Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Məhəbbət yaşatdı onu dünyada Adalet.az | Məhəbbət yaşatdı onu dünyada Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Məhəbbət yaşatdı onu dünyada

15752    |   2018-11-13 09:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(elegiya)

Həsənağa Sadıqov-uşaqlıq illərindən tanıdığım, dostum, hər sevincimi, kədərimi onunla bölüşdüyüm, ixtisasca riyaziyyat müəllimi olsa da, bir gün belə içərisindəki şeirə məhəbbətinə xəyanət etməyən bu gözəl insan oktyabrın 6-da dünyasını dəyişdi. Özü də, ən yaxın dostları da, ailəı üzvləri də bilirdilər ki, Həsənağa müəllim ağır xəstədir, gec-tez bu işıqlı dünyaya vida deyəcək.
Yaşadığı Masallı rayonunda hamı onu ən təcrübəli və istedadlı riyaziyyat müəllimi kimi tanıyırdı. Neçə illərdi böyük bir şövqlə, hədsiz bir istəklə yaşadığı Ərkivan kəndinin uşaqlarına riyaziyyatdan dərs deyirdi, onları öz evində hazırlaşdırır, riyazi biliklərini parladırdı. Riyaziyyatdan ən zəif uşaq da sonda hazırlıqlı çıxır, ali məktəbə daxil olurdu.Yetirmələrinin səsi-sorağı Amerikadan, Avropanın müxtəlif ölkələrindən, Türkiyədən, MDB məkanının bütün guşələrindən gəlirdi. Oğlu Tural indii Amerikada, hansı bir universitetdəsə mühəllimdir, elmlər doktorudur.
Onunla hər dəfə kəndə yolum düşəndə görüşür, söhbətləşir, dərdləşirdik. Mən elə orta məktəbdə riyaziyyata o qədər də meylli deyildim, amma Həsənağa riyaziyyatçı olmasına baxmayaraq ədəbiyyatı, şeiri çox sevirdi. Elə söhbətlərimiz də şeirdən, ədəbi şəxsiyyətlərdən gedirdi. Ən çox sevdiyi şair Ramiz Rövşən idi. Riyaziyyatçı təfəkküründən doğmuşdu onun bu sözləri: "Ramiz Rövşən Azərbaycan poeziyasının həndəsəsini yaradır". Xüsusilə onün bir şeirini iştirak elədiyi bütün məclislərdə əzbərdən söyləyirdi:

Çətini biz ölüncədi,
Gedəcək, hamı gedəcək.
Biz dünyadan gedən təki
Dünyanın qanı gedəcək.
Solacaq bağçası-bağı,
Quruyacaq son budağı,
Dənizin suyu, balığı,
Sahilin qumu gedəcək.
Birtəhər, pismi, yaxşımı,
Yola salıb son axşamı,
Söndürüb sonuncu şamı
Ən son adamı gedəcək.

Tələbəlik illərimizi xatırlayıram. O da, mən də tez-tez teatr tamaşalarına gedərdik. Həsənağa Salayev onun çox sevdiyi aktyor idi.
Hərdən Dənizkarı parka yolumuz düşər, saatlarla gəzinərdik. Dərnəgüldə, yataqxanada qalırdı.
Mən isə Yasamalda, Universitetin yataqxanasında. Dərdimiz bir, sevincimiz bir. Sonra təyinatla hər ikimiz rayona gəldik. Mən üç il müəllim işlədim, o isə müəllimliyinə davam elədi.
Onun şeirə həvəsi olduğunu, sevdiyi şairlərdəın şeirləır əzbər dediyini bilirdim, amma şeir yazdığını ağlıma belə gətirmirdim.
2017-ci ildə "Məhəbbət yaşadır məni dünyada" şeirlər kitabını çap etdirib.
Mənə bu kitab yalnız Həsənağanın ölümü günü çatdı. Dostum, akademik Nizami Cəfərov bu kitabın əlyazmasını oxuyub, rəy yazıb,redaktoru şair Vəli Xramçaylıdır. Kitabdakı şeirlərin əksəriyyəti sevgidəndir.
Bunun da səbəbi var.Həsənağa Sadıqov tələbəliyinin son illərində Xarici Dillər İnstitunda oxuyan Sima adlı bir qızı sevirdi. Qarşılıqlı idi bu məhəbbət. Evləndilər, Sima xanım da Ərkivanda öz fənnindən dərs deyirdi. Əlbəttə, onların bir-birinə ilahi məhəbbətindən xəbərim vardı.

Göründün gözümə, göründün yenə
Eşitdim o lətif, o xoş səsini.
Məhəbbət o qədər od verdi mənç,
İstədim əridəm Yer kürəsini.
Bu misraları ancaq həqiqi şair-aşiq söyləyə bilər.
Təbii ki, Həsənağa ilə Sima xanım arasında əsl məhəbbətdən doğan umu-küsülər də olub. Sevgi insana boşqabda buğlanan ətirli plov kimi verilmir, sevgini gərək yaşayasan, sevinci də olur, qəhəri də.

Getmə!
Məhəbbətin xoş ağuşundan
Ayırma kədərli, qəmli könlümü.
Xilas et hicranın gur yağışından
Sevgi badəsiylə qəmli könlümü.
Getmə!
Yoxsa ki, aldadıb məni,
Oynatdın ayaqda gəzən kor kimi.
Getmə!
Onu bil ki, atmaram səni
Çəkib tulladığım papiros kimi.

Amma əksər şeirlərində Həsənağanın öz sevgisinə əbədi vəfası, sədaqəti yaşar.

Küçəyə qar yağır
Könlümə bahar.
Axı, sənin kimi
Bir sevgilim var.

Bu şeirləri oxuyandan sonra mənə bir daha əyan oldu ki, bəlkə əsl sevgi təkcə evlənənə qədər yox, evlənəndən sonra daha şiddətli olur.
Axı, Azərbaycan poeziyasında sevgi əsasən hicran motivləri üzərində qurulub. Amma nadir hallarda olsa da, bəzi şairlərimiz evlilik həyatının sevgilərini də qələmə alığlar. Elə Həsənağanın şeirlərinin bir qismi də o sevgini tərənnüm edir.

İkinci sevgiyə inanmıram mən,
Heç ola bilərmi ikinci həyat.
Mən necə çıxarım səni ürəkdən
Kirəlik ev deyil, axı, məhəbbət.
Sən kimi bir gözəl,
Sən kimi bir qız,
Bir daha bəxtimə çıxarmı görən?

Həsənağanın digər mövzularda da bir nesə şeiri var. Məsələn, Qobustan abidələrinə həsr elədiyi şeirdə çalışıb ki, Qobustanın obrazını yaratsın: "Gördüm burda babaların göz yaşları daşa dönüb".
Həsənağa Sadıqovun şeirlər kitabı məncə, onun ədəbiyyat sevgisindən və həyat yoldaşına sonsuz məhəbbətindən yaransa da, Şair ürəyindən də xəbər verir. Heyif, bu ürəyin çırpıntılarından gec xəbər tutdum.
Ruhun şad olsun!



YAZARIN ARXİVİ

2014-08-02 : LİRİKA - 2013
2012-04-21 : "ARAZBARI" ÜSTƏ
2012-01-20 : 20 YANVAR: 22 İL
2011-08-20 : ƏDƏBİ HƏYAT
2011-08-13 : ƏDƏBİ HƏYAT
2011-08-06 : ƏDƏBİ HƏYAT
SON XƏBƏRLƏR
2018-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (50%)
"Neftçi" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK