ANA SƏHİFƏ / YAZARLAR

Lap həbsxanaya düşmək istədim – Eminquey yazır

3560    |   2018-10-25 12:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dostlardan biri danışır ki, İsveçə işimlə əlaqəli getməli oldum. İşim də məıhz həbsxanalardan keçir. Həmişə təsəvvürümdə həbsxana hamının bildiyi, qapalı, qadağalarla dolu, elə də yaxşı şəraiti olmayan bir yer kimi canlanır. Amma buradakı həbsxanalarına birinə girib hər şeyi öz gözlərimlə görəndən sonar bir müddət özümə gələ bilmədim.

O, danışdıqca gözləri bərəlir, əl hərəkətləri ilə emosiyasını adamın gözünə soxurdu. Dedim ki, yaxşı, danış görək nə görmüsən? Başladı, nə başladı.

Deməli, o, İsveçdə miqrantlar üçün ayrılan bir həbsxanada olubmuş.

Binada dəmir qapı anlayışı yoxdur. Amma təhlükəsizlik ən yüksək səviyyədə təmin olunub. Qapılar hər bir işçiyə məxsus ayrıca kart və kodla açılır. Bütün məhbusların həyat şəraiti mümkün qədər yüksək səviyyədə təmin olunub. Sadəcə bir otaqda oturmalısan deyə anlayış yoxdur. Hər otaqda 2-3 nəfərdən artıq olmamaq şərtilə yaşayırlar. Məhbuslara otaqlarına daxil ola bilsinlər deyə xüsusi qolbaq verilir.

Hamam-tualet otaqlardan ayrıdır. Hər bölmədə iki müxtəlif otaq olmaqla hamam və tualet var. Bina 24 saat isti su ilə təmin olunub.

Məhbuslara hər gün 3 dəfə müxtəlif soyuq və isti yeməklər verilir. Nəzərə alsaq ki, İsveç qida təhlükəsizliyinə ciddi nəzarət edən ölkələrdəndir, yeməklərin keyfiyyətilə bağlı çox danışmağa ehtiyac qalmır.

Bu sözü elə bir əda ilə, yekəxanalıqla dedi ki, elə bil həbsxananı bu tikdirib. 

Mətbəx 24 saat açıqdır. Gün ərzində kofe,çay, soyuq meyvə suyu və kompotdan istədikləri zaman götürə bilərlər. Hər gün müxtəlif meyvələr böyük bir qabda ümumi zalda stolun üstündə olur.

Binada görüş üçün nəzərdə tutulan otaqlar var. Məhbuslarla görüşə heç bir məhdudiyyət yaradılmır, sadəcə əvvəlcədən sifariş edib istənilən vaxt məhbuslarla görüş mümkündür. Görüşənlər arasında heç bir sərhəd yoxdur, otaqlarda divan və kreslolar yerləşdirilib. Bölmələr yalnız məhbuslar üçün deyil, eyni zamanda iş yeridir.

Bölmənin rəhbərləri də məhbuslar olan bölmələrdə otururlar və işləyirlər. Hər bölmədə ayrıca namaz otağı var. Məhbuslar heç bir məhdudiyyət olmadan dini ayinləri yerinə yetirə bilirlər. Məhbuslara android, smartfon telefon istifadə etməyə icazə verilmir Binada şəkil çəkmək olmaz, qadağandır. Məhbuslara sadə telefonlar verilir.

Hər bölmənin baqaj hissəsi var və məhbuslara məxsus əşyalar orada qorunur.

24 saat internetə çıxış var. Kompüter zalının qapısı demək olar ki, bağlanmır. Hər kompüterin qulaqcığı var, istədiyin qədər film izləyə bilərsən, sosial şəbəkələrə daxil ola bilərsən. Hər bölmədə bir televizor otağı olsa da, əlavə bir böyük zal da var, orda da televizor izləmək mümkündür. Siqaret çəkmək üçün xüsusi açıq sahə var. Alışqan istifadəsi qadağandır, amma siqaret yandırmaqları üçün xususi aparat quraşdırılıb. İstədiyin zaman siqaret çəkmək üçün nəzərdə tutulan sahəyə çıxa bilərsən.

Məhbuslar hər gün günorta bir neçə saatlıq həyətə buraxılırlar. Basketbol, voleybol və futbol oynaya bilərlər. Maraqlı tərəfisə odur ki, sadəcə məhbuslar deyil, bölmələrin nəzarətçiləri də onların oyun partnyoru olurlar.

İki bölmə üçün nəzərdə tutulan trenajor zalı var. Hər bölmə üçün idmana təxminən 2-3 saat zaman ayrılır. Qantellər olmasa da, zal digər idman avadanlıqları ilə təmin olunub. Üst mərtəbə isə stolüstü tennis üçündür.

Hər bölmədə xüsusi bir aparat yerləşdirilib. Məhbuslar kola, çipsi, qazlı içkilər, siqaret və başqa şeylər ala bilərlər. Qiymətlər market qiymətlərilə eynidir. Hər məhbusa gündəlik 4 avro olmaqla aylıq 120 avro pul verilir, beləcə ehtiyacları olanları ala bilirlər.

Məhbusların heç biri İsveç dövlətinin vətəndaşları deyillər və ya İsveçdə yaşamaq üçün heç bir icazə sənədi olmayan insanlardır.

Dostumuzun bu odlu-alovlu çıxışına qulaq asandan sonra açığı biraz qəribə hisslər keçirtdim. Belə həbsxana olar? Özü də vətəndaşın üçün yox, miqrantların üçün. Açığı inanmağım gəlmədi. Dedim ki, iki-üç şey görüb üstünə də dörddən, beşdən qoyub danışırsan. And-aman elədi. Ki, yalan danışmıram, gördüklərimi deyirəm. Yalan deyirəmsə, məni də tutub bassınlar elə bir həbsxanaya.

Dedim, a kişi, elə bir həbsxanada yaşamağa nə var ki? O həbsxanaya düşmək üçün mən də yalan danışaram. Özü də səndən başlayaram. Məsələn, deyərəm ki, camaatın başını aldadıb, pulunu alıb İsveçə aparan "maşennik”in birisən.

Gülüşdük…

Dağılışdıq…




İmza:Eminquey

YAZARIN ARXİVİ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-16
2018-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Əli Səmid girir mağazaya, satıcıya:
- Sizdə boks əlcəyi var?
Satıcı:
- Yox.
- Bəs üzgücülük üçün şapka?
- Yoxdu.
- Futbol topu necə?
- Qardaş, bura Şərab mağazasıdı, ancaq spirtli içkilərdi.
- Yaxşı, onda bir araq ver.
Əli Səmid əllərini göyə qaldırıb:
- Bax Allah da şahiddi ki, idmanla məşğul olmaq istəyirdim, genə alınmadı.




digər lətifələr
ARXİV
FACEBOOK