deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Kitabımın qazancı peraşki oldu - Eminquey yazır Adalet.az | Kitabımın qazancı peraşki oldu - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Kitabımın qazancı peraşki oldu - Eminquey yazır

6137    |   2018-11-19 18:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Kitabımı çap etdirmək üçün mətbəə tapana kimi nə zülmlər çəkdim, bir şeirlərim bilir, bir də mən. Axır ki, oxuduğum universitetdə müəllimim kömək əlini uzatdı. Məni mətbəələrin biri calaşdırdı. Ən minimum qiymətdə çapa razılaşdıq. Və mən onlara əlimdəki materialı göndərəcəkdim. Şeirlərimi bir yerə yığdım, yolladım. İki gün sonra dostlarla məsləhətləşəndən sonra bəzi şeirlərimi kitabdan çıxardım. Və yenidən ikinci materialı göndərib bir mesaj da üstündə yazdım ki, xahiş edirəm, birinci yox, məhz bu material çapa getsin.

Cibimdəki pula yetlik çap birbaşa çap idi. Yəni heç bir nümunə verilməyəcəkdi. Bir ay keçdi, mətbəədən zəng gəldi ki, kitablarınız hazırdı, gəlin, götürün.

Tez maşını olan dostlarımdan birinə zəng vurub xahiş etdim ki, kitablarımı mətbəədən götürməyə kömək eləsin. Bunları əlimdə daşıya bilmərəm. Sevincək yola düşdük mətbəəyə. Qapıdan içəri girəndə sağda ağ paketlərdə, beli lentlə bağlanmış kitablar gördüm. Təxmin elədim ki, mənimkilərdir.

Elə də oldu. Tez paketlərdən birini yırtdım. İlk baxışdan kitab çox gözəl dəydi gözümə. Açdım, bir səhifə, iki səhifə, hər şey normal gedirdi. Şeirlərə çatanda gördüm ki, bu birinci materialdakı şeirlərdir. Barmağı dişlədim, əlimi başıma çırpdım.

- Aaa, axı mən demişdim ki, bunları çapa verməsinlər. İndi mən neyləyəcəm? Axı burada mənim kəm-kürüş şeirlərim də var. Camaat nə deyər?

Mətbəə ilə razılaşmışdıq ki, qabaqcadan çox yüngül bir beh verəcəm, qalan pulu təqdimatdan sonra həll edəcəyik. Elə buna görə də mətbəə ilə kəllə-kəlləyə gəlməyə utandım. Deyəm ki, bu nədir? Niyə bu materialı çapa vermisiniz? Guya nə dəyişəcəkdi?

***

İlk kitabım çapdan çıxanda çox həyəcanlı idim. Bir qadın uşağını 9 aya necə dünyaya gətirirsə, mənim də kitabım elə ərsəyə gəldi. Təqdimatdan sonra kitablarımdan beş-onunu qoltuğuma vurub kitab dükanlarının birinə yollandım. İçəri girən kimi bir nəfər işçi yaxınlaşdı və soruşdu:



- Salam, qardaş, nə lazımdır?



- Salam, bəy, mən gənc şairəm.

Bunu dedim və qarşımdakı adamın üzündə qəribə bir ölüvaylıq hiss elədim. Çox güman özünü güclə saxladı ağzını büzməkdən.

- Lap yaxşı. Nə istəyirsiniz?

- İlk kitabımın təqdimatı baş oldu bugün. Əlimdə qalan kitabları da mağazalarda satışa qoymaq istəyirəm. İstədim ki, sizin mağazada da satılsın.

- Mmm... Kitaba baxa bilərəm?

- Əlbəttə, buyurun.

Kitabın birini adama uzatdım, kitabı qaçıb bir-iki vərəq çevirdi...

- Bilirsiz, bizdə şeir kitabları satılmır e.

Elə bil əlimi isti bir şeyə yapışdırıb o dəqiqə də soyuq nəyəsə basdılar. Cızzz elədim. O isə çox insafsızcasına sözünə davam elədi:

- Bizdə detektiv romanlar çox satılır.

- Qardaş, mən şairəm, detektiv romanı yazıçılar yazır.

- Detektiv roman olsaydı razılaşardıq, amma şeir kitabı satılmır bizdə. Üzrlü sayın.

- Siz kitablarımdan dörd-beşini rəfə qoyun, inanın satılacaq.

Adamı birtəhər razı sala bildim. Razılaşdıq ki, hər kitab 5 manata satılacaq və ölkə miqyaslı tanınmamış müəllif olmadığıma görə 3,50 qəpik qazancım olacaq. Tanınmış müəlliflər məndən 50 qəpik hömətli imiş. Açığı qarşımdakı adamın bu etinasız və kinayəli yanaşmasına bir cavab verməliydim. Verməsəydim ürəyim partlayardı. Dedim:

- Qardaş, məhz sizin xətrinizə çalışacam gələn dəfə detektiv şeirlər kitabı çap etdirim. Sağ olun.

***

Kitablarımın taleyilə çox da maraqlanmıram. Amma hərdənbir mağazalara baş çəkirəm. Dəfələrin birində mağazaya girmişəm. Yerli müəlliflərin kitablarının olduğu rəfi tapdım. Başladım öz kitabımı axtarmağa. Ard-arda düzülmüş kitabların arasında kitabımı tapdım. Kitabım özüm kimi arıq-uruq bir kitabdır. Və onu elə bir yerə dürtüblər ki, gözlə görünmür. Sadəcə, mən onunla yaxşı tanışam deyə tapa bildim. Öz-özüə deyindim:

- Yekə adamlarsız, bu kitabın nə günahı var? Bura gələn oxucu onu necə tapsın?

Bunu deyib kitabımın birini cərgədən çıxartdım. Və görünsün deyə üzünü çevirib rəfin görünən yerinə qoyub mağazadan çıxdım.

***

Bir neçə gün qabaq mənə təcili pul lazım oldu. Ağlıma gəldi ki, kitablarım mağazada durur. Bəlkə satılıb?

- Seymur, dur gedək mənimlə mağazaya, amma mən uzaqda duracam. Sən soruşarsan ki, kitabım satılıb ya yox?

- Niyə Emin?

- Utanıram.

Mağazaya çatdıq. Seymur məni yola gətirdi, içəri girən kimi qaçdım kitabımın olduğu rəfə. Yenə də eyni şey. Kitablar gözdən uzaq bir yerdə beli rezinlənib kitabların arasında dürtülmüşdü. Elə bil üç adamı bir-birinə bağlayıb məngənə arasına salıb işgəncə verirdilər. Hə, üç kitabım qalmışdı. Bu kitabları mağazaya verdiyim o gündən iki il keçib, o vaxt beş idilər, indi üç.

Gözlərimə inanmırdım. İşçilərdən birini çağırıb təəccüblə soruşdum:

- Xanım, satılıb kitablarım?

- Orada nə qədərdirsə, odur.

- Burda üç kitab qalıb, amma əvvəllər beş idi.

- Hə, deməli satılıb.

Yaxınlaşdıq kassaya, öyrəndim ki, doğrudur, satılıb. Amma nə vaxtsa mən yenə belə bir fövqəladə günlərdən birində bura gəlmişəm və satılan bir kitabın pulun alıb getmişəm. Ona görə də indi onlar mənə yalnız bir kitabın pulunu verəcəkdilər. Oğlan 3,50 qəpiyi uzatdı mənə.

Çox sevincli idim.

- Seymur, vəssalam, gedirik çayxanaya, özü də tez.

O tərəflərdə bir perajki satılan yerin qabağında dayandım. Birdən ağlıma gəldi ki, uşaqlar deyirdi, acıq. İndi beş-on peraşki almağım lap yerinə düşər, qalanını da çaya, ya da siqaretə verərəm.

Çayxanaya çatdıq.

Perajki dolu selofanı masanın üstünə çırpıb dedim:

- Yeyin, kitabımın bəhrəsidir. Zəhmətimin çörəyidir.



İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK