hacklink Adalet.az | Maşın təmiri sexləri müştəriləri aldadır, vergidən yayınır - PROBLEM Adalet.az | Maşın təmiri sexləri müştəriləri aldadır, vergidən yayınır - PROBLEM Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / AVTOMOBİL

Maşın təmiri sexləri müştəriləri aldadır, vergidən yayınır - PROBLEM

18843    |   2018-10-17 16:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda avtomobillərin sayı günü-gündən artır. Avtomobillərin sayı artdıqca, onu təmir edən mütəxəssislərə də ehtiyac çoxalır. Bakıda rəsmi servislər olsa da, bir çox yerdə heç bir sənədi olmayan avtomobil təmiri sexləri də fəaliyyət göstərir. Bu sexlərin sayı rəsmi servislərdən dəfələrlə çoxdur. Həmin sexlərdə çalışan ustaların nə peşəkarlığı yoxlanır, nə də gördükləri işə görə kassa çeki təqdim edilir. Belə olan halda maşın sahibi sexlərdə avtomobilə dəyən zərərə görə hansı quruma müraciət etməlidir?

Məsələ ilə bağlıModern.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, "İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında” qanunda, Nazirlər Kabinetinin 4 saylı qərarında göstərilir ki, xidmət göstərən istehlakçı ilə müqavilə bağlamalıdır.

"Xidmət haqqı ödənildikdən sonra ona kassa çeki verilməlidir. Azərbaycanda vəziyyət belədir ki, qəza olur, təkər açılır və başqa problemlər olur, bilinmir o avtomobili kim təmir edib. Bu sahədə çox böyük problemlər var. Bu yaxın vaxtlarda təxminən 15 gün əvvəl Vergilər Nazirliyinin "Vergilər” qəzeti dəyirmi masa keçirirdi, çoxlu ictimai adamlar, iqtisadçılar toplanmışdı. Mən dedim ki, qeybət etməkdən işə keçmək lazımdır və təklif etdim ki, "Vergilər” qəzeti, bir neçə media qurumu, Azad İstehlahçılar Birliyi birlikdə gedək avtomobil təmiri sexlərinə, oradakı qanun pozuntularını müəyyən edək. Təmənnasız olaraq vətəndaşlarla bağlanacaq müqavilə şərtlərini təqdim edək, kassa aparatının qoyulmasına nail olaq. Bildirdim ki, həmin sexlərdə nə kassa çek verilir, nə müqavilə bağlanır. Həm vergidən yayınma var, həm də istehlakçıların hüquqlarının pozulması halalrı. Gəlin gedək bunları praktiki edək. Hamı mənim təkliflərimi dəstəklədi və gedəcəklərini dedilər, daha sonra heç bir xəbər gəlmədi”.

Eyyub Hüseynov deyib ki, bu sahədə ciddi problem hələ də davam edir:

"Azərbaycanda belədir ki, kim işsiz qalır, bir müddət sonra əyninə köhnə bir paltar geyinir, icarəyə yer götürüb başlayır ustalıq etməyə. Bu düzgün deyil, kimsə 5 manat pul qazanacaq deyə, başqasını 5000 manat ziyana salmalıdır?.. Mənim özümün də başıma bir neçə il əvvəl belə bir hadisə gəlib. Maşının motorunda problem var idi, özünü motor ustası kimi təqdim edən biri dedi "mən düzəldərəm”, maşını pis vəziyyətə saldı, səhəri gün başqa motor ustası problemi həll etdi. Bu sahədə problem həddindən artıq çoxdur, bu işi İqtisadiyyat Nazirliyi həll etməlidir. Ustaların professionallığı yoxlanılmalıdır. Azad İstehsalçılar Birliyi dəfələrə bu problemin həlli üçün addım atıb, lakin komandamız zəif olub. Çox təəssüf ki, bu problemin həlli üçün İqtisadiyyat Nazirliyi heç bir iş görmür”.

E.Hüseynov deyib ki, Azad İstehsalçılar Birliyinə belə problemlərlə bağlı şikayətlər daxil olub.

"Bizə il ərzində 3-4 dəfə avtomobil ustalarının istehlakçılara verdiyi zərərlə bağlı şikayət daxil olub. Gedib danışıqlar keçirib, problemin həllinə nail olmuşuq”.





İmza:
SON XƏBƏRLƏR
2019-11-11
2019-11-09
2019-11-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (92.31%)
Pullsuz (7.69%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qazaxda Aslanbəyli kəndinin camaatı sünnüdür, Ürkməzli kəndinin camaatı isə şiədir. Həmin kəndlərə 10 dəqiqə intervalnan iki avtobus işləyir.

Bir dilənçi Aslanbəyli kəndinə gedən avtobusa minib əl açıb yolboyu camaatdan sədəqə istəməyə başlayır:

- Siz Həzrəti Əli xatrinə mənə kömək eləyin!

Bir-bir hamıya yaxınlaşır, amma heç kim pul vermir.

Şair Elnur Aslanbəyli də oturubmuş arxada. Üzünü dilənçiyə tutub deyir:

- Ay dayı, bu Ömərin avtobusudur, sən düş arxadan gələn Əlinin avtobusuna min!




digər lətifələr
ARXİV
FACEBOOK