Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | BANM-da Layihə İdarəetmə Məktəbinin M4 qrupunun açılışı oldu Adalet.az | BANM-da Layihə İdarəetmə Məktəbinin M4 qrupunun açılışı oldu Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

BANM-da Layihə İdarəetmə Məktəbinin M4 qrupunun açılışı oldu

4048    |   2018-10-12 14:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın "TwentyEighty Strategy Execution” (STRATEX) şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən və ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramı əsasında tədris edilən Layihə İdarəetmə Məktəbinin (SPM) yeni "M4” qrupunun açılış mərasimi keçirilib.

Adalet.az xəbər verir ki, açılış mərasimində BANM-ın rektoru Elmar Qasımov, BP-də 20 ildən çox təcrübəsi olan, İnformasiya texnologiya və xidmətləri üzrə layihələrin qrup rəhbəri, eyni zamanda Layihə İdarəetmə Məktəbinin müəllimi Faiq Nəsibov və M4 qrupunun tələbələri iştirak ediblər.

Rektor Elmar Qasımov açılış mərasimində hər bir iştirakçı ilə yaxından tanış olub və təlim proqramını uğurla başa vurmağı arzulayıb.

Ölkənin aparıcı şirkətlərinin rəhbər nümayəndələrindən ibarət olan iştirakçıların hər biri özləri haqqında qısa məlumat veriblər.

Layihə İdarətmə Məktəbinin yeni M4 qrupunun iştirakçıları sırasına BP, KCADeutag, Azneft İB, Azərsu ASC, Samsung Engineering, Azərtexnolayn, "Akelik Group” ASC, ABB kimi şirkətlərin əməkdaşları daxildir.

Qeyd edək ki, SPM proqramı layihələrin beynəlxalq standartlar əsasında idarə olunması ilə bağlı yerli tələbi ödəmək üçün unikal təlim proqramıdır. Proqramı uğurla bitirən iştirakçılar ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatını əldə edirlər. SPM layihənin idarə olunması, layihə menecerləri üçün keyfiyyət, büdcənin idarə olunması, riskin idarə olunması, layihədə liderlik, layihə menecmentinin tətbiqi, layihə menecerləri üçün danışıqların aparılması bacarıqları kimi 7 moduldan ibarətdir.




İmza:
SON XƏBƏRLƏR
2019-02-22
2019-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi işə gəlir və iş yoldaşlarına başına gələn hadisəni danışır:
- Dünən məşuqəmin evinə qonaq getmişdim. Elə "işə" başlamaq istəyirdik ki, əri qapının zəngini çalır. Məşuqə dedi:
- Götür ütünü, ağları ütülə!
Bu zaman iş yoldaşlarından biri güldü:
- Bu hadisə Sovet küçəsi 3, mənzil 10-da olub?
- Hə.
- O ağları dünən yox, sırağa gün mən yumuşam!




digər lətifələr
ARXİV
FACEBOOK