bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal Adalet.az | Əbülfət MƏDƏTOĞLU: ÖLÜMSÜZLÜK QAZANANLAR Adalet.az | Əbülfət MƏDƏTOĞLU: ÖLÜMSÜZLÜK QAZANANLAR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: ÖLÜMSÜZLÜK QAZANANLAR

Onlar bizdən cismən ayrılırlar

6193    |   2018-10-26 10:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İndi nə əlimiz çatan, nə də ünümüz yetən dağlara tərəf baxıram. Və hər dəfə də baxanda mənə elə gəlir ki, elə baxa-baxa qalacam. Bu baxış məsafəsi bitib tükənməyəcək, bu yol sona çatmayacaq. Amma...

Dağlar ucalığı bildirir... dağlar ucalığı göstərir. Təkcə coğrafi anlamda yox, həm də söz kimi, yəni onun lüğəti mənası böyüklükdü. Bunu öyrətmək üçün yazmıram, demirəm. Məqsədim dağ sözünün arxasında duran başqa bir anlayışa işıq salmaqdı. Belə ki, sinəyə də, ürəyə də dağ vurulur. O dağlar da ölçülərinə görə fərqlənirlər. Vurulan elə dağlar var ki, onlar qürur yerimizdi, and yerimizdi, güvənc yerimizdi. Onlarla fəxr eləyirik. Onları Kirslə, Savalanla, Babadağla, Şahdağla yanaşı tuturuq, bərabər görürük. Bax, bu dağların yozumu şəhidlikdi, ölümsüzlükdü, əbədiyaşarlıqdı...

Laçın rayonunda, dağlar qoynunda dünyaya gəlmişdi. Atası İsaq kişi kəndin sayılan ağsaqqallarından, ziyalılarından idi. Ailədə on uşaq idilər - 7 qardaş, 3 bacı. Valideynlər də onları vətənə, xalqa layiqli böyütmək üçün əllərindən gələni edirdilər. Çalışırdılar ki, ləyaqətli övladlar böyütsünlər... Evə, nəslə üzüağlıq gətirənlərdən olsunlar. Bir atalar sözü var. Orda vurğulanır ki, "niyyətin hara, mənzilin də ora". Bax, Cavanşir də qarşısına məqsəd kimi xalqına, torpağına xidmət etməyi seçmişdi. Hələ doğulduğu Arquşlu kənd orta məktəbində oxuyanda çevikliyi, diqqətcilliyi ilə hamıdan seçilirdi. Canındakı təpər özünü hər bir hərəkətində büruzə verirdi... Həmsöhbət olduğum Natiq Dağlar fikirli-fikirli, gözləri yol çəkə-çəkə deyir:

- Ailəmiz böyük idi. Amma buna baxmayaraq, valideynlərimiz hamımıza vaxt ayıra bilirdi. Biz də kənd uşaqları idik. Biz də onlara yük olmamağa çalışırdıq. Evin işlərində, təsərrüfat problemlərində valideynlərimizə əl yetirirdik, kömək olurduq. Necə deyərlər, bir-birimizin əlindən tutub böyüyürdük. Qardaşım Cavanşir də bizim içimizdə öz təpəriylə, öz qayğıkeşliyilə fərqlənirdi. Arzusu polis olmaq, qanunçuluğun keşiyində durmaq idi. Elə o arzunun yoluyla da getdi...

Bəli, orta məktəbi bitirib, əsgəri borcunu yerinə yetirib doğma yurda qayıdan Cavanşir İsaq oğlu Mehdiyev Qarabağ hadisələrinin bir növü qaynar qazanına düşdü. Çünki təkcə Dağlıq Qarabağın özündə deyil, eləcə də ona bitişik ərazilərdə, Ermənistanla sərhəd ərazilərdə gərginlik hər gün artır, düşmən açıq-aşkar təcavüzkar olduğunu büruzə verirdi. İndi əli silah tutan hər kəs könüllü dəstəyə və özünümüdafiə bölüklərinə yazılırdı. Cavanşir daxili işlər orqanlarında, yəni polisdə xidmət etməyə üstünlük verdi. Uşaqlıq arzusunun gerçəkləşməsi üçün polis mundiri geyindi. İndi onu artıq evdə görmək, ailədə tapmaq çətinləşmişdi. O, Meşəlidə, Cəmillidə, Xocalıda və digər kənd və məntəqələrdə növbə çəkirdi. Özü də növbəyə gedəndə də, gələndə də ermənilərin yaşadığı ərazilərdən keçməyə məcbur olurdu. Amma buna baxmayaraq, o, xidmətini davam etdirirdi. Hadisələr isə getdikcə daha da təhlükəli məcraya yönəlirdi. İndi Xocalı polisinin əməkdaşı olan Cavanşir Mehdiyev Xocalı şəhərini qoruyanlarla bir sırada idi. Xocalının işğalından sonra da o, digər həmkarları ilə birlikdə xidmətini döyüş bölgəsində, cəbhə xəttinin lap yaxınlığında davam etdirməkdə idi...

Düşmən hər yerdə düşməndi. Harda qarşılaşacağını, harda üz-üzə gələcəyini təxmin etmək mümkün deyil. Görünür, şəhidlik Cavanşirin alın yazısı, taleyi imiş. Belə ki, Bakı şəhərində, Daxili işlər Nazirliyinin xəttiylə ixisaslaşdırma kursuna gəlmişdi. Hər gün Nazirliyin məktəbinə gedib axşam da qaldığı ünvana dönürdü. Çalışırdı ki, polis serjantı kimi hüquqi biliklərə daha çox yiyələnsin. Lakin...

Bu gün tariximizə qara hərflərlə yazılmış elə hadisələr var ki, onu unutmaq qeyri-mümkündür. Onlardan biri də Bakı metrosunun adıyla bağlıdır. Əslində, Bakı Metropolitenində düşmən iki dəfə terror aktı həyata keçirib... iki dəfə adamlarımızı ölümlə üz-üzə qoyub.

Onlardan birinin qurbanı da Cavanşir İsaq oğlu Mehdiyev oldu. Belə ki, polis məktəbindən geri qayıdan Cavanşir metroya daxil oldu və... dəhşətli faciə baş vermişdi. Hər tərəf tüstü-duman içərisində, insanlar da pərən-pərən, vahiməli, yaralanan, ayaq altda qalan, kömək, imdad diləyən və sairə. Polis serjantı Cavanşir Mehdiyev dərhal köməyə atıldı. Yaralıları, qocaları, uşaqları tuneldən çıxarmağa başladı. Bir neçə cəhddən sonra özü də bu terrorun qurbanı oldu. Ölümündən sonra Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı Sərəncamla ona göstərdiyi qəhrəmanlığa görə, "İgidliyə görə" medalı verildi.

Ölümündən sonra ölümsüzlük qazanan polis serjantı adını təkcə Azərbaycan polisinin deyil, bütövlükdə xalqımızın tarixinə yazdı. Onun nişanəsi olan iki qızı atalarına layiq böyüməyə çalışdılar.

Doğrudur, bu işdə doğmalar da, xüsusilə də Respublika Daxili İşlər Nazirliyi və şəxsən cənab nazirin özü bütün diqqət və qayğısını şəhid polisin ailəsindən əsirgəmədi. Ona görə də Cavanşir Mehdiyevin ailə üzvləri daxili işlər naziri Ramil Usubovdan çox böyük sevgiylə, minnətdarlıqla danışır, ona öz təşəkkürlərini ünvanlayırlar.

Bəli, igidlər ölmür deyirlər. Bununla hər kəs razıdı. Amma igidlərin igidliyini yaşatmaq da, onları ehtiramla yad etmək də, onları tanıtmaq və sevdirmək də bizim borcumuzdu. Biz onların ruhu qarşısında baş əyməklə özümüzə haqq qazandıra bilmərik. Biz cavanşirləri yaşatmalıyıq - xatirələrimizdə, yazılarımızda, verilişlərimizdə və nəhayət, bütün həyatımızda.

- RUHUN ŞAD OLSUN, CAVANŞİR İSAQ OĞLU MEHDİYEV!




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
SON XƏBƏRLƏR
2019-06-26
2019-06-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK