ANA SƏHİFƏ / YAZARLAR

ABŞ TÜRKİYƏNİ DA?IDA BİLƏCƏKMİ?!

20482    |   2007-03-06 03:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ABŞ və eləcə də Avropa müsəlman dövlətlərini dağıtmaq üçün çox ağıllı, düşünülmüş və praktik bir proqram hazırlayıblar və bu proqramı da hissə-hissə həyata keçirirlər. Və bu proqramda da əsas məsələ heç də müsəlmanlara qarşı deyil, çünki dünya müsəlmanları Türkiyə, Azərbaycan, İran və Pakistanı çıxmaqla, elə gözəl yatıblar ki, onları yenidən oyatmaq üçün bir Həzrəti Məhəmmədə ehtiyac var, bu da mümkün deyil. Çünki Peyğəmbər buyurub ki, ondan sonra peyğəmbər gəlməyəcək. İslamı bizdən də gözəl bilən ABŞ və Avropa bu sarıdan arxayındı.
   
   Amma o da var ki, Həzrəti Məhəmməd gəlməsə də dünyaya Həzrəti Əlilər, Həzrəti Ömərlər, Həzrəti Hüseynlər gələ bilər və gəlir. Və onları önləmək lazımdı. Və bu gələnlər də hələ ki, Türkiyəyə gəlir, Azərbaycana gəlir, Pakistana və İrana gəlir. Özbəkistana, Qazaxıstana, Türkmənistana, Qırğızıstana, Başqurdustana, Tatarıstana (Tatarıstana artıq gəlib) gəlməkdədir. Bu saydığımız ölkələrdə (ərəblər dünəndən yoxdular, əgər ərəblər olsaydı 21 dövləti və 250 milyona yaxın xalqı olan ərəblər İraqın darmadağın olunmasına göz yummazdılar) yaşayanların 80 faizi türklərdir. İranda əhalinin 50 faizi türkdü, Pakistanda da 30 faizi və bəlkə də bir az çox. Eləcə də Əfqanıstanda da əhalinin 35 faizi türkdü.
   
   Yəni bu dəqiqə dünyada İslam hələ ki, türklərin hesabına yaşayır. Ona görə də türkləri məhv eləmək lazımdır ki, İslam yer üzündən silinsin. Bunu ABŞ da çox gözəl bilir, Avropa da.
   
   Bunun özülünü Dağlıq Qarabağda qoydular. Türkiyə digər türk dövlətləri ilə yalnız Ermənistan vasitəsilə ayrılır. Bu ayrılığı bir az da genişləndirmək lazımdır. Ona görə Dağlıq Qarabağ söhbətini atdılar ortalığa.
   
   Gəlin səmimi danışaq. Dağlıq Qarabağı işğal eləyən ermənilər guya xoşbəxtdirlər? Xeyr! Bu dəqiqə ən ağır vəziyyətdə yaşayan həm Ermənistan erməniləridi, həm də Dağlıq Qarabağda yaşayan ermənilər. Düzdür, kənardan onlara çox yardım edilir, yemək-içmək verirlər, amma qonşuya ümid olan şamsız qalar. Azərbaycanın bütün atalar məsələlərini əzbər bilən ermənilər də axmaq deyillər və bilirlər ki, günlərin bir günündə şamsız qalacaqlar. Hələ ki, yazıq erməni camaatı başa düşmür ki, onlara "vur" deyən ermənilər ABŞ-da və Avropanın digər ölkələrində kef çəkməkdən yorulublar, adam kimi yaşayırlar. Amma Ermənistanda və Dağlıq Qarabağda yaşayan ermənilər it zülmü çəkirlər, min bir sosial problemin içində boğulurlar. Yeganə ümidləri də odur ki, ABŞ, eləcə də Avropa dövlətləri bu il onlara nə qədər yardım edəcək. Erməni xalqı bir gün bunu anlamaq zorundadı. Dörd tərəfi türk olan bir millət türklərlə adam dilində danışmaq istəməsə qələt eləyir ABŞ da, Avropa dövlətləri də, Rusiya da, eləcə də özünü İslam dövləti adlandıran və İslamdan yeddi ağac uzaq olan İran da. Və bir gün Ermənistan dalı üstə çökəcək. Artıq bunu erməni ziyalıları anlamaqdadı. Müvəqqəti qələbənin eyforiyasına uyan ermənilər də tezliklə bunu anlayacaq. Dünyadan təcrid şəkildə yaşamaq mümkün deyil. Qonşudan pay almaqla - quyuya su tökməklə su dolmur.
   
   Gələk mətləb üstünə. Bəli, İslamı diz çökdürmək üçün türkləri diz çökdürmək lazımdır. ABŞ və Avropa dövlətləri, bir az da qanmadan Rusiya (rusların yeganə xilası türklərlə dostluqdadır, ən azı ona görə ki, Rusiyada yaşayan əhalinin 30 faizi türkdü, türklərin də yeganə xilası ruslarla ittifaqdadır, ən azı yer üzündəki türklərin 60 faizi Rusiyayla bağlıdır və bayaq qeyd etdiyim kimi, Rusiyanın özündə də 30 faiz türk yaşayır) bu yöndə güclü iş aparır. Siz diqqət eləsəniz görərsiniz ki, yer üzündə qırılan müsəlmanların 80 faizi türklərdir. Kosovoda da, Acarıstanda da, Azərbaycanda da,Əfqanıstanda da, İraqda da. İndi də İran gəlir. Görəcəyik, ABŞ da İranda daha çox türklər yaşayan əraziləri bombalayacaq.
   
   Və bu gün Türkiyədə, canımız, qanımız, qardaşımız Türkiyədə çox böyük bölücülük siyasətini ABŞ və Avropa dövlətləri həyata keçirir. Buna bir dəqiq fakt":: minlərlə insan İstanbulda küçələrə çıxır və bağırır ki":: "Hamımız Hrantız, hamımız erməniyiz!" Faciəyə bax ki, Türkiyənin içində türklər türk olduqlarını deməkdən çəkinirlər.
   
   Görün türk nə günə qalıb ki, Kənan Evren (təqdimata ehtiyac yoxdur) deyir ki, Türkiyə federasyon dövlət olmalıdır. Görün türk nə günə qalıb ki, Türkiyənin baş bakanı Ərdoğan Bərzaniyə telefon açır və sair və ilaxır. Belə yerdə adam istəyir yazsın ki, boynunuzu yerə soxum. Əslində onlar öz sözlərini deyil, ABŞ-ın və Avropa dövlətlərinin sözlərini deyirlər.
   
   Və bu gün Türkiyə çalxalanır. Nə yaxşı ki, hələ Türk ordusu yerindədi və nə yaxşı ki, bu ordunun başında duranlar atatürkçüdülər, millətçidilər, dövlətçidilər. Mən dəfələrlə yazmışam və yenə yazıram, bu gün Türkiyənin bir Heydər Əliyevə ehtiyacı var. Ərdoğan məlum, Sezər bu işin öhdəsindən gələcək deyil. Bu işin öhdəsindən yalnız Türk ordusu və Genel Kurmay başqanı Yaşar Böyükanıt gələ bilər. Yəni bu gün Türkiyənin Heydər Əliyev olmaq missiyası Yaşar Böyükanıtın üstünə düşüb. Bu işin öhdəsindən gələcək- gələ bilməyəcək, onu may ayının ortasına qədər görəcəyik. Çox istərdik ki, gəlsin.
   
   Və əgər Yaşar Böyükanıt bunun öhdəsindən gələ bilməsə, Türkiyə çox böyük bir zərbə alacaq. Türkiyə zərbə alacaqsa, deməli, bu zərbəni biz alacağıq, qazaxlar alacaq, tatarlar alacaq, türkmənlər alacaq, özbəklər alacaq, uyğurlar alacaq və sair və ilaxır.
   
   Mən Hollandiyada Xocalı soyqırımıyla bağlı İqdır bələdiyyəsinin təşkil etdiyi böyük bir elmi konfransda söylədim ki, Türkiyə olmasa Azərbaycan olmayacaq. Və onu da söylədim ki, siz də Azərbaycanı qorumalısınız, Azərbaycan olmasa həm Türkiyə olmayacaq, həm də Türk dünyası, çünki bütün Türk dünyasının beşiyi Azərbaycandır.
   
   Vəziyyət çox çətindir. Vəziyyətin çox çətin olduğunu möhtərəm prezidentimiz İlham Əliyev də çox gözəl bilir. Məhz elə ona görə də martın 9-da bu vəziyyətdən çıxış yolunu tapmaq və müəyyənləşdirmək üçün Bakıda Türk xalqlarının böyük bir forumunu keçirir.
   
   Bu forum bir prezident kimi İlham Əliyevə, eləcə də Azərbaycana böyük təzyiqlərə səbəb olacaq. Biz hamımız buna hazır olmalıyıq. Bunu da prezident İlham Əliyev çox gözəl bilir. Deməli, o bütün təzyiqlərə sinə gərməyi üzərinə götürüb və böyük bir missiyanın altına girib.
   
   Bu yolda xalqımıza, bütün dünya türklərinə, eləcə də bu çətin və ağır missiyanı öz üzərinə götürən möhtərəm prezidentimiz İlham Əliyevə başarılar diləyirəm.
   
   Və yenə deyirəm, Mehmet Akifin sözlərini deyirəm, biz elə bir millətik ki, mərkəzi-xakə atsalar da bizi, kürreyi-ərzi partladar çıkarız!
   
   Və yaxud Vaqif Bayatlı Önərin sözləri ilə deyirəm, türk min illərin gün işığı kimidi, nə qədər basdırsan, yenə torpağın üstündə qalar!
   
   Çox çətindi! Çox ağırdı! Xüsusilə Türkiyənin vəziyyəti çox ağırdı, başqa türk dövlətlərini deyə bilmərəm, ən azı bizlər Türkiyəyə dayaq olmalıyıq. Ulu Öndər Heydər Əliyev deyir":: "Biz bir millət iki dövlətik!" İndi bizim ikinci dövlətimiz təhlükə altındadır, biz ona yardımçı olmasaq vəziyyət ağır olacaq və bu bir millətin o biri dövləti bizlər üçün də faciəyə çevriləcək.
   
   Yumruq olmasaq, qolumuzu dibindən kəsəcəklər!
   
   Haydı, qardaşlar, yumruq olalım!
   
   Tanrı Qurdu qorusun! Tanrı Türkü qorusun!
   
   
   
   Və sonda! Türkiyəni Allah yaradıb və türkləri Allah yaradıb, Allahın yaratdığını isə nə ABŞ məhv eləyə bilər, nə də Avropa dövlətləri!


İmza:Aqil ABBAS

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-16
2018-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Əli Səmid girir mağazaya, satıcıya:
- Sizdə boks əlcəyi var?
Satıcı:
- Yox.
- Bəs üzgücülük üçün şapka?
- Yoxdu.
- Futbol topu necə?
- Qardaş, bura Şərab mağazasıdı, ancaq spirtli içkilərdi.
- Yaxşı, onda bir araq ver.
Əli Səmid əllərini göyə qaldırıb:
- Bax Allah da şahiddi ki, idmanla məşğul olmaq istəyirdim, genə alınmadı.




digər lətifələr
ARXİV
FACEBOOK