Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Əsgərlər unudulanda ölürlər... Adalet.az | Əsgərlər unudulanda ölürlər... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əsgərlər unudulanda ölürlər...

10720    |   2018-11-24 09:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Rus işğalçılarına qarşı qəhrəmancasına döyüşən Yalama qarnizonu haqqında həqiqətlər üzə çıxır

Dövlət başçısının sərəncamı ilə elan olunan "Cümhuriyyət İli" çərçivəsində ölkədə müxtəlif tədbirlər keçirilir. Cümhuriyyət dövrünü əks etdirən kitablar nəşr edilir, filmlər çəkilir, tamaşalar hazırlanır. 100 il öncə müsəlman Şərqində qurulan ilk Demokratik Respublika ilə bağlı həm Azərbaycanda, həm də xarici ölkələrdə araşdırmalar aparılır, yeni faktlar aşkar olunur.
Sovet dövründə Azərbaycan Xalq Cümhuriyyəti mövzusu yasaq edilmişdi, həmin dövrdən danışanda isə tarixi faktlar kobud şəkildə saxtalaşdırılırdı. 1920-ci ildə Demokratik Respublikamız bolşevik Rusiyasının işğalına məruz qaldıqdan sonra ideoloqlar belə təqdim etməyə çalışırdılar ki, guya XI Qırmızı Ordu heç bir müqavimətə rast gəlmədən sərhədi keçib və hər yerdə gül-çiçəklə qarşılanıb. Əslində isə...

Onlar Vətən üçün 
vuruşurdular

Əslində isə işğalı orduya Azərbaycan sərhədini keçmək heç də asan olmayıb. Ordumuzun Yalamadakı qarnizonunun əsgərləri düşmənə müqavimət göstərib, son damla qanlarına qədər vuruşublar. Yazının əvvəlində qeyd etdiyimiz kimi, sovet dövründə bu barədə danışmaq yasaq idi. Görkəmli alim, böyük vətənpərvər Ziya Bünyadov tabuları pozaraq ilk dəfə Yalama qarnizonu haqqında məqalə dərc etdirib, işğalçı rus ordusuna qarşı vuruşda şəhid olan həmin əsgərlərimizə döyüş baş verən ərazidə abidə qoyulması təklifini irəli sürüb. Fədakar araşdırmaçı Şəmistan Nəzirli də mətbuatda Yalamadakı döyüşdən bəhs edən yazı ilə çıxış edib, tarixi həqiqətin üzə çıxması üçün cəhd göstərib.
Əsl vətəndaş mövqeyi ilə seçilən belə alim və araşdırmaçıların tədqiqatlarından sonra 1920-ci il aprelin 27-də şimal sərhədimizdə baş verənlərə aydınlıq gəlib. Məlum olub ki, sovetlərin uzun illər ərzində apardığı təbliğat yalandan başqa bir şey deyilmiş. Zirehli qatarla Azərbaycana "səadət" gətirən XI Qırmızı Ordu Bakıya gəlib çatanacan müqavimətlə rastlaşıb, Yalamada böyük itki verib.
Demokratik Respublikanın Milli Ordusunda qulluq edən əsgərlər 1920-ci il aprelin 27-də seçim qarşısında qalıblar. Ya işğalçılara təslim olub sağ-salamat qalmalı, ya da vuruşub 23 ay müstəqillik qazanan Azərbaycanı qorumalı idilər. Təpədən dırnağacan silahlanan 70 minlik XI Qırmızı Ordu ilə üz-üzə dayanan Yalama qarnizonunun 350 nəfərlik heyəti ikinci variantı seçərək Vətən uğrunda şərəflə savaşırlar. Qeyri-bərabər döyüşdə əsgərlərimizin hamısı qəhrəmancasına şəhid olur.

Sənədli povestdən
sənədli filmə

Tanınmış jurnalist, "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev bir neçə il öncə həmin savaşdan bəhs edən "Yalama" sənədli povestini qələmə almışdı. Bolşevik Rusiyasının işğalından bir gün əvvəlki hadisəyə işıq salan, Cümhuriyyətimiz yolunda canlarından keçən Yalama qarnizonunun əsgərləri haqqında yeni faktlar ortaya qoyan bu əsər ictimaiyyətdə maraq doğurmuşdu.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olundu günlərdə isə bu sənədli povest əsasında çəkilən "Əsgərlər unudulanda ölürlər" sənədli filmi tamaşaçılara təqdim olundu. "Nizami" Kino Mərkəzində təqdimatı reallaşan bu ekran əsəri "Aranfilm" Yaradıcılıq Mərkəzində ərsəyə gəlib. Filmin ssenari müəllifi Arif Əliyev, quruluşçu rejissoru Rövşən Almuradlı, baş operatoru Rafiq Əliyev, icraçı direktoru Nicat Məmmədov, məsləhətçisi Qulu Məhərrəmli, prodüseri İqbal Məmmədəliyev, bədii rəhbəri isə Tahir Tahiroviçdir. Vaqif Gərayzadə sənədli filmə musiqi yazarkən Yalama qarnizonunun şəhid əsgərlərinin məktublarındakı sözlərdən istifadə edib.
XI Qırmızı Ordunu sərhədimizdə ilk qarşılayan və son nəfəsinə qədər işğalçılara müqavimət göstərən Yalama qarnizonun əsgərləri haqqında söhbət açan "Əsgərlər unudulanda ölürlər" sənədli filminin yaradıcı heyəti Türkiyədə, Rusiyada, Gürcüstanda çəkiliş aparmaqla yanaşı həmin ölkələrin arxivlərində Yalama savaşı barədə yeni və qiymətli tarixi sənədlər əldə ediblər.
100 iliyini qeyd etdiyimiz Azərbaycan Demokratik Cümhuriyyətinin tarixini öyrənmək baxımından belə əsərlərin əhəmiyyəti misilsizdir. "Əsgər unudulanda ölürlər" sənədli filminin yaradıcı heyəti Yalama qarnizonunda vuruşan şəhidlərimizin xatirəsini əbədi yaşatmağa çalışıblar. Təqdimat mərasimində iştirak edən tamaşaçıların fikrincə, onlar istəklərinə çatıblar.




YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (100%)
"Arsenal" (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK