Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | "Ana" şeirilə məşhurlaşmaq istəyənlər - Eminquey yazır Adalet.az | "Ana" şeirilə məşhurlaşmaq istəyənlər - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Ana" şeirilə məşhurlaşmaq istəyənlər - Eminquey yazır

3765    |   2018-12-05 20:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İşdən evə qayıdıram. Dumanlı, çiskinli havada nəfəsi ağzından çıxan adamlar maşın görən kimi təşvişə düşürlər. Axı buraların maşınlarında da bir qram mərifət, qanacaq yoxdur. Gölməçələrin üstündən elə şütüyürlər, qorxundan yer axtarırsan gizlənməyə ki, üst-başın palçıq olmasın. Qəsəbəyə çathaçatda dörd yol bir-birinə qovuşur.

İşıqforda yaşıldır.

Qəfil iki adam özünü keçidin üstünə atdı. Qışqırdım:

- Ay qardaş, neyləyirsiz? Bu saat maşın vurub köpürdəcək sizi.

Sözümə məhəl qoymadılar. Uzaqdan maşın çığıra-çığıra siqnal verir. Bu iki adam dala-qabağa tərəddüd edə-edə keçidin üstündə rəqs edirlər. Maşın keçidə çatanda dayandı. Yan şüşəsi aşağı endi:

- Başınız xarabdı? Maşını güclə saxladım. Beş-on saniyə səbriniz yoxdu?

Artıq qırmızı işıq yanmışdı.

Maşından səs gəlməyə davam edirdi:

- Belə olur da ölüb gəbərirsiz. Sonra da sürücünü səhv çıxarırlar.

Bu iki adam bir çevirilib tərs-tərs mənə baxdılar, bir də maşına. Elə bil günahkar bizik.

Qəsəbəyə girəndə navalçalardan süzülən yağışın səsi addım səslərinə qarışmağa başladı. Kimisi evdən tələsik qaçıb dükana gedir, kimisi mənim kimi daha çox islanmamaqdan ötrü təngnəfəs evə qaçır, kimisi də məhəllənin tinində siqaret çəkə-çəkə payızın yetkinlik çağından həzz alırdı.

Bir andaca yağış Azanla səs-səsə verib ətrafı bürüdü. Azan mənə nədənsə həmişə "yaxşılıq edin” mesajını verir. Yaxşılıq da bir yaradıcılıqdır. Təsəvvür edin, kiməsə heç gözləmədiyi vaxt bir yaxşılıq edib sevindirirsiniz. O adam da ömür boyu sizi o yaxşılıqla xatırlayır. Bundan gözəl əsər olarmı? İndiyə kimi mənə yaxşılıq edən adamlar tərz cəhətdən heç vaxt bir-birinə oxşamayıb, bir-birini təkrar etməyib.

Fikirlərimin ucundan tuta-tuta məhəlləmizin döngəsinə çatdım. İki oğlan dayanıb söhbətləşirdi.

- Şair, bir dənə səni olar?

Səsə ayaq saxladım. Açığı biraz alacalandım. Dedim, yəqin ya pul, ya da siqaret istəyəcəklər. Vəssalam!

- Olar, qardaş, niyə olmur ki?

- İşimiz düşüb sənə.

- Nə işi?

- Mənə şeir lazımdır. Şair adamsan, qardaşına bir yaxşılıq elə. Dostum gitaristdi. Onunla oxuyub video çəkmək istəyirik. Mövzusu da anaya aid olsun.

- Qardaş, vallah, mən belə şeir yaza bilmirəm.

- Necə yəni? Təbin gəlmir?

- Yox, yəni ürəyim istəməsə yaza bilmirəm.

- Qardaşım, ürəyin nə istəyir? Ot-mot...

- Yox e, elə demirəm. Yəni sifarişlə yazmıram.

Heç əl çəkənə oxşamırdılar. Oğlan biraz da mehribanca qolumdan yapışıb sözünə davam elədi.

- Şair, sən Quranı cıran oğlansan e. Mən də məhəllənin bütün oğlanları səni axtaranda qabaqlarını kəsmişdim ki, o yaxşı oğlandı.

- Mən Quranı cırmamışdım, elə-belə status yazmışdım. Qaldı ki, şeirə. Birtəhər düz-qoş eləyərəm.

Düşündüm ki, ağzından içki iyi gələn, biraz da hallı olan bu iki oğlanı ancaq belə yola vermək olar.

- Ay sağ ol. Oğulsan e.

- Amma mənim adım olmasın. İstəyirsən öz adını qoy şeirin altına, istəyirsənsə də dostunun.

- Yox e, elə özüm. Öz adımı qoyacam.

- Hə, yaxşı, tələsirəm. Getməliyəm. Darıxma, düzələn şeydi.

Yaxşılıq haqqındakı düşüncələrim elə məhəlləmizdəki gölməçələrin birinə düşüb canını tapşırdı. İndi mən buna necə yaxşılıq edim? Ana haqqında o qədər səy-süy şeirlər var ki, adam eşidəndə anasından soyuyur. İndi bu qardaş da elə bilir ki, ana haqqında şeir deməklə məşhurlaşacaq, hamı da"əhsən” deyib bunun könlünü xoş edəcək. Bir adamın ağlına niyə belə bir şey gəlsin ki?

Əhvalım təlx oldu. Yazımı bu yerdə bitirib analar haqqında şeir istəyən oğlanla gələcək dialoqlarıma qədər bu mövzuda susmağa qərar verirəm. Siz siz olun, amma ana şeirlərinə qulaq asmayın. Ananızı şeirsiz-zadsız sevin!




İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2018-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (50%)
"Neftçi" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK