ANA SƏHİFƏ / YAZARLAR

Emalatxanadan sürgünə, sürgündən emalatxanaya

4919    |   2018-11-06 00:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ələkbər Rzaquliyevin məşəqqətli həyatı,
"Xalq əmanəti"nə çevrilən əsərləri haqqında kitab işıq üzü görüb

"Xalq Bank"ın 2010-cu ildən bəri həyata keçirdiyi "Xalq Əmanəti" layihəsinin sayca on yeddinci nəşri ictimaiyyətə təqdim olunub. Qədim xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyada tanıdılması və təşviqi məqsədi daşıyan bu orijinal layihənin növbəti qəhrəmanı da rəssamdır.

Sərgidən bir gün sonra həbs olunan
rəssam

"Xalq Əmanəti"nin Azərbaycan, ingilis və rus dillərində nəşr etdirdiyi kitab görkəmli rəssam, milli qrafika sənətinin sütunlarından biri sayılan, Əməkdar rəssam Ələkbər Rzaquliyevin məşəqqətli ömür yolu və zəngin sənətindən bəhs edir.
Ələkbər Ələsgər oğlu Rzaquliyev 1903-cü ildə Bakıda, köhnə şəhərin divarları arasına sığınan İçərişəhərdə dünyaya gəlib. Ələkbər mollaxanaya getmədiyi günlərdə atasının satıcı kimi çalışdığı qəssab dükanlına gələr, ət bükmək üçün istifadə olunan kağızların üzərində əsl bakılı tipajları çəkərdi. Balaca Ələkbər dükanın bir küncünə qısılıb gördüyü personajlarla bağlı məzəli əhvalatlar uydurar, ilk "əsərlərini" məşhur "Molla Nəsrəddin" jurnalının karikaturaları ruhunda ərsəyə gətirərdi. Dünyaya "Molla Nəsrəddin"dəki rəssamların gözü ilə baxmağa çalışan Ələkbər satirik qrafika ustası, görkəmli rəssam Əzim Əzimzadəni özünün ilk müəllimi sayırdı.
Ələkbər Rzaquliyevin uşaqlıq və yeniyetməlik illəri mürəkkəb və təlatümlü dövrə düşür. İçərişəhərli balası yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti paytaxtının Bakıya köçməsinin şahidi olur, ermənilərin onun doğma şəhərində hansı vəhşiliklər törətdiyini yaddaşına köçürür, Qızıl Ordu əsgərlərinin Bakıya necə gəldiyini görür. Gənc Ələkbər bolşeviklərin cəlbedici şüarlarına ürəkdən inanır, sovetlərin ona səadət, yaradıcılıq azadlığı gətirəcəyinə ümid bəsləyirdi. Elə bu inamla da 1920-ci ildə komsomol sıralarına qoşulur. Lakin yeni hökumət gənc rəssama ağrı-acı dolu günlər gətirir, ona üç dəfə sürgün həyatı yaşadır. Gənc və istedadlı rəssam qorxunc Solovki düşərgəsində, soyuq Arxangelskdə və amansız Altayda hər gün ölümlə üzbəüz qalır. 
Bütün bunlar hələ bir qədər sonra olacaqdı. Hələlik gənc Ələkbər SSRİ-nin paytaxtı Moskvadadır. Buranın yaradıcılıq mühitinin mərkəzi sayılan Ali Bədii-Texniki Emalatxanada Sergey Gerasimov, David Şterenberq kimi ustadlardan dərs alır. Lunaçarski, Mayakovski, Yeseninlə tez-tez görüşməyin, Meyerxoldla bir binada yaşamağın sevincini dadır. Əsərləri Moskvadakı sərgidə nümayiş etdirilən ilk azərbaycanlı rəssam kimi tarixə düşür. Ötən əsrin 20-ci illərində Moskvada keçirdiyi və özünün də dediyi kimi, ömrünün ən xoşbəxt günləri barədə əlyazmalarında belə bir qeydlərə rast gəlmək olur: "g O illərdə Arbatda kiçik bir otaq kirayələmişdim. Bura tez-tez Nazim Hikmət də gələrdi, onunla unudulmaz görüşləri və uzun söhbətlərimizi xatırlayıramg"
1928-ci il iyulun 29-da Bakıda gənc Azərbaycan rəssamlarının ilk sərgisi açılır və Ələkbər Rzaquliyevin həm rəngkarlıq, həm də qrafika əsərləri bu sərgidə nümayiş olunur. Lakin rəssamın sevinci uzun sürmür, sərgidən cəmi bir gün sonra Ələkbər Rzaquliyev həbs edilir.

Güllələnmə
təxirə salınır...

Rəssam Şərqdə ilk Demokratik Cümhuriyyətin qurucusu Məmməd Əmin Rəsulzadənin portretini çəkməkdə, Müsavatçılarla işbirliyində ittiham olunur və barəsində ən ağır cəzaya-güllələnmə hökmü çıxarılır.
Amma xoş bir təsadüf üzündən son anda güllələnmə cəzası dəyişdirilir və 8 illik həbslə əvəzlənir.
Rəssamın məhbus kimi yolu Rusiyanın şimalındakı Solovki düşərgəsindən keçir. O, adı çəkiləndə belə hamının qorxduğu bu düşərgədə ağqvardiyaçılarla, repressiya olunmuş ruhanilərlə birgə sürgün həyatı yaşayır. Ələkbər Rzaquliyev ömrünün 5 ilini Solovki adasında keçirir, olmazın əziyyətlərə qatlaşır. 1933-cü ildə isə rəssamı uzaq Arxangelskə köçürürlər.
1936-cı ildə sürgündən geri qayıdan Ələkbər Rzaquliyev doğma Bakıda yaşamağa izn ala bilmədiyindən Gəncəyə köçür. Gəncə Dövlət Dram Teatrında işə düzəlir, rəssam kimi tamaşalara bədii tərtibat verir.
Lakin bir ildən sonra yenidən həbs olunur və bu dəfə Vorkuta-Peçora islah-əmək düşərgəsinə göndərilir.
On il sonra növbəti dəfə azadlığa çıxan rəssamı yenə Bakıya buraxmırlar, ona görə də Şəkidə yaşamalı olur. Amma tale onu yenə ağır sınaqla üz-üzə qoyur, Ələkbər 1949-cu il dekabrın 24-də həbs olunur və Krosnoyarski vilayətinin Abanski rayonunun Beryozovka kəndinə sürgün edilir.
Yenə hər gün ölümlə üz-üzə qalır, yalnız iradəsi, yaşamaq eşqi sayəsində sağ qalmağı bacarır.
"Ellər atası" Stalinin ölümündən sonra Ələkbər Rzaquliyevin həyatında sanki yeni bir səhifə açılır. Rəssam Bakıya köçməyə icazə alır, ona yaşamaq üçün mənzil, çalışmaq üçün emalatxana ayırırlar.
53 yaşında azadlığa çıxıb yenidən doğulan uşaq kimi sevinən rəssam həyatını yaradıcılıq işlərinə sərf edir. Ömrünün 25 ilini həbs düşərgələrində keçirdiyindən itirilmiş illərini qaytarmağa çalışır, yaddaşının dərinliyində saxladığı təsvirləri kağıza köçürməyə tələsir. Müasiri, Xalq rəssamı Tofiq Ağababayevin sözlərinə görə, emalatxanada hər gün 15-16 saat yorulmadan çalışır, ona şöhrət gətirəcək yeni əsərlər yaradır.
1963-cü ildə Ələkbər Rzaquliyevin Bakıda ilk fərdi sərgisi açılır və bu sərgi rəssama böyük uğur qazandırır. ABŞ-dan, Yaponiyadan sifarişlər alır, əsərləri Parisdə sərgilənir. 1964-cü ildə Ələkbər Rzaquliyev Əməkdar rəssam fəxri adına layiq görülür.
Amansız repressiyalara məruz qalan, üç dəfə sürgün olunan, məşəqqətli həyat sürən, ömrünün ən gözəl illərini, sağlamlığını ciddi islah-əmək düşərgələrində keçirən istedadlı rəssam 1974-cü ildə Bakıda vəfat edir.
Xalqa əmanət əsərlər

Bütün çətinliklərə rəğmən, heç zaman sınmayan, yaşayıb-yaratmaq eşqi azalmayan Ələkbər Rzaquliyev "Köhnə Bakı", "Tələbəlik illəri", "Azərbaycan balıqçıları" silsilələri, Solovki adasına, doğma Azərbaycanın mənzərələrinə həsr etdiyi çoxsaylı əsərlər yaradıb.
Rəssamın "Köhnə Bakı" silsiləsi XX əsrin əvvəllərini, o dövrün insanlarının yaşayışını və məişətini əks etdirən ən müfəssəl panorama hesab olunur.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovanın sözlərin ilə ifadə etsək, Ələkbər Rzaquliyevin hər bir əsərində həyata, insanlara, sənətə, Bakıya sevgi duyulur.
Yeri gəlmişkən, "Xalq Bank"ın ideyası əsasında ərsəyə gələn və üç dildə nəşr olunan bu dəyərli kitabın mətnlərinin müəllifi Şirin Məlikovadır.
Gənc sənətşünas alim kitab üzərində çalışarkən müxtəlif arxivlərdə araşdırma aparıb, Ələkbər Rzaquliyevlə bağlı qiymətli sənədlər aşkar edib. Həmin arxiv sənədlərinin əksəriyyəti ilk dəfə məhz bu kitab vasitəsilə ictimaiyyətə açıqlanır.
Xatırladaq ki, artıq on yeddi kitabı çapdan çıxan "Xalq Əmanəti" layihəsinin müəllifi Rafiq Həşimov, redaktoru Səlim Babullaoğludur.



YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK