ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: ÜMİD

5391    |   2018-09-14 15:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Deyəsən, Allah məni çox istəyir axı. Buna şübhəm yoxdu. Və mən də ulu Yaradanımı çox istəyirəm. Və hər səhər yuxudan qalxanda sağ-salamat olduğuma görə, Allaha dua edirəm, onu tez-tez yada salıram. Onu da deyirlər ki, Allah çox istədiyi adamı tez-tez sınağa çəkir. Axı dedim, Allah da məni çox istəyir və bu sınaqlardan da onun köməkliyi ilə həmişə çıxmağı bacarmışam. Bu sınaqlardan çıxanda bir daha Allahın böyüklüyünə və sağ qalmağıma şükür eləmişəm...

Bir neçə gün idi ki, səhhətimdə problem yaranmışdı. Sözün düzü, heç həkimə getmək istəmirdim. Ancaq gördüm ki, vəziyyətim get-gedə ağırlaşır. Hələ mən 2016-cı ildə sivişdən Mərkəzi Gömrük Hospitalında əməliyyat olunmuşdum. Və onda demişdilər ki, nə vaxtsa ikinci əməliyyata da ehtiyac duyulacaq. Bir neçə dəfə müayinədən keçdim, nəticə pis göstərmədi.

Ancaq yenidən sivişdən yaranan problem məni narahat etməyə başladı. Axır ki, sentyabrın 14-də səhər saatlarında yenidən Mərkəzi Gömrük Hospitalına getməyə məcbur oldum. Hələ axşamdan məni əməliyyat eləmiş tibb üzrə fəlsəfə doktoru, cərrah-proktoloq Aynur xanım Səfiyeva ilə telefon əlaqəsi yaratmışdım. Məsləhət bildi ki, gəlib müayinədən keçim. Mən də səhər-səhər onun qəbuluna düşdüm, müayinə olundum və məsləhət bildi ki, MRT-dən keçim. Nə az, nə çox 40 dəiqəyə yaxın bu cihazın içində uzandım. 40 dəqiqə müddətində o qədər səs-küy eşitdim ki, az qalırdı ürəyim yerindən çıxsın. Amma bu barədə məni müayinə edən həkim öncədən xəbərdarlıq eləmişdi ki, çoxlu səs-küy eşidəcəksən, heç nədən qorxub eləmə...

… Müayinə başa çatdı, nəticəni götürüb gəldim mənim çox hörmət bəslədiyim ziyalı, savadlı və gözəl insan cərrah-proktoloq Aynur xanımın yanına. Müayinənin nəticəsinə diqqətlə baxdı və sonra da dedi:

- Birmənalı olaraq cərrahiyyə əməliyyatı aparılmalıdı!

Sözün düzü, həkim xanımın bu sözlərindən həyəcanlandım:

- Müalicə vasitəsilə aradan qaldırmaq olarmı bu xəstəliyi?

Aynur xanım yenidən dilləndi:

- Başqa çıxış yolu yoxdu. Yalnız bu yol əməliyyatdan keçir. Özü də ola bilsin iki mərhələdə baş tutsun. Çünki problem çox dərin qatlardadı.

Xanımın bu fikrindən sonra həyəcanım bir qədər də artır. Görür ki, çöhrəmi tər basıb. O dəqiqə mənə təsəlliverici və bir az da ümidedici fikirlər deyir.

- Heç də qorxub eləmə! Ola bilsin elə birinci mərhələdə əməliyyat uğurlu olsun, ikinciyə ehtiyac qalmasın.

Həyəcanım bir anlıq da olsa yoxa çıxır. Və qayıdıb:

- Aynur xanım, göydə Allaha, yerdə sizə ümid bəsləyirəm. Ötən dəfə vəziyyətim bundan da ağır idi. Allah və siz məni ağır xəstəliyin pəncəsindən xilas elədiniz – deyirəm.

Xanımın çöhrəsinə zərif bir təbəssüm qonur:

-Allahın köməkliyilə bu dəfə də hər şey yaxşı olacaq.

Bu səmimi söhbətdən sonra ürəyim bir qədər toxtayır. Və Aynur xanım bildirir ki, sentyabrın 17-də, yəni birinci gün üzərimdə əməliyyat aparacaq.

Ordan çıxıb Gömrük Hospitanın baş həkimi Elman müəllimin yanına qalxıram. Çünki vaxtilə qohumlarımın birinin köməkliyi ilə baş həkim elə özü məni Aynur xanıma tapşırmışdı. Demişdi ki, bu adam bizə yaxın insandı. Təbii ki, həkimlər həmişə kimliyindən asılı olmayaraq, insanlara diqqətlə yanaşırlar və mən bunu həmişə öz həyatımdan görmüşəm. Baş həkimlə görüşürəm və o da məni çox hörmətlə qarşılayır və deyir ki, heç bir problem yoxdur. Aynur xanım bizim ən yaxşı həkimlərimizdəndi. Baş həkimin otağından çıxıb Aynur xanımın yanına qayıdıram. O isə bir daha mənə təsəlli verir:

- Keçmiş olsun! - deyir. İnşallah, birinci gün gələrsiniz!..

Allah-Təala həkimləri yer üzünə insanları xilas etmək üçün göndərdiyi mələklərdi. Və ulu Yaradan həmişə insanları bu ağ xalatlı mələklərin əliylə ölümün pəncəsindən xilas edib. Və bu dəfə də mən yenə bu ağ xalatlı mələklərin yanında olacam. Ürəyim buz kimidi, heç həyəcanlanıb eləmirəm. Çünki göydə Allaha, yer üzündə onun göndərdiyi və məni xilas edəcək ağ xalatlı Aynur xanıma ümid bəsləyirəm. Ümid insanı ən ağır anlardan, hətta ölümün pəncəsindən belə xilas edə bilir!..




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK