nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | "Dedilər ki, Qarabağ qaytarılıb" - Eminquey yazır Adalet.az | "Dedilər ki, Qarabağ qaytarılıb" - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Dedilər ki, Qarabağ qaytarılıb" - Eminquey yazır

6428    |   2018-10-02 12:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İşə gəlib təzəcə kompüteri işə salmışdım. İş yoldaşlarım da mənim kimi. Qəfil zəng gəldi:

- Alo!

- Salam, Emin, Kazımdı. Necəsən?

- Sağ ol, abi, sən?

- İndi heç özüm də bilmirəm necəyəm.

- Niyə?

- Eşitməmisən ki, yeddi rayonumuzu qaytarıblar?

- Nə?

- Hə, ATV-nin xəbərlərini yayıblar. Qoşuram, qulaq as. Qız deyir ki, növbədənkənar yayıma girmişik. Bəs, nəhayət, həmin gün gəldi. Qarabağ işğal altından sülh yolu ilə azad olundu.

Səs Lalə Azərtaşın idi. Xəbəri iş yoldaşlarıma verdim. Elə həmin dəqiqə Sübhan həmin videonu mənə göstərdi. Təsəvvür edin, içimdə şübhəylə sevinc bir-birinə girib. O bunun ağzını dağıdır, bu onun burnunu. Hətta lap bir müharibə filmi də çəkmək olar bu savaşdan. Amma bircə Vahid Mustafayev çəkməsin.

Elə bu vurhavurda bir nəfər də feysbukda həmin videonu göndərdi. İçimdəki sevinc hissi qollarını yana açıb qışqırdı:

- Sındır qəfəsi, tazə gülüstan tələb eylə!

Şübhə də yaman qolu zorludur. Birini ilişdirdi sevincimin düz döş qəfəsindən, ardınca da dişini qıcıdıb dedi:

- Al bu da sənə qəfəs!

Bunlar dalaşmağında olsun, sizə kimdən deyim, kimdən danışım, bizim bu feysbuk və onun qəhrəmanlarından. Açdım əsas səhifəni. Ki, Allahdan da gizli qalmayan şeylər bizim bu feysbukda faş olunar, əgər belə bir xəbər varsa, həmin dəqiqə bu həqiqəti qəhrəmanlarımız dilə gətirər. Baxdım, aşağı-yuxarı gəzdim, qıkları çıxmadı. Hərə öz aləmində idi. Biri şeir paylaşıb, altında tərif yağışı yağırş Bir qız canlı yayım açıb, susur, baxır, baxır, oğlanlar da, bığı burma kişilər də "əccəb qəşəngsən” yazıb cavab gözləyirlər.

Bu dəfə içimdəki şübhə hissi çıxdı sevincin belinə, tutdu başını, tutdu, tutdu, sevinci boğa bilmədi. Başı qaçdı şübhənin əlindən.

Dedim, qoy hələ araşdırım ki, Lalə Azərtaş bunu hansı xəbər buraxılışında deyib. ATV-nin saytını açdım. Gəzdim, baxdım, belə bir xəbər buraxılışı gözümə dəymədi. Getdikcə sevinc taqətdən düşürdü. Son mənbə Youtube-dur! Biz bu vəziyyətdən ancaq onun köməyilə çıxa bilərik. Axı Youtube neçə-neçə manıslara, bayağı müğənnilərə ordu verib, silah verib. Ki, dağıdın bu millətin zövq qalasını. Arxanızdayam!

"Qarabağ qaytarıldı” yazdım. Həmin video elə birinci cəhddən ortaya çıxdı. Hansısa xəbər kanalı idi. Xəbərdə deyilənə görə Lalə xanım açıqlama verib. Deyib ki, bu Qarabağ haqqında çəkilən bir filmdən olan kadrdır. Yəni gördükləriniz filmdir.

Bunu oxuyub adam necə olar? Özü də təsəvvür edirsiz ki, bu yalan xəbər 2015-ci ildə bir dəfə də yayılıb. Ola bilər də, insanıq, həmin vaxt rast gəlməmişik. Amma bunu yenidən yaymaq, insanları aldatmaq, hisslərilə oynamaq necə, insafdandır?

Nə üçün mənim içimdəki şübhə ilə sevinc bir-birilə savaşmalıdır? Nə üçün içimdə olan sevinc hissi baş qaldırmalı və şübhə özünü doğruldub sevincin başını üzməlidir? İndi deyəcəksiniz ki, bu da hoqqa çıxarır, bayaqdan sevinc belə gəldi, şübhə belə getdi, sözünün mustafasını de də. İstədim ki, hisslərimlə oynayan axmaqlara, cəbhədə gərgin vəziyyət yaranan kimi "Şuşa qaytarıldı”, "Laçın qaytarıldı” başlıqları ilə xəbər yayıb oxucu qazanan saytların əclaf redaktorlarına olan qəzəbimi alışdıra-alışdıra çatdırım. Düşməni alnından vurub öldürmək olar, amma düşmən bizim qadınları, körpələri eləmi qırmışdı? Döşünü kəsməmişdimi? Gözünü çıxartmamışdımı? Dəfələrlə zorlamamışdımı?

Hə, indi adamların hisslərilə oynayan bu adamlar da düşməndirlər. Onları yazının başındaca öldürmək mükafat olar. Bu adamları aparın verin ermənilərə, bəlkə kimisə əsirlikdən azad edə bildik. Yoxsa hələ belə dezinformasiyalar bizi çox sındıracaq....






İmza:Eminquey

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-04-04
2020-04-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

-Sonuncu dəfə deyirəm, vətəndaş, damdan düş, gir evə, səninlə burda çənə-boğaz eləməyə vaxtımız yoxdu - polis mayoru həyətdən səs gücləndirici ilə binanın başındakı kişiyə səsləndi - hamımız eyni vəziyyətdəyik, amma dözürük, sən də dözməlisən!

Kişi etiraz etdi:

-Dedim yox! Mən dözmək istəmirəm! Mən bu qədər özümü çeynətməm!
Mayor nişan alıb tapança ilə adamı çiynindən vuraraq dama sərdi...
Kişi gözünü açdı ki, xəstəxanada çarpayıdadı. Mayor da oturub çarpayının yanında.

-Nahaq vurdun məni! - mayora baxıb narazı dilləndi - kişi-kişinin arvad-uşaq yanında sınmasına razı olmasın gərək!

Mayor başını aşağı salıb gileyləndi:

-A kişi bezmişik ey əlinizdən, biriniz dama çıxırsınız, biriniz yuxu dərmanı içirsiniz, hələ o gün biri evində üstünə benzin tökmüşdü ki, "mənə söz deyən olsa, özümü yandıracam". Boğaza yığmısınız ey bizi. Bilmirik asayişi qoruyaq, ya sizinlə uğraşaq. Ə, elə bilirsən bizə asandı? Biz də kişiyik, anlayırıq sizi! Ama day intihara cəhd etmək nədi?! Allah bu koronavirusa lənət eləsin!

Kişi əlini uzadıb mayorun qolundan tutdu - bilirəm qardaş, sizin işiniz lap ağırdı, özü də indiki vəziyyətdə, amma məni də başa düş - kişini qəhər boğdu - əşşi mən arvada dedim köməyə ciddi ehtiyac yaransa, kartof qızardaram, uzağı bozbaş bişirərəm. Day əriştə kəsmək nəymiş! Bu qədər də yox də! Bax, cənab mayişor, mən deyiləm sənsən, arvad desəydi əriştə kəs, kəsərdin? Yox vallah! Dama çıxmaq nədi ey, bəlkə də sən tapança ilə məni vurduğun kimi, arvadı da vurardın!

-A kişi nə kartof qızartması, nə bozbaş, nə əriştə? Orda sənə dedim axı, hamımız eyni vəziyyətdəyik - mayor yerindən qalxdı, gətirdiyi meyvə dolu torbanı çarpayının ayaq tərəfindən götürdü, bayaqdan oturduğu kətilin üstünə qoydu, kövrəlmiş halda sözünə davam etdi - tez sağal, get evinə qardaş, ta bir də dəlilik eləmə! Görünür bu da bir sınaqdı, dözməliyik. Bax, mən dünən gecə, növbədən sonra, evdə yarpaq dolması bişirmişəm, bu günə də düşbərə sifariş ediblər...





digər lətifələr
ARXİV
FACEBOOK