warez script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım Musa Yıldırım Shell indir Adalet.az | İki dövlət, bir AFFA Adalet.az | İki dövlət, bir AFFA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İki dövlət, bir AFFA

6556    |   2019-01-04 20:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Etibar Cəbrayıloğlu

Sözümü tuta bilmədim. Yeni ildən idman saytlarımıza göz atmağı özüm özümə qadağan eləmişdim, hətta bununla bağlı əmr də imzalamışdım... Gücüm yetmədi, görünür iradəm zəifdir.
Təzə il gələndən idman saytlarında çalışan dostlar, qardaşlar dəqiqədə bir xəbər yayırlar. Göz açmaq olmur, elə bil Kosova futbolçuları Azərbaycan millisinin qapısını atəşə tutur. Jurnalist, redaktor, şef-redaktor, böyük redaktor, baş redaktor abilərim sanki öncədən sözləşiblər. Xəbərlərin yalan olmasın hamısı bizim futbolçuların Avropanın nəhəng klublarına transferi barədədir. Belə gözəl xəbərləri necə oxumayasan?
Ən bərk gedən idman saytı- "Qol.çox.az" yenə hamıdan öndədir. Baş redaktor İşıq Səssizov qədim dostum, təzə qonşumdur. Zalım elə bil top-klubların bazasına kamera çəkdirib, azərbaycanlı futbolçuların ayağı oralara dəyən kimi xəbəri el-aləmə yayır. Başlıqlar hər şeyi deyir-""Qarabağ"ın yetirməsi Güman Tanrıverdiyev "Barselona"ın bazasına gəldi", "Güman "Barsa" ilə ilk məşqə çıxdı", "Baş məşqçi Valverde azərbaycanlı futbolçunun başını tumarladı", "Messi dünyanı şoka saldı-"Güman sabahın Messisidir", "Güman yuxuda bibisinin bişirdiyi dolmanı gördü..." və s.
"Qol.çox.az" səhər tezdən daha bir xəbər yayıb. Belə məlum olur ki, əzəli rəqibindən geri qalmaq istəməyən "Real" da azərbaycanlı futbolçu transfer etməyi planlaşdırır. Baş məşqçi Lopeteqi "Neftçi"nin yetirməsi Mahmudağa Bəybalazadənin alınması üçün hərəkətə keçib. Kral klubunun baş menecerinin müavinlərindən birinin palto və əlcəyini geyinərək Bakıya uçduğu deyilir.
"Klub.komanda.az" saytındakı dostlarımın yaydığı xəbərlərdə də yer yerindən oynayır. Belə məlum olur ki, dünyanın top-klublarından ən azından yeddisi qış transfer pəncərəsi bitənə kimi heyətinə azərbaycanlı futbolçu qatmaq barədə baş sındırır, plan cızır. Bu köşəni yaza-yaza "Klub.komanda.az" saytına bir də göz atdım. Ən təzə xəbərin başlığını oxuyan kimi həyəcandan məni tər basdı- "Yurgen Klopp rəhbərlik qarşısında şərt qoydu". Xəbərdən belə aydın olur ki, "Mançester Siti"yə məğlub olandan sonra "Liverpul"un çalışdırıcısı klub rəhbərliyi ilə ciddi danışıb, hətta "Quyu suyu" bankasını hirslə tullayıb. Deyib ki, sizə sonuncu dəfə xatırladıram, ya "Sabah"ın yetirməsi İzzətulla Hörmətov alınacaq, ya da mən "Sumqayıt" a keçəcəm.
"Futbol.12.az" saytında çalışan dostlarımın araşdırmasından da gözlərimi çəkə bilmədim. Abilər min biz əziyyətlə maraqlı faktları gün işığına çıxarmağı bacarıblar. Bəlli olur ki, Mourinyo "Səbaili"in alt yapısında yetişən, qış fasiləsinə qədər premyer-liqamızda keçirilən oyunlar zamanı 17 dəqiqə yaşıl meydanların kənarında isinmə hərəkətləri edən Xanbaba Rəzzaqova görə postundan istefa verib. Bütün çalışmalarına rəğmən, 26 yaşlı azərbaycanlı hücumçunun alınmadığını görən portuqaliyalı ulduz məşqçi istefa verib, Elza Seyidcahanın şeirlər kitabını da götürüb klubun bazasında ayrılıb. Qapını möhkəm çırpanda da deyib ki, can sizin, cəhənnəm Tanrının. Saytda Qvardiolanın da bizim hansısa klubun yetirməsinə göz qoyduğu barədə nəsə yazılmışdı. Bu arada telefonuma zəng gəldi, bu cür vacib xəbəri tam oxuya bilmədim. Vaxt tapan kimi gərək sayta bir də daxil olum.
Köhnə dostlarımın yığışdığı "Sportal.bir də al.az" saytında Fatih Terimin özəl müsahibəsini oxuyanda isə göz yaşlarımı saxlaya bilmədim. Qosqoca "İmperator" AFFA rəhbərliyinə yalvarır ki, "Qalatasaray"ı bu durumdan çıxarmaq üçün Bakıdan heç olmasa 3 azərbaycanlı futbolçu göndərsinlər. Müsahibənin bir yerində Fatih hoca açıq mətnlə deyir ki, axı biz iki dövlət, bir AFFA-yıq!
Bizim futbol nazirliyinin Terimə nə cavab verəcəyini səbirsizliklə gözləyirəm. İdman mətbuatında saç ağardan dostum Səlahiyyət təzə sayt açıb-"Görüş.az", bir baxım, bəlkə AFFA-dakıların reaksiyası barədə nəsə tapa bildim. Aha, tapdım-"Azərbaycan millisinin 33 yaşlı gənc üzvü qonşu Türkiyənin 5 liqasının sonuncu pilləsində qərarlaşan "Budağdamaralgəzərsporl"la müqavilə bağlamağa yaxındır!"
Sizə söz verirəm, qış transfer pəncərəsi bağlanana kimi ancaq və ancaq bizim idman saytlarını oxuyacam...



İmza:

YAZARIN ARXİVİ

2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-03-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.57%)
Yox (21.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK