Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Sahil Babayev Şabranda 5 rayonun sakinləri ilə görüşüb Adalet.az | Sahil Babayev Şabranda 5 rayonun sakinləri ilə görüşüb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Sahil Babayev Şabranda 5 rayonun sakinləri ilə görüşüb

4463    |   2018-10-12 15:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şabran rayonunda Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Adalet.az-a verilən məlumata görə, qəbuldan əvvəl S.Babayev və Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.

Nazirlə görüşdə vətəndaşlar əsasən sosial təminat və tibbi-sosial reabilitasiya, məşğulluq, aktiv məşğulluq tədbirlərinə və özünüməşğulluq proqramına cəlb olunma, əmək hüquqlarının müdafiəsi, imtiyazlı şəxslərin dövlət hesabına mənzillə təmin edilməsi, sosial sığorta və s. məsələlərlə bağlı müraciət ediblər. Bir sıra müraciətlər sorğu xarakterli olub və vətəndaşlara aidiyyəti məsələlərlə əlaqədar hüquqi izahatlar verilib. Ayrı-ayrı müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə obyektiv şəkildə yerindəcə araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

S.Babayev Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqları əsasında ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi, həmçinin bu sistemin müasir və şəffaf mexanizmlər əsasında qurulması üçün aparılan işlər barədə məlumat verib. O, ölkəmizin bütün bölgələrində, o cümlədən Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarında Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatı işlərinin uğurla davam etdirildiyini, son iki ildə bu beş rayonda 30-dan çox fərdi evin inşa etdirilərək həmin insanlara təqdim olunduğunu deyib.

Qəbul zamanı S.Babayevin göstərişi ilə bir sıra vətəndaşlara müraciətlərinə uyğun olaraq yaşadıqları ərazidəki müəssisələrdə olan vakant iş yerlərinə göndərişlər verilib, ayrı-ayrı şəxslər özünüməşğuluq proqramına və peşə hazırılığına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Nazir dövlət başçısının müvafiq Sərəncamına əsasən, özünüməşğulluq proqramı çərçivəsində 2018-ci il üzrə işsiz və işaxtaran vətəndaşlara mal və materialların verilməsinə artıq başlandığını qeyd edib.

S.Babayev bildirib ki, Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarında da cari ildə ötən illə müqayisədə 6 dəfədən çox olmaqla 500 nəfər özünüməşğulluq proqramına cəlb edilib.

Vətəndaşların bir qismi müraciətlərinə əsasən, nazirliyin aidiyyəti müəssisələrində reabilitasiyaya cəlb edilmələri üçün qeydiyyata götürülüb.

S.Babayev nazirliyin Xaçmaz rayonunda da Əlillərin Regional Bərpa Mərkəzinin olduğunu, Mərkəzin il ərzində 250 nəfərədək əlilliyi olan şəxsə xidmət göstərdiyini, bir çox reabilitasiya müəssisələrində aparılan əsaslı təmir işlərinin qarşıdakı dövrdə həmin Mərkəzi də əhatə edəcəyini deyib. O, eyni zamanda, nazirliyin sifarişi əsasında Quba rayonunda günərzi qayğı və Xaçmaz rayonunda icma əsaslı reabilitasiya mərkəzlərinin fəaliyyət göstərdiyini, sağlamlıq imkanları məhdud və ya çətin həyat şəraitində olan 100-dək uşağın bu mərkəzlərdə reabilitasiya xidmətləri ilə təmin olunduqlarını diqqətə çatdırıb.




İmza:

DYP “manatlıq taksi”lərə qarşı - Ciddi tədbirlər görüləcək

Bakı metrosu 1-ci sinif şagirdi olan sərnişinlərə sürpriz etdi

ETSN ayı hücumu ilə bağlı: Meşə və meşəətrafı ərazidə ev tikən insanlar ehtiyatlı olmalıdır

Azərbaycanda 79 mindən artıq körpə doğulub - Oğlanların sayı yenə üstələdi

7 ayda 10 minə yaxın ailə dağılıb

Azərbaycan əhalisinin hazırkı sayı açıqlanıb

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti sınaq imtahanı keçiriləcək

Yeni dərs ili başladı - Polis təhlükəsizlik tədbirlərini gücləndirdi

BNA yollardakı sıxlıqla bağlı Bakı sakinlərinə müraciət etdi

Bu gün məktəblərdə ilk dərs günüdür

Antropoloji ekspedisiya hapıt kəndlərində tədqiqatlar aparıb

Dövlət Məşğulluq Xidməti məcburi köçkünlərə səyyar xidmət göstərib

SON XƏBƏRLƏR
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK