viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | O, Allahla mənim aramdakı sülhməramlı elçidir - Eminquey yazır Adalet.az | O, Allahla mənim aramdakı sülhməramlı elçidir - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

O, Allahla mənim aramdakı sülhməramlı elçidir - Eminquey yazır

4802    |   2018-12-18 10:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Elə insanlar var, onları Allah çıxarır bizim qarşımıza. Təsəvvür edin, qaranlıq bir yol gedirsiniz. Gəncsiniz. Yola da nabələd. Bir inni-cinni də yoxdur, yolu soruşasınız. Qəfil bir adam çıxır yolunuza. Sizdən yaşca böyük, özündə əmin, təmkinli. Maşını saxlayıb yolu soruşursunuz, deyir, elə mən də ora gedirəm. Və siz də "otur, elə bizə də ora lazımdı, həm səni düşürdərik, həm də yolu bilmiş olarıq" deyirsiniz. Mən onu belə tanımışam. Onu tanıyandan sonra bilmişəm ki, insan ətrafa nə olursa olsun işıq saçmalıdı. O, bunu necə bacarır? İnsanı bir sözlə necə yumşalda bilir? Necə dirçəldə bilir? Necə olur ki, insan bu qədər enerji ötürə bilir? "Eminçik, adam dərinə getdikcə Allaha düzgün suallar verir". Nə qəşəng deyir, eləmi? Bu yazıda ona ilk və son dəfə "sən"lə xitab edəcəm. 

 O, Allahla mənim aramdakı sülhməramlı elçidir. Qəribədir, hə? Yenə təsəvvür edin ki, o qaranlıq yolu həmin adamla gedirsiniz. Axı bir-birinizə içdən də bələd deyilsiniz. Yolboyu danışır ki, sizi yuxu tutmasın. Siz danışırsınız ki, yenə yuxu sizi tutmasın. Ona zidd olan fikirləri sapa düzürsünüz. Amma o, səbr edir, gülümsəyir, biruzə vermir. Bəlkə inancına, bəlkə də hansısa fikrinə qarşı çıxırsınız. O, sizi buna görə danlamır. Axı gəncsiniz, axı o təmkinlidir. Səbr edir, sizə elə bir söz deyir, ayılıb görürsünüz, sən demə, fikirləriniz yuxulu imiş. Arabir fikirləri silkələmək lazım gəlir. Yoxsa yuxu tutar, bir də görərsiniz ki, uçurumun dibində fikirli-fikirli oturub "görəsən, necə oldu, mən bu uçurumu boylandım?" deyib özünüzü danlayırsınız. Heç bəlkə uçurumda danışmağa da şansınız olmadı. Beləcə ünvana çatırsınız. O da sizinlə birgə. Çevrilib görürsünüz ki, o sizinlə gəldiyi yolu yenidən geri qayıdır. Mat-məəttəl qalmazsınızmı? Bəs, niyə bu qaranlıq yolu sizinlə birgə gəldi? 

Hə, məhz siz azmayasınız deyə! O qaranlıq yolda sizə işıq olan adamlar lazımdır. Təkcə sizə yaxşılıq edən yox, həm də sizə yaxşılıq etməyi öyrədən biri. Ki, yaxşılıq da bir yaradıcılıqdır. Bir də əziyyət çəkin, təsəvvür edin, bir insana ən dar məqamında əl tutursunuz. Deyin, hə! O da hər sizi xatırlayandan həmin yaxşılığı yadına salır. Deyin, hə! Necə ki, rəssam rəsmlərilə, şair şeirlərilə, bəstəkar musiqilərilə yadda qalır ha, bax elə. Pisdir, a balam? Beləcə mən Allahla barışıram. Deyirəm, ilahi, bunlar hamısı sənin işindir. Freyd deyir ki, həs kəs Allahı atasının obrazında görür. Boş söhbətdir yəni. O, insanın içində məskən salır. Fəhlələri də məhz insanlardır. Bu məskənin mayasında çirkab yoxdur. Ona görə də insanlar yaxşı əməlləriylə bu məskəni yaradırlar içində. Sonra yavaş-yavaş hər şeydə Onu görürsən. Qəşəng bir deyim var e, deyir, mənə öz Allahın haqda danışma, hərəkətlərinə öz Allahını mənə göstər. Eynən bu! 

Çox da ərşə çıxmayaq. Qayıdaq yazının episentrinə. Bu dəqiqə yazı silkələnəcək, zəlzələ baş verəcək. Bilirsiniz yazının girişində o qaranlıq yolda maşınımıza oturan insan kim idi? Lalə Əliyeva! Mama deyirəm ona. 


Onun sənəti, işi haqqında mənim danışmağıma nə ehtiyac var, nə də mənim başım üçün deyil. Amma bilirəm ki, o da, Əbdülqəni bəy də öz işlərinə insanlara can yandırdıqları kimi yanaşırlar. İndi sizcə, bu təsadüfmü? İnanmıram! Bir enerji var. Onun adını Allah da qoya bilərsiniz, Tenqri də, Yehova da, Boq da, God da. O enerji bizi bir-birimizə birləşdirir ki, ayrılanda daha qəşəng ağrıya bilək. İnsan ağrı hissini itirsə daha nə oldu ki? Gərək ağrıyanda, ruhun inciyəndə də ləzzətlisindən olsun. İndi şükür ki, mən özümə ləzzətli ağrılar qazanmışam. 

Mama, sən mənim ən gözəl ağrımsan, işığımsan. Səni də çox yüklədim, bilirəm. Arabir işığım ol, bəs edər. Doğum günün mübarək! Sən Günəşsən!



İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK