ANA SƏHİFƏ / YAZARLAR

Filmimizin bir nəfərdən canı qurtardı - Eminquey yazır

4377    |   2018-11-09 14:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ağız dadım film cəhətədən pis deyil.

Azərbaycanın son dövr filmlərindən, kommersiya yox ha, söhbət filmdən gedir, "Dolu”, "Yarımçılar xatirələr” xoşuma gəlib. Ən sonuncu isə Emil Quliyevin iki hissəli "Pərdə” filmi lap ürəyimə yağ kimi yayıldı. "Pərdə”nin birincisi zorla başqasına verilən qızın hekayəsidir. Birinci "Pərdə”də Emili qınayırdılar ki, filmə bu ad qızın zorlanmasına görə qoyulub. Bu film hadisəyə başqa rakursdan və başqa tərzdə yanaşmanın nəticəsidi.

Müasir Romeo və Culyettanın azərbaycanlı variantı və onların milli adət-ənənələrlə, cəmiyyətin sırıdığı qayda-qanunlarla mübarizəsi bu filmin ana xəttidir. Mən qulaqlarıma inana bilmirdim. Obrazlar əsl küçə söyüşləri söyürdü. Axır ki, dialoqları təbii olan bir film çıxdı ortaya. Məhlə uşaqları, fəhləsi, ustası müəllim kimi yox, elə necə var elə danışdı bu filmdə. Amma bu dialoqlar da köhnə fikirli adamlar üçün biraz qəribə gəlir. Onlar belə şeyləri qəbul etmirlər. 

Emilə filmin adı ilə bağlı gələn iradlara o, müsahibəsində yaxşı cavab vermişdi, onun cavabı mənim də ürəyimdən tikan çıxarmışdı.

"Ümumiyyətlə, cəmiyyətimiz arasında yaranan yersiz pərdədən söhbət gedir. Sərf edən yerdə pərdə var, sərf etməyən yerdə pərdə yoxdur. Buna ata-ana-övlad arasında yaranan pərdəni də şamil edə bilərik. Düzdü, hörmət və pərdə saxlamaq başqa şeylərdir. Ancaq pərdə saxlamaq istəyirsinizsə, hamıya qarşı belə addım atın. Niyə bir yox, iki üzünüz var? İkiüzlülük niyə edirsiz?

Burda gülüb-danışırsız, həmin şəxs gedəndən sonra arxasından danışırsız. Bu da ikiüzlülükdü. Filmdə ana və oğulun mübahisə səhnəsi var. Həmin səhnədə olan azyaşlı barədə yaşlı nəslin nümayəndələri irad bildirir. Deyirlər ki, həmin səhnəni niyə çıxartmamısan? Mən də cavab verirəm ki, evdə mübahisə edəndə övladınızı bayıra çıxarırsız? Guya, ata anayla mübahisə edəndə bizdən icazə alır? Təsəvvür edin ata oğula deyir ki, çıx bayıra, "mama”nı söyəcəm. Belə bir şey yoxdur. Otaqdan çıxsan da səslərini eşidəcəksən. O səhnədə nə var? Niyə göstərməyək? Ana filmdə nə edib ki? Mən bunu təbliğ etmirəm, sadəcə olaraq həyatda belə olduğu üçün səhnələşdirmişik.

Daha sonra uşaq qulaqlarını tutur, bezir. Ümumiyyətlə, belə bir şey ssenaridə yox idi. Çəkilişə gəlmişdik, elə uşağı gördük, dedik belə bir səhnə ekranlaşdıraq. Gördüm ki, hər şey əla alınır, arxadan balaca qızı itələdim ki, get qucaqla. Kadr onu tələb edirdi".

Filmdəki təbii dialoqlar, originallıq eynilə "Pərdə” nin ikincisində də keçərlidir.

Açığı ikinci "Pərdə” məni daha çox təsirləndirdi. Arvadı ilə dostunun xəyanətinə tuş gələn Tima. Aktyor seçimi fısqırıqdır. Yeni nəslin ən yaxşı aktyorları. Hikmət Rəhimov, Elşən Əsgərov, Günah Əhməd, Qorqud Cəfər.

Ümumilikdə Emil Quliyevin çəkdiyi bu film uzadılan qısa metrajlı film idi. Necə ki, "Paradoks” adlı qəşəng bir qısametrajlı film çəkmişdi.”Pərdə” filminin üçdə bir hissəsi kəsilsə və ya qısaldılsaydı, heç nə dəyişməzdi. Amma rejissoru da anlamaq olar – "böyük” ekrana çıxmaq üçün mütləq minimum var. 

Hər bir seriyası "mentalitet”lə məhv olunan ayrıca insan həyatına həsr olunan kiçik "Pərdə” serialı çəkmək də, filmin üçüncü hissəsini görmək də maraqlı olardı. Xüsusən də bu dəfə kameranı düz tutsalar.

Bunlardan ona görə söz açdım ki, bu filmlərə də baxasınız, yəni müqayisəni öz filmlərimizlə götürəsiniz və indi deyəcəyim bir xəbərlə uzlaşdırasınız.

Kənan M.M deyib ki, daha Azərbaycan üçün film çəkməyəcəm. Gözlərim yaşardı, inanın. Neçə ildir ki, Kənan bəy Azərbaycan filmini bir düşmən əsir kimi qabağına qoyub zakon xırdalayırdı, təsbehlə başına vurub sındırırdı, sağına-soluna yumruq döşəyirdi, nə bilim, üstündə şpaqat açırdı, çənəsinə təpik qaldırırdı.

Şükr, filmimiz bu əzabdan qurtardı, əsirlikdən çıxdı. Allah bəla göndərəndə, çarəsini də göndərirmiş, ay Film Mərdan. İnan, O, var.

İndi siz deyin, bu oyunda kim uduzdu, kim uddu?




İmza:Eminquey

YAZARIN ARXİVİ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK