hacklink Adalet.az | II Dünya müharibəsinin taleyini dəyişdirən agent Çiçero - Eminquey yazır Adalet.az | II Dünya müharibəsinin taleyini dəyişdirən agent Çiçero - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

II Dünya müharibəsinin taleyini dəyişdirən agent Çiçero - Eminquey yazır

10158    |   2018-12-16 12:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ərdal Beşikçioğlunun "Çiçero" kod adlı Alman agenti İlyas Bazna haqqında çəkdiyi film nümayiş olunandan sonra belə bir sual ortaya çıxdı. II dünya müharibəsinin taleyini dəyişən sənədləri ələ keçirib Almanlara çatdıran, amma İngilis və Türk agenti olduğu haqında iddialar irəli sürülən Çiçero kimdir? Diqqətinizi yazıya cəmləyin, mən də yavaş-yavaş xırdalamağa başlayım.

Elyasa Bazna, yaxud da İlyas Bazna 28 iyun 1904-cü ildə doğulub. II dünya müharibəsi ərəfəsində Nasist Almaniyasının Ankara səfirliyində işləmiş, daha sonra buradan qovularaq İngiltərə səfirliyində köməkçi olaraq işləməyə başlayıb. İlyas Bazna II dünya müharibəsin taleyini dəyişən sənədləri Almanlara 20 min sterlinə satıb Çiçero kod adını alır və Nasist Almaniyasına cəsusluq eləməyə başlayır.




İlyas Bazna haralıdır?

İlyas Bazna 1904-də Kosovanın Priştina şəhərində dünyaya gəlib. 1918-də serblər Priştinanı işğal edəndən sonra ana və atasıyla İstanbula köçmək məcburiyyətində qalmışdı. Atasının ölümünə səbəbkar İngilisləri görürdü və onlara nifrət edirdi. Əsl adı Elyasa Baznadır. O, əsgərliyini Çankaya Köşkündə Mustafa KamaI Atatürkün yanında çəkmişdi.

1942-dən etibarən İngiltərə səfirliyində Sir Hugessenin yanında köməkçi işləməyə başlayan İlyas Huqessenlə o qədər yaxın olub ki, hamamda onun kürəyini kisələ-kisələyə opera ariyaları oxuyurmuş.

Britaniya səfiri və təhlükəsislik idarəsinin üzvləri İlyası saf, ingilis dilini bilməyən, axmaq və özünə görə bir köməkçi kimi qəbul edirdi.

Almanlar İlyasa niyə etibar etmədi?


İlyas almanlara bir çox sənəd çatdırsa da, yenə də onların etibarını qazana bilmədi. Nasist Almaniyası xarici işlər naziri Ribbentrop İlyasın iki tərəfə də işləyən bir ingilis agenti olduğunu düşünürdü. Normandiya Çıxarmasının (hücum hərəkatı) belə planını Almanlara çatdıran Çiçero buna rəğmən Hitlerin də etibarını qazana bilmədi. 1943-də bir konfrans da çıxış edən Hitler İlyasın çatdırdığı Normandiya hücum hərəkatının planlarına baxmayaraq, "Müttəfiq qüvvələr qərbdən deyil, Balkanlardan, ya da Norveçdən hücuma keçəcək” deyirdi.

Çiçero 1944-ün yanvarında müttəfiq qüvvələrin Sofiyaya bombardman hazırladığını xəbər verir, amma ona güvənməyən almanlar bu məlumatı vecə almır və böyük itkilər verirlər. Bu ciddi itkinin arxasınca Çiçero artıq etibarlı bir alman agenti idi.

Çiçero Türkiyə ilə bağlı hansı məlumatları vermişdi?


O dövrü baş naziri İsmət İnönü və xarici işlər naziri Mənəmənçioğlu II dünya müharibəsinə qatılmağa hər zaman qarşı idilər, amma almanlar da, müttəfiq qüvələr də Türkiyəni bu müharibəyə qatmaqda israrlı idilər.

İlyas Bazna Türkiyənin müttəfiq qüvvələr yanında müharibəyə qatılması üçün həyata keçirilən Qahirə və Tehran konfransının məzmununu və nəticələrini almanlara vermişdi. Çiçeroya görə Türkiyə müttəfiq qüvvələrə yardım edirdi. Almanlar üçün etibarlı bir agentə çevrilən Çiçero müttəfiq qüvvələrin Türkiyə üzərində gerçəkləşdirdiyi təzyiqlər, Britaniya əsgərlərinin Egedə həyata keçirtdiyi əməliyyatlar və Türkiyə üzərindən Sovet Rusiyasına silahlar çatdırılması kimi vacib bir çox məlumat vermişdi. Almanlar Türkiyəyə sərt bir nota verərək hikkəsini, hirsini dilə gətirmişdi.Verilən bu nota müttəfiq qüvvələrdə dərin bir səssizliyə səbəb olmuşdu.

Çiçero Argentinaya qaçdı

Alman səfirliyində sekretarlıq edən Lena Kapp Amerika agenti çıxmış və bu vəziyyət İlyas Baznanın kefini pozmuşdu. Lena Kapp Çiçero haqqında Amerikaya bu məlumatları vermişdi. Ki, İngilis səfirliyində Çiçero deyə bir adam var, bizim səfirliyə gələndə böyük canlanma baş verir və xırda rütbəlilər otaqdan çıxarılır.

Lene Kappın Amerika agenti çıxmasıyla başının böyük bir bəlaya tuş gələcəyini düşünən İlyas Bazna Almaniyadan xəbərdarlıq alır və cəsusluqdan qazandığı 300 min sterlini götürüb Argentinaya qaçır.

İlyas Baznanın Argentinaya qaçmasının dalınca ingilislər onun Çiçero olduğunu anlayınca şok olmuşdular. İngilis səfir Huqesson İlyas Baznanın Çiçero olmadığını "O, agent ola bilməz, birincisi çox axmaqdır, ikincisi isə bir kəlmə də olsun ingiliscə söz bilmir” deyə müdafiə edirdi.

İlyas Argentinaya qaçaraq qazandığı pullarla özünə luks bir həyat quracağını düşünsə də elə olmadı. Almanlar II dünya müharibəsi boyunca ingilislərin iqtisadiyyatını çökdürmək üçün saxta sterlin çıxarırdılar. Çiçeroya da cəsusluq üçün verdikləri 300 min strelini bu pullarla çıxartmışdılar.

Çiçeronun qazandığı sterlinlər başına böyük bəlalar gətirdi, hətta ölüm təhlükəsiylə də üz-üzə qalmışdı. II dünya müharibəsindən sonra İlyas Almaniyaya təzminat davası açdı və gördüyü işlər qarşılığında çərəz pulu qədər təzminat ala bildi.

İlyas Bazna niyə öldü?


Çiçero daha sonra "Mən Çiçeroyam” adlı kitab qələmə aldı və dolanışığını bu kitab sayəsində təmin etdi. Ancaq Baznaya bu da bəs eləmədi. Bazna 1970-ci ildə Münixdə gecə gözətçisi işlədiyi vaxt 66 yaşında yoxsul biri kimi dünyasını dəyişdi.

Çiçero türk agenti idimi?

İlyas Bazna haqqında bir çox iddia ortaya atıldı. Alman agenti olaraq işləyən Çiçeronun bir dövr iki tərəfədə işləyən ingilis agenti olduğu deyilirdi. Bir qism də onun türk agenti olduğunu düşünürdü.

II dünya müharibəsindən sonra ortaya çıxan Sovet, ABŞ və İngiltərə təhlükəsizlik idarələrinin sənədlərində olan məluatlara görə İlyas Baznanın almanlara göndərdiyi məlumatların Türkiyənin də karına gəlmişdi. Çiçeronun almanlara göndərdiyi sənədlərin sayəsində Türkiyənin müharibəyə qatılmasının qarşısı alınır. Bu da Türkiyənin II dünya müharibəsi zamanı müharibənin xaricində qalmaq siyasətini dəstəkləyirdi. Fikirlərin bu qədər qarışmasına əsas səbəbsə Milli Təhlükəsizlik təşkilatının riyasət heyətinin Çiçeronun əslində bir türk agenti olduğuna dair verdiyi açıqlamalar idi.



İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK