ANA SƏHİFƏ / AVTOMOBİL

Yol polisi sürücülərə xəbərdarlıq etdi - Yağışa görə

23543    |   2018-11-22 11:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar avtomobil yollarında təhükəsizliyin təmin ediməsi məqsədi ilə sürücülərə xəbərdarlıq edib.

Adalet.az-ın məlumatına görə idarənin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov "Report"a açıqlamasında bildirib ki, belə hava şəraitində sürücülər ictimai nəqliyyatdan istifadəyə üstünlük verərək şəxsi avtomobillərindən az istifadə etməlidirlər.

V.Əsədov qeyd edib ki, yağmurlu hava şəraitində avtomobillərin sürüşmə ehtimalı daha çoxdur, bu da yol-nəqliyyat hadisəsinin baş verməsinə gətirib çıxara bilər: "Ümumiyyətlə sürücülər belə hava şəraitində sürət həddini minimuma endirməli, avtomobillər arasında ara məsafəsini normadan artıq saxlamalıdır. Yağmurlu hava şəraitində sürüşkən yollarda avtomobilin hərəkətə gətirilməsi və ya dayandırılması sürət qutusunun hesabına aparılır. Yol və meteroloji şəraiti nəzərə alıb sürücülər sürət qutusundan düzgün istifadə etməlidirlər”.

O əlavə edib ki, sürücülər avtomobil yollarında yağış sularının əmələ gətirdiyi gölməçələrdən keçərkən ətrafdakı insanları nəzərə almalıdırlar: "Yağış sularının toplandığı gölməçələrdən keçərkən ətrafdakı piyadaların üst-başını çirkləndirmək inzibati xəta yaradır”.

Rəisin sözlərinə görə, belə hava şəraitində dövlət nömrə nişanlarının çirklənməsi ehtimalı yaranır, bu da dövlət nömrə nişanlarının görünməməsinə səbəb olur: "Sürücülərin nəzərinə çatdıraraq bir daha bildiririk ki, hava şəraitindən asılı olmayaraq nəqliyyat vasitəsinin dövlət nömrə nişanlarının görünməsi təmin edilməlidir, əks təqdirdə belə sürücülər inzibati məsuliyyətə cəlb ediləcək. "Yol hərəkəti haqında" qanunun 50-ci maddəsində deyilir ki, yol və meteroloji şərait nəzərə alınmaqla sürücü nəqliyyat vasitəsinin elə idarə etməlidir ki, hərəkət istiqamətində hər hansı təhlükə yaranarsa, həmin təhlükədən yayına bilsin. Bəzən sürücülər bu qanunun tələbinə əməl etmədən avtomobili idarə edərkən baş verən hadisədən hava şəraitinin pis olması bəhanəsi ilə məsuliyyətdən yayınmağa çalışırlar”.




İmza:
SON XƏBƏRLƏR
2020-06-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK