Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | Saatlıda mənzillərdən oğurluq edən şəxs saxlanıldı Adalet.az | Saatlıda mənzillərdən oğurluq edən şəxs saxlanıldı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Saatlıda mənzillərdən oğurluq edən şəxs saxlanıldı

2495    |   2019-01-10 10:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Saatlıda mənzillərdən oğurluq edən şəxs saxlanılıb.

DİN mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan Adalet.az-a verilən məlumata görə, Saatlı rayon Qarayevkənd kənd sakini Ramil Əzizov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evdən 80 manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib.

Saatlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayonun Orta Muğan kənd sakini, əvvəllər məhkum olunmuş Hüseyn Hüseynzadə saxlanılıb.

Dindirilmə zamanı H.Hüseynzadə törətdiyi cinayət əməlini etiraf edib. Aparılan araşdırmalar zamanı onun digər oğurluq əməlində də iştirakının olduğu məlum olub. Belə ki, onun ötən il dekabr ayının 30-da başqa bir mənzildən ümumi dəyəri 2070 manat olan qızıl-ziynət və məişət əşyalarını oğurladığı məlum olub. Oğurladığı əşyalar ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.





İmza:
SON XƏBƏRLƏR
2019-01-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK