ANA SƏHİFƏ / YAZARLAR

LENMARKER TƏRBİYƏSİZLİK EDİB, BUNA ABEL MÜƏLLİM NEYLƏSİN?

15725    |   2007-02-13 02:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu Avropadan gələn gülməşəkərlər özlərini elə aparırlar ki, vaxtilə Sov. İKP MK-nın katibləri özlərini əyalətləri olan Azərbaycanda elə aparmırdılar. Hamısı ağsaqqal olub, ağbirçək olub, bizi danlayırlar, bizə dərs verirlər, öyüd verirlər. Bizimkilər də ağızlarını açıb elə hayıl-mayıl baxırlar ki, elə bil Qədir Rüstəmov "Sona bülbüllər" oxuyur. Adam qalır partlaya-partlaya. Özü də at ilxısı, köpək sürüsü. Birini təyyarəyə mindirib yola salmamış beş-altısı birdən tökülür. Qarabağ problemi də yaddan çıxıb,ölkənin digər problemləri də. İşimiz-gücümüz bu at ilxısı, köpək sürüsünü qarşılayıb yola salmaqdır.
   
   Bir Sabina Freyzer vardı, it tamah salmazdı. Gələndə cındırından cin hürkürdü. Gedəndə alışıb yanırdı. Azərbaycana nə gətirdiyini deyə bilmərəm, görmədim, yəni onun Azərbaycana gəlib-getməyindən bu millət bir tam anlamadı, amma aparmağına çox şey apardı. Mən ayrı apardıqlarını (özün başa düşdün də, uçastkovı) deyə bilmərəm, amma mənə elə gəlir ki, bizdən mədəniyyət öyrəndi, insanlıq öyrəndi, süfrə mədəniyyəti öyrəndi, adam balası kimi yemək-içməyin nə olduğunu öyrəndi.
   
   Yaxud ABŞ-ın Azərbaycandakı səfiri vardı ey, Rino Harniş. Adını Azərbaycanın KP MK-nın ikinci katibi Kozlov qoymuşdum. And olsun Allaha, Kozlov da o qələti eləmirdi ki, o eləyirdi. Elə bil Azərbaycan bizim yox, bunun dədəsininiydi.
   
   Yadınıza düşür, ATƏT-in bir sədri də var idi ey, Mario Rafaello. Sonra hansısa bir ölkədən 3 milyon dollar rüşvət aldığına görə vəzifədən çıxardılar.
   
   Siyahını nə qədər istəyirsiniz uzatmaq olar. İndi də biri çıxıb - Metyu Brayza. Həsənqulu da mənə teleqram vurur ki, Azərbaycanda nə vaxt kişinin kişiylə evlənməyinə icazə verəcəklər? Soruşuram nəyinə lazım? Deyir, o Metyu Brayzadan yaman kəsirəm.
   
   Hə, indi də ağsaqqalımız Metyu Brayzadı.
   
   Azərbaycanda Avropaya dərs deyə biləcək ağsaqqallar da var, ağbirçəklər də var, alimlər də var, akademiklər də var. Azərbaycan öz intellektinə görə, bu millət öz elminə, savadına, ağlına görə Avropanın heç bir ölkəsindən geri qalmır. Və çox təəssüf ki, bizim bu ağıllılarımız da, alimlərimiz də, akademiklərimiz də Avropadan gələn bu gülməşəkərlərin mənasız mühazirələrinə ağızlarını açıb qulaq asırlar. Və bunu görən avropalılar da elə bilirlər ki, bir yönlü zaddılar, nə bilim nədi, ondan...
   
   Bu yazını niyə yazdım? Son günlər qəzetələrdə bir mövzu gündəmdən düşmür":: BDU-nun rektoru, professor, millət vəkili Abel Məhərrəmovun ATƏT-in Dağlıq Qarabağ üzrə məruzəçisi Qoran Lenmarkerə verdiyi hədiyyəni Lenmarker qəbul etməyib. Bəli, qəzetlər Abel Məhərrəmovu top-tüfəngə tutublar.
   
   Əvvəla, Qoran Lenmarker tərbiyəsizlik edib, buna Abel Məhərrəmov neyləsin? Bu bizdə adətdi də, qonaq gedəndə hədiyyə apararlar və ya qonaq gələndə hədiyyə verərlər. Abel Məhərrəmov da öz mədəniyyətini göstərib, Lenmarker də öz mədəniyyətsizliyini.
   
   Məsələ onda deyil, bu yazını da ona görə yazmadım. Abel müəllimin günahı nədi? Abel müəllim gərək Qoran Lenmarkeri universitetə dəvət etməyəydi. Bilmirəm Lenmarker universitetdə nə mühazirə oxuyub və universitet tələbələri bundan nə qədər faydalanıb. Yəqin ki, boş-boş və mənasız bir çıxış eləyib. Belə mənasız çıxışlar bizim universitetin və ya universitetlərin (universitet deyəndə ağlımıza yalnız Azərbaycan Dövlət Universiteti düşür, niyə onun adını Bakı Dövlət Universiteti elədilər, hələ də anlamıram) tələbələrinə belə boş və mənasız məruzələr lazımdırsa, hədiyyə-zad da istəmirəm, nə vaxt istəyirlər gəlim oxuyum. Və əgər mənim məruzəm Qoran Lenmarkerin məruzəsindən zəif olsa, ya tələbələrə ondan az fayda versə, atama lənət.
   
   Hə, eybi yox, deyək ki, dəvət eləyiblər Lenmarkeri. Bu adamın vəzifəsini bildiniz də":: ATƏT-in Dağlıq Qarabağ üzrə məruzəçisi. Gərək universitetin tələbələri onu yıxıb-sürüyəydilər, minib çapaydılar ki, sənin ATƏT-in 15 ildi nə qələt eləyib?! Hətta artıq eşşəklər də bilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal eləyib, siz isə boş və mənasız mühazirələr oxuyursunuz. Gərək o tələbələrdən biri durub deyəydi ki, bir şey eləmək istəmirsiniz, bəs onda bütün günü buralarda nə sülənirsiniz? Deməyiblər! Məni yandıran budur.
   
   Abel Məhərrəmov həm elminə görə, həm dünyagörüşünə görə Lenmarkerdən on dəfə üstündü, həm də millət vəkilidi, millətin vəkilidi. Axı Abel müəllim özündən on dəfə aşağı olan bir adamı niyə adam sayıb universitetə qonaq çağırır və ona hədiyyə verir ki, o da tərbiyəsizlik eləsin. Bax, bizim bəlamız budu. Bizim bəlamız odur ki, bizim abelməhərrəmovlarımız Avropadan arvadıyla dalaşan, əri evindən qovan adamları özlərindən üstün tuturlar. Budu bizim faciəmiz!
   
   Qardaşım, o Avropadan gələnlər var ey, aparın onlara borşdan-supdan, bir az da mal ətinin katletindən yedirdin, sonra da putyovkalarına peçat vurun, qoyun rədd olub çıxıb getsinlər.
   
   Millətin gözəl oğlanlarını, millətin alimlərini, ağsaqqallarını bu Avropadan gələn at ilxısı, köpək sürüsünün qabağında palaz eləməyin!
   
   Və sonda. Mən əslində heç maraqlanmıram ki, bu Avropadan gələnlərin adlarının qabağında hansı vəzifələr yazılır. Amma stolumun üstündə olan qəzetlərin birində, yəni "Bakı xəbər"də Qoran Lenmarkerin ATƏT PA-nın prezidenti olduğu, "Şərq"də ATƏT PA-nın sədri, "Alma"da ATƏT-in Dağlıq Qarabağ üzrə məruzəçisi olduğu göstərilib. Daha tənbəllik edib başqa qəzetlərdə hansı titulları olduğuna baxmadım. Heç mənası da yoxdu...


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-16
2018-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Əli Səmid girir mağazaya, satıcıya:
- Sizdə boks əlcəyi var?
Satıcı:
- Yox.
- Bəs üzgücülük üçün şapka?
- Yoxdu.
- Futbol topu necə?
- Qardaş, bura Şərab mağazasıdı, ancaq spirtli içkilərdi.
- Yaxşı, onda bir araq ver.
Əli Səmid əllərini göyə qaldırıb:
- Bax Allah da şahiddi ki, idmanla məşğul olmaq istəyirdim, genə alınmadı.




digər lətifələr
ARXİV
FACEBOOK