deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Karuselə minməkdən qorxmayın... - Eminquey yazır Adalet.az | Karuselə minməkdən qorxmayın... - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Karuselə minməkdən qorxmayın... - Eminquey yazır

3461    |   2018-12-20 12:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Karuselə minmisiniz çoxunuz. Möhkəm-möhkəm bağlayırlar adamı. Ki, canına ziyan gəlməsin. Sonra yavaş-yavaş karuselin həyəcanı ayaqlarından bədəninə yeriməyə başlayır. Əsirsən, titrəyirsən, qışqırmağa başlayırsan.

Bəs, sevdiyin adamlardan zərbə alanda nələri yaşadın? Ayaqlarından bədəninə kimi titrəməyə başlamadınmı? Əsmədinmi? Qışqırmağa başlamadınmı ki, niyə axı? Niyə? Mən buna layiq deyildim axı?! Karusel yavaş-yavaş sizi fırladır, fırladır, getdikcə sürətlənir, əgər həssassınızsa bərk-bərk qışqırıb gözlərinizi aça bilməyəcəksiniz qorxudan. Biraz da həssassınızsa əlləriniz qıc olacaq.

Eynən özünüzə döşədiyiniz suallardan sonra sevdiklərinizin zərbəsi sizi bu hala salmadımı? Gözlərinizi yumub bağırmadınızmı? Söymədinizmi? Karusel sizi fırladıqca fırlayar, lap həssassınızsa başınız gicəllənər, ürəyin bulanar, qusarsınız. Eynən belə olmadımı? O qədər ağladınız ki, o qədər ah-vay etdiniz ki, halınız dəyişdi. Özünüzü əl-üzyuyana verib ögümədinizmi?

Karuseldən düşəndə adamın bədəninə qəribə rahatlıq gəlir. Ağlayandan sonra da elə olur. Elə bilirsən ki, illərlə qaldığın rəfdən götürüb tozunu alıblar. İçində də qurumuş gül kimi əzab, hirs var imiş, sevdiyiniz adamların zərbəsindən sonra tozunuzu töküb içinizdəki qurumuş çiçəyi də götürüb yenisini qoyurlar. Və səni yorğunluqdan yuxu aparır. Amma bilmirsən ki, bu yaşadıqların yenə təkrarlana bilər. 

Hə, belə olur. Ağlayırsan, sızlayırsan, dincəlirsən. Sonra təzə ağrılara qədər yol gedirsən. Amma bilmirsən, bilmirsən ki, nə olacaq? Bu dəfə kim? Bu dəfə necə? Karusel də belədi. Bizə həmişə deyirlər ki, minmə, halbahal olacaqsan, minirik. Lap belə əccəb edirik. Həyat belə daha maraqlıdır. Bütün saydıqlarımla birgə.

Son vaxtlar gözəl şeyləri canıma çəkməyə başlamışam. Ən pis adamda belə bir yaxşı xüsusiyyət var. İran filmlərini məhz buna görə sevirəm. Qəhrəmanlarla baş-başa buraxırlar adamı. Yaxşısıyka, pisiylə. Bax, qərar ver.

Hələ bir hadisə var, görün ha, zarafat deyil. Xəndək döyüşündə Əli düşməninin başını kəshakəsdə ayaqlarının altındakı düşmən onun üzünə tüpürür. Əli qılıncı qınına salır. Düşmən bunu görüb çaş-baş qalır. Əli deyir ki, indi işin içinə öz nəfsim, hirsim də girdi, başını kəsə bilmərəm. Mən Allahın aslanıyam, mən onun üçün döyüşürəm.

İndi siz həyatınızı bu prinsip üstündə qursanız, vallah, cijim haqqı, hər şey yaxşı olar. Təsəvvür edin, Üzeyir Mehdizadə deyir ki, a kişi, mənə məşhurluq, n qədər pul-para lazım deyil, bir şey ki, istedadıma xəyanət edib qatıq-qatıq mahnılarla camaatın zövqünü korlayacam.

O biri yandan Mikayıl Güləddinoğlu qayıdır ki, əl çəkin, reytinq xətrinə bu toyxana müğənnilərini çağırmayacam, olmaz belə, mən sənətimə xəyanət edəmmərəm.

Biznesmeni belə, varlısı belə, nə bilim direktoru belə... Beləcə hamı düzəlməzmi? Sizcə düyün çözülməzmi? 

Qorxmayın e, minin karuselə, fırlanın, onsuz da həyat özü sizi fırladacaq.



İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK