viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Xəyanət videolarını paylaşanlara nə ad verək? - SORĞU Adalet.az | Xəyanət videolarını paylaşanlara nə ad verək? - SORĞU Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Xəyanət videolarını paylaşanlara nə ad verək? - SORĞU

33283    |   2019-01-16 12:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son vaxtlar insanlar şəxsi həyatlarında baş verən hadisələri çəkib video şəklində sosial şəbəkələrdə paylaşırlar. Xəyanət videoları, qadının başının qırxılmağı və s. Adalet.az məsələnin aktuallığını nəzərə alıb sorğu keçirdi. Sorğuda bütün sferaların video görüntülər barədə fikirləri yer alıb. Cavabları təqdim edirik.

Psixoloq Fərqanə Mehmanqızı: "İnsanlarda məhrəm hiss qalmayıb”


Yayılan şəxsi videolarda insanların davranış pozuqluğunu görmək olur. Bunun psixoloji səbəbləri varmı? Niyə insanlar şəxsi həyatlarını sosial media üzərindən nümayiş etdirirlər? Bu, şəxsiyyətin deqeradasiyasıdır, ikiləşmədir, davranış pozuqluğudur? Bu suallara cavab tapmaq üçün psixoloq Fərqanə Mehmanqızı ilə əlaqə saxladıq.

Psixoloqun sözlərinə görə, bu videoları çəkənlər cəmiyyətdə öz nüfuzunu, hörmətini itirən adamlardır:

"Düşünürəm ki, bu videoları çəkən ayrı, yayansa ayrı adamlardırlar. Yayanlar bloqqerlərdir ki, onlar da baxış saylarını artırmaq üçün bi videoları yayırlar. Onlar özlərinə və cəmiyyətə qarşı hörməti itirmiş adamlardırlar. Bunu çəkənlərə gəldikdə isə, onların şəxsiyyətlərində problemlər var. Əvvəllər kişilər üçün namus, qeyrət, vicdan kimi hisslər həyatlarından da önəmli idi. Kişinin kişiyə maddi, ya da mənəvi borcunun olmağı onları intihara, cəmiyyət içərisində qapanmağa gətirib çıxarırdı. Amma bu gün ailə adlı bir qalanın dağılması, əxlaqsızlıq yuvasını çəkib göstərməklə özlərini qeyrətli, haqlı göstərmək istəyirlər. Ailə başçısı kişidirsə, ailənin bütün məsuliyyəti onun çiyinlərindədir. Bu videoları çəkənlər unudurlar ki, güclü ailə başçısı olan yerdə başqa adamlar zəif, aciz ola bilməzlər. Mən o qadınların tərəfini tutmuram, mövzumuz onların niyə xəyanət etdikləri deyil. Əgər bir kişi yoldaşının ona olan xəyanətini bu formada ictimailəşdirirsə, bu onun alçaqlığıdır”.

F.Mehmanqızı daha sonra bunları söyləyib: "Burada bir nüans da var - qadına qarşı aqressiya. O videolarda qadınını başqa kişiylə tutan adam qadını cəzalandırır, o kişini yox. Yəni kişi özünü təmizə çıxartmaq üçün qadını psixoloji və fiziki cəhətdən aşağılayır. Və qadını ictimaiyyət qarşısında biabır edir. Ümumiyyətlə, xəyanətin şokunda olan bir kişi əlinə telefon alıb bu videonu necə çəkir, anlamıram. Artıq insanlarda məhrəm hiss anlayışı qalmayıb. Hamı şəxsi həyatını sosial şəbəklərə çıxarmaqda maraqlıdır.

Ailədə baş verənlər dörd divarın içindən çölə çıxdısa, kimsə bunu müzakirə edənləri qınaya bilməz”.

İlahiyyatçı Elşad Miri: "İslamda xəyanət hər iki tərəfə aiddir”


Tanınmış ilahiyyatçı Elşad Miri videoların yayımlanmasının qəti əleyhinədir:

"Heç bir şəkildə doğru deyil. Yaxının, doğman, yoldaşın olmağına baxmayaraq onun icazəsi olmadan belə bir şeyi yaymaq doğru deyil. Çünki elə şeylər var ki, onu paylaşanda qarşı tərəf günahkar kimi görünür və qarşı tərəfin cavab haqqı olmadığına görə kimin haqlı ya haqsız olduğu bilinmir. Sosial şəbəkə məhkəmə deyil, burada sübutların ortaya çıxarılması baş vermir, ona görə də bu cür şeylər normal deyil, şəxsi həyata müdaxilədir.

Elşad Miri İslam dinində xəyanət edənlərə necə cəza verilməsi haqqında da danışıb:

"İslam dini bu məsələyə həm kişi, həm də qadın tərəfdən yanaşır. Əgər həmin hadisəni həqiqətən də dörd nəfər görübsə, dörd nəfər bunu ayrı-ayrılıqda isbat edə bilirsə, Nur surəsinin ikinci ayəsindəki kimi cəzalandırılır. Əgər bir ya iki nəfər görübsə, ya da isbat edə bilmirlərsə, o zaman həmin adamın özü yalançı şahid olaraq qəbul olunur və həmin şəxsin özü cəzalandırılır. Belə şeylərin ortaya çıxarılıb yayılması həm də o insanların cəmiyyət içində nüfuzdan düşməyi, biabır olmağı və ölənə kimi o adla arzuolunmaz şəxsə çevirilimələri həyatlarını məhv edir”.

Vəkil Elşən Sadıqov: "Bu videolar məhkəmə prosesində heç bir rol oynamır”


Şəxsi videoların yayılması həm də hüquqi məsələdir. Bəziləri düşünür ki, xəyanət videolarını yaymaq məhkəmə prosesində zərərçəkmişin xeyrinə işləyəcək. Vəkil Elşən Sadıqovla söhbətimizdə bu məsələyə aydınlıq gətirməyə çalışdıq. Onun sözlərinə görə, hüquq müstəvisində bu cür videoların heç bir əhəmiyyəti yoxdur:

"Bu cür videoları məhkəməyə təqdim edirlər. Ancaq məhkəmələrdə belə videolar heç bir əhəmiyyət daşımır, onların üstündə dayanılmır. Bu aliment, boşanma prosesində heç bir rol oynamır”.

Jurnalist Vüsal Məmmədov: "Bu iyrənclikdir, nakişilikdir”


Dini, psixoloji və hüquqi tərəfi bildik. Bəs video görüntülərin yayılması mediada özünü necə göstərməlidir? Media bu cür görüntüləri işıqlandırmalıdırmı? Ümumiyyətlə, medianın şəxsi həyat videolarını İP xətrinə tirajlamağı nə dərəcə düzgündür.

Azvision.az saytının rəhbəri Vüsal Məmmədov düşünür ki, bu cür videoların yayılması çox pis haldır:

"Birmənalı olaraq iyrənclikdir, nakişilikdir. Heç bir halda yaymaq olmaz. Medianın işi açar deşiyindən baxmaq olmamalıdır. Jurnalist də gərək yengəlik eləməsin”.



İmza:Eminquey

Əli Əhmədov: “İstefaya getmək məmurun cəzalandırılması deyil” - MÜSAHİBƏ

Şəfəq Şahməmmədova: Azərbaycan Dillər Universitetinə maraq ildən-ilə artmaqdadır

VAQİF ƏSƏDOV: MƏNZİL BAŞINA SALAMAT ÇATMAQ İSTƏYİRSİNİZSƏ...

“Döyüşə gedəndə də heç kimi özündən qabağa buraxmırdı...”

Sevqi birlikdən yaranır, birliyə aparır - PSİXOLOQLA SÖHBƏT

Şəhid pilotun xanımı: “Oğlum dedi ki, axı haqsızlıqdır, atamı qoxulamaq istəyirəm...”

Aysel Əlizadə: "Xəyanəti fiziki akt, hadisə saymıram" - MÜSAHİBƏ

"Məhərrəm hüzn, kədər və matəm ayıdır"

İnsan dünya planetini özü ilə yüksəldə bilər

Rəşad Məcid: "Elə bilirlər, milyonlarım var, halbuki mən məğlub adamam" - MÜSAHİBƏ

“Görünən hər şey mənəm” - MÜSAHİBƏ

"İstintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı 25 faiz azalıb"

SON XƏBƏRLƏR
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK