Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | KREMLƏ SANCILMIŞ TÜRK BAYRAĞI Adalet.az | KREMLƏ SANCILMIŞ TÜRK BAYRAĞI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

KREMLƏ SANCILMIŞ TÜRK BAYRAĞI

2211    |   2018-10-12 00:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Kremlə sancılmış türk bayrağı - Heydər Əlirza oğlu Əliyev sonradan bütün türkdilli dövlətlərin bayrağına çevrildi.
Bilmirəm, nədənsə hər dəfə ümimilli liderimiz Heydər Əliyevi xatırlayanda yadıma Ramiz Rövşənin bu misraları düşür:

Kimini tale səsləyir,
Kimi bəxtə-bəxt doğulur.

Dünyaya hərə bir cür gəlir. Elələri var ki, dünyaya gəlişləri ilə yalnız valideynlərinə sevinc bəxş etməkdən başqa bütün ömürləri boyu əllərindən bir iş gəlmir. Nəinki bir elin, obanın, heç bir ailənin qayğı yükünə belə çiyin verə bilmirlər. Amma elə insanlar da var ki, onları tale səsləyir. Ulu Tanrı tərəfindən mənsub olduqları xalqa, bütövlükdə bəşəriyyətə bir xilaskar kimi göndərilir.
Azərbaycanın siyasi tarixində böyük xidmətləri olan, xalqımızın qan yaddaşında əbədi yaşayan şəxsiyyətlər çoxdur. İyirminci əsrin ikinci yarısında bir qərinədən çox Azərbaycana rəhbərlik edən, ölkənin iqtisadi inkişafına nail olan və xalqın özünüdərkində əvəzsiz xidmətlər göstərən, bütün mənalı ömrünün hər anı xalqına, Vətəninə bağlı olan Heydər Əliyev isə bu mənada əvəzsiz şəxsiyyətdir. Özü də onun siyasətdə əvəzolunmazlığı təkcə öz xalqı tərəfindən deyil, həm də dünyanın ən nüfuzlu siyasi xadimləri tərəfindən də etiraf edilib. Xalqımızın üzləşdiyi bütün taleyüklü problemlərin həlli istiqamətində göstərdiyi dönməzlik, həyata keçirdiyi ardıcıl və səmərəli siyasət son illərdə onun fəaliyyətinin əsas qayəsi olub. Bütün bunlar da onu deməyə əsas verir ki, onun ömrü də xalqımızın ömrü kimi əbədidir.
Dünya şöhrətli ictimai-siyasi xadim, müdrik dövlət başçısı Heydər Əliyev bütün şüurlu həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, Azərbaycanın tərəqqisinə həsr edib. Möhtərəm Heydər Əliyev tarixi yaradan dahi şəxsiyyətlərdəndir. Müasir tariximizin bütöv bir epoxası - 34 il bu müdrik insanın adı və fəaliyyəti ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin yaradıcısı və memarı kimi o, quruculuq salnaməmizin şanlı səhifələrini yaratmağa müvəffəq olub.
Respublikada minlərlə insan var ki, Heydər Əliyevin hakimiyyətdə olduğu birinci dövrdə (1969-1982-ci illərdə) ölkənin qazandığı uğurlar onların gözlərinin qarşısında baş verib. Bu dahi şəxsiyyətin gərgin əməyi sayəsində respublikada elə bir sahə olmayıb ki, orada Heydər Əliyev zəkasından irəli gələn müvəffəqiyyətlər hiss olunmasın. İqtisadiyyatın inkişafı, mili kadrların yetişdirilməsi Heydər Əliyev tərəfindən ön plana çəkilmişdi. Bunun nəticəsidir ki, o vaxt inşa edilmiş böyük sənaye müəssisələri indi müstəqil Azərbaycanın iqtisadiyyatının əsasını təşkil edir. Böyük öndər Heydər Əliyev uzaqgörən siyasəti nəticəsində gələcəkdə də Azərbaycanın müstəqil yaşaya bilməsi üçün zəmin yarada bildi. İqtisadi çətinliklər bir növ aradan qaldırıldı.
Heydər Əliyev Siyasi Büroya üzv gedəndə nəinki azərbaycanlıların, bəlkə də Sovet İttifaqına üzv olan bütün türkdilli dövlətlərin xalqlarının sevincinin həddi-hüdudu yox idi. Mən bir neçə faktı qeyd etmək istəyirəm. Ulu öndərimiz Heydər Əliyevlə bağlı yazı yazılanda çox vaxt bir məsələ unudulur.
Totalitar sovet rejiminin tüğyan etdiyi bir dövrdə Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması Heydər Əliyev tərəfindən atılmış çox cəsarətli addım idi. Heydər Əliyev birinci dəfə hakimiyyətə gələn kimi ilk növbədə qayğılandığı məsələlərdən biri məhz bu problem oldu. Ulu öndərin prinsipiallığı, qətiyyəti sayəsində isə 1978-ci ildə "Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir" maddəsi Konstitusiyaya salındı. Bundan başqa, Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının çoxaldılması və digər tədbirlər ana dilimizin daha da inkişaf etdirilməsi məqsədini daşıyırdı. Dilçi alimlərə dövlət mükafatlarının verilməsi də o dövr üçün Heydər Əliyevin qəbul etdiyi qətiyyətli qərarlardan idi. Bəlkə də o vaxt hələ müttəfiq respublikaların heç birində bu təcrübə yox idi ki, birinci katib dilçi alimləri bunca rəğbətləndirmiş olsun. Bu hadisə çox böyük sensasiyaya səbəb olmuşdu, alimlərimizə qol-qanad vermiş, ruhlandırmış, yaradıcılıqlarına stimul vermişdi.
Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması üçün biz hamımız Heydər Əliyevə borcluyuq. Heydər Əliyev xalqın təkidi ilə respublikamıza yenidən rəhbərliyə tariximizin olduqca mürəkkəb məqamında qayıdıb. Yalnız siyasi müdrikliyi, polad iradəsi və dövləti idarə etmək istedadı sayəsində o, qarşıya çıxan bütün maneələri dəf etdi, xalqı düşdüyü bəlalardan qoruya bildi.
Bir faktı qeyd edim: Heydər Əliyev Moskvadan Azərbaycana dönüşündə məşhur gürcü jurnalistlərindən biri onunla apardığı müsahibəyə belə bir sərlövhə qoymuşdu: "Odlar Yurdu pələnginin biləkləri hələ bükülməmişdir". Çox uğurlu başlıq idi. Bütün sonrakı hadisələr, ulu öndərin fəaliyyəti, ölkəmizin inkişafı naminə gördüyü işlər sübut etdi ki, Heydər Əlirza oğlu Əliyev bükülməz biləkli çox böyük şəxsiyyətdir. Elə bir adam yoxdur ki, bu həqiqəti birmənalı qəbul etməsin. Bir dəfə professor Qulu Xəlilov televiziya çıxışlarından birində belə bir müdrik kəlamı xatırlatdı ki, mən böyük ağıl qarşısında baş əyirəm, böyük ürək qarşısında isə diz çökürəm. Heydər Əliyev böyük ağıl və böyük ürək sahibi idi.
Həmin dövrdə Azərbaycan xalqı öz taleyindən narahat idi. Hər bir Azərbaycan vətəndaşı sabit, təhlükəsiz bir cəmiyyətdə yaşamaq istəyirdi və bunun üçün xalqın iradəsinə güvənən qətiyyətli bir siyasi komandanın hakimiyyətə gəlməsi vacib idi. Heydər Əliyevin hakimiyyətə gəlişi də məhz bu tarixi zərurətin məntiqi nəticəsi kimi xarakterizə edilməlidir.
1993-cü ilin yayında Azərbaycan real vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldı. Surət Hüseynovla hakimiyyət strukturları arasında yaranmış münaqişə bütövlükdə dövlətçiliyin taleyini sual altında qoymuşdu. Bütün bunlara son qoymaq və ölkədə ictimai-siyasi sabitlik yaratmaq, cəmiyyətin ümumi təhlükəsizliyini təmin etmək üçün xalqın böyük əksəriyyətinin təkidli tələbindən sonra Heydər Əliyev Bakıya dəvət olundu. Ölkəni gözləyən real vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılmasına nail olan Heydər Əliyev ictimai-siyasi sabitliyin yaradılmasını da təmin etdi. Məhz onun müdrik fəaliyyəti nəticəsində Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Elə buna görə də 1993-cü ilin 15 iyunu müstəqil Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş günü kimi daxil oldu.
Heydər Əliyev müasir dünyanın ziddiyyətli və ədalətsiz reallıqlarına dərindən bələd olan bir siyası xadim kimi, ilk növbədə beynəlxalq müstəvidə təbliğatın düzgün qurulmasına və beləliklə də, dünya dövlətlərinin diqqətini işğal faktının əsl səbəblərinə yönəltməyə nail ola bildi.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda yeni bir tarixi mərhələnin əsasını qoydu. Ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atıldı. Bu dövrdən ictimai münasibətlər sistemi təkmil bir strategiya əsasında inkişaf etməyə başladı, iqtisadi tənəzzülə son qoyuldu. Bütün bunlar müstəqil Azərbaycan dövlətinin sosial və siyasi dayaqlarını möhkəmləndirdi və respublikanın ümumi inkişafını təmin etdi.
Heydər Əliyev prezident kimi respublikamızın dövlət müstəqilliyini qorumaq, demokratiyanı inkişaf etdirmək, bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq, erməni təcavüzkarlarına qarşı xalqımızın ədalətli müharibəsini sülh vasitələsi ilə başa çatdırmaq və ərazi bütövlüyümüzü təmin etmək üçün yorulmadan çalışdı. Ulu öndər əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş Azərbaycanı - dünya miqyasında yeri və nüfuzu olan bir dövləti, dövlətçilik ənənələrini qoydu. Heydər Əliyev çiyinlərini çox ağır və çətin işin altına verərək xalqımızı müdhiş bəlalardan qurtardı. Həqiqətən də ömrünün qalan hissəsini bu müdrik insan öz xalqına qurban verdi. Qədirbilən xalqımız bunu heç zaman unutmayacaq.
Zəmanəmizin ən ünlü və nəhəng siyasətçilərindən sayılan bu dahi şəxsiyyətin ölkədə təhsilin inkişafında da misilsiz xidmətləri olub. "Cəmiyyət haradan olursa olsun, nədən olursa olsun, kəsib təhsilə xərcləməlidir, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir", - deyən ümummilli liderimiz müstəqilliyə qovuşduğumuz ilk illərin iqtisadi çətinliyi dövründə belə həmişə təhsili prioritet sahə hesab edərək böyük diqqət və qayğı göstərib. Bu müdrik siyasətçinin, uzaqgörən ölkə başçısının təhsilə böyük önəm verməsinin nəticəsidir ki, bu gün də həmin siyasət uğurla davam etdirilir. Hər il neçə-neçə yeni tədris ocaqları tikilib istifadəyə verilir, pedaqoji kadrların ha-zırlığına diqqət artırılır. Məhz Heydər Əliyevin qayğısı sayəsində müəllim nüfuzu yenidən yüksəldi. Başqa cür ola da bilməzdi. Çünki müəllim əməyinə həmişə böyük qiymət verən Heydər Əliyev deyirdi: "Hər bir cəmiyyətdə savadlı şəxs müəllimə hörmət etməli, cəmiyyətin həyatında oynadığı rolu qiymətləndirməlidir."
Heydər Əliyev kursu Azərbaycanda bütün sahələrdə böyük uğurlar gətirib. Sabitlik, demokratiya və tərəqqi son on beş ili xarakterizə edən mühüm amillərdir. Bu müdrik siyasət nəti-cəsində Azərbaycan artıq dünyada tanınır, nüfuzu durmadan yüksəlir. Artıq dünya birliyi ölkəmizlə hesablaşır, irimiqyaslı beynəlxaql layihələr Azərbaycanın iştirakı və onun milli maraq-larının nəzərə alınması ilə həyata keçirilir. Dövlətin əsas göstəricilərindən biri olan iqtisadiyyatda aparılan köklü islahatların nəticəsində ölkəmiz qısa müddət ərzində bu sahənin yüksəlişini təmin edib. Heydər Əliyev dühası ilə tarixin şanlı səhifələri yazılan Azərbaycanı işıqlı və daha qüdrətli sabahlar gözləyir. Buna heç kəsin şübhəsi yoxdur. Çünki onun başladığı və uğurla həyata keçir-diyi siyasi kursun davam etdirilməsi xalqın ən başlıca arzusudur və bu istəyi də Heydər Əliyev məktəbinin layiqli davamçısı prezident İlham Əliyev uğurla reallaşdırır.
Gördüymüz hər bir işdə nailiyyət, uğur əldə etmək istəyiriksə, Heydər Əliyev təşəbbüskarlığından öyrənməliyik. Vətən, xalq təəssübkeşliyində Heydər Əliyev şəxsiyyəti ona görə nəsillərə nümunədir ki, bu şəxsiyyətdə azərbaycanlıya xas olan bütün ali keyfiyyətlər parlaq şəkildə təcəssüm olunur. Biz bu gün Heydər Əliyevi xatırlayır, iftixarla deyirik ki, bəli, Azərbaycanın ümummilli lideri, ulu öndərimiz, Azərbaycan təhslinin himayədarı, təhsil işçilərinin mənəvi atası, Azərbaycan dövlətinin xilaskarı, müasir Azərbaycan dövlətinin memarı, xalqımızın əbədi prezidenti Heydər Əliyev bizim qəlbimizdə daim yaşayır və yaşayacaq. Gələcək nəsillər onun həyat yolunu araşdıracaq və öyrənəcəklər. Heydər Əliyev Kremlə sancılmış türk bayrağı idi. Kremlə sancılmış türk bayrağı - Heydər Əlirza oğlu Əliyev sonradan bütün türkdilli dövlətlərin də qürur mənbəyinə çevrildi. Bu, həqiqətdir, bu, tarixdir.

Türk dünyasının böyük şairi Zəlimxan Yaqub ulu öndərimizə möhtəşəm əsər həsr edib. Həmin əsərdə ümummilli liderin şəxsiyyəti, xalqa xidməti, məhsuldar fəaliyyəti poetik cizgilərlə adına layiq surətdə öz əksini tapıb. Deyərdim, Zəlimxan Yaqub Heydər Əliyev haqqında dilə gətirilmiş ən gözəl fikirlərin müəllifidir:

...Çiçəksən, zərin gəldi,
Anasan, ərin gəldi,
Oyan, Zərifə xanım,
Oyan, Heydərin gəldi.

Saçda dən, ağlamadın,
Gözdə çən, ağlamadın.
Ona hamı ağladı,
Təkcə sən ağlamadın...
Xalqımızın ulu öndərə olan sevgisi, məhəbbəti sərhədsizdi, ölçüyəgəlməzdi. Ümummilli liderin xalq, millət, Vətən qarşısında xidmətləri misilsizdi. Bu polad iradəli, biləyi bükülməyən insan özünü yurduna, torpağına, Vətəninə Qurbaninin "boynu bükük bənövşəsi" kimi əymişdi. Ona görə də alnıaçıq, üzüağ, başı sonsuza qədər uca idi.
Məktəbimizdə hər il bu ölməz şəxsiyyətin xatirəsinə həsr olunmuş müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərin birində şagirdlərimiz "Kremlə sancılmış Türk bayrağı" adlı gözəl bir kompozisiya hazırlamışdı. Həmin kompozisiyanın şüarı sonradan Heydər Əliyevin xatirə günləri münasibətilə keçirilən müsabiqələrin, elmi-tədqiqat layihələrinin şüarına çevrildi. Məktəbimiz həmişə belə tədbirlərdə fəallığı ilə seçilib, öndə olub. Sabunçu rayonunda təşkil olunan belə tədbirlərdə də məktəbimizin hazırladığı kompozisiya həmişə orijinallığı ilə seçilib. Bir başqa kompozisiya "Biz Vətənə Heydəri doğan qeyrət deyirik" adlanırdı. Bu kompozisiya da diqqəti çəkib, böyük rəğbətlə qarşılanıb.
Bu gün biz qürur duyuruq ki, normal işləmək üçün bu sağlam mühiti bizə Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev cənabları yaratmışdır. Ölkəmizdə gedən quruculuq işləri, böyük-böyük layihələrin, irimiqyaslı tədbirlərin həyata keçirilməsi insanı valeh edir. Ölkəmizə gələn dünyanın məşhur adamları, qonaqlar gündən-günə gözəlləşən şəhərimizdən zövq aldıqlarını açıq şəkildə etiraf edirlər. Tezliklə Bakımız görkəmiylə, əsrarəngiz və füsunkar gözəlliyi ilə dünyaya meydan oxuyacaqdır. Elə doğma rayonumuz Sabunçunun özündə, xüsusilə Bakıxanov qəsəbəsində, qəsəbənin mərkəzi boyunca görülən işlər ürək açır, göz oxşayır. Məhəl-lələr səliqə-səhmana salınıb. Uşaqların asudə vaxtının səmərəli keçməsi üçün hər cür şərait yaradılıb. Sevindirici haldır ki, bu istiqamətində yüksək zövqlə işlər davam edir.
Ulu Öndərlə bağlı bir məsələyə də toxunmaq istəyirəm. 2016-cı ilin 4 apreli xalqımızın hərb tarixinə qızıl həriflərlə yazıldı.
Ordumuz ucaltdı şöhrətini Azərbaycanın. Həmin tarixi anlarda ordumuz parladı ümid kimi, gələcək kimi, 4 aprel tarixi zəfər günümüzdə Heydər Əliyevi - Ulu Öndəri minnətdarlıqla xatırlamamaq olarmı? Fəxrlə deyə bilərik ki, 4 aprel günlərində Ulu Öndərimizin uzaqgörən siyasəti qalib gəldi. İlham Əliyev cənablarının qeyrəti və qətiyyəti qalib gəldi. Və ordumuz başılmazlığını sübut etdi. Böyük Zəlimxan Yaqub Ulu Öndərə həsr etdiyi poemada necə də gözəl deyib:

Qorudun müqqədəs Azərbaycanı,
Sıyrılmış qılıncım, cəsarətimsən!
Bu məşhur beytin mahiyyətini açmaq üçün cild-cild kitablar lazımdır. "Bakı-Ceyhan" boru xəttinə dair müqavilənin imzalanma ərəfəsində ciddi təziyiqlər var idi. Ulu öndərin şəxsiyyəti, qətiyyəti isə bu təzyiqlərdən yüksəkdə dayanırdı. Təzyiq göstərənlər unudurdular ki, məşhur gürcü jurnalistlərinin təbirincə desək, "Odlar yurdu pələnginin biləkləri hələ bükülməmişdir".
Vaxtilə Məmməd Rahim yazırdı: "Qubanı, Göygölü görməmisənsə, demə ki, görmüsən Azərbaycanı". Bu məşhur kəlamı indi belə demək lazımdır: "Başdan-başa regionlarımızı görməmisənsə, demə ki, görmüşəm Azərbaycanı".
Böyük söz fatehi Zəlimxan Yaqub yaxşı deyir:

Baxmağa güzgüsü, aynası yoxdu,
Yüz il yaşasa da, mənası yoxdu,
Diri ölülərin dünyası yoxdu,
Bu dünya əbədi dirilərindi.

Ulu öndərimiz Heydər Əliyev də xalqımızın əbədi diri qalacaq şəxsiyyətlərindəndir. Nə qədər ki, Azərbaycan var, Azərbaycan xalqı var, Heydər Əliyev də yaşayacaqdır!

Səməndər MƏMMƏDOV
Azərbaycan Yazıçılar
Birliyinin üzvü.



İmza:
SON XƏBƏRLƏR
2018-12-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (78.95%)
"Neftçi" (21.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK