizim hamımızın ərazisi eyni böyüklükdə olacaq-altı funt uzunluğu və iki funt eni olan torpaq olacaq. Yalvarıram sənə: elə bu gündən bir az da özün üçün yaşa; heç nəyi sabaha saxlamadan, sabaha ümid etmədən..." Tomas Vulf.

Sənə çox inandım, cavan oğlan! Kəşf edəcəyim fikirlərə çox oxşadı yazdıqların. Səndən çox şey öyrəndim. İlk dəfə səndən öyrəndim ümidə arxalanmamağı. Ancaq daha gecdi. Keşkə uşaqlığımdan çataydı bu fikirlərin mənə. Qafamızda təzə fikirlərə yer yoxdu daha. Sabah nədi, Qiyamətəcən gözləntimiz var bizim...

Özümüzün eləməli olduğumuzu kiminsə edəcəyini gözləyirik...

O Kimsə varsa, gözləməyə dəyər bəlkə?!.

P.S. Deyəsən, ümidin ətəyindən yapışdım yenə...

Vəsilə USUBOVA

vasila-usubova@mail.ru



İmza:

YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-10-17
2019-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK