ANA SƏHİFƏ / YAZARLAR

RAMİL USUBOVUN "ŞƏBƏKƏSİ" HAQDA BİR NEÇƏ KƏLMƏ

20283    |   2013-04-13 08:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Azadlıq" qəzeti çox mühüm bir "dövlət sirri"nin üstünü aça bilib. Heç demə, bir sıra dövlət məmurlarının və üzdə olan şəxslərin yaxın qohumları Daxili İşlər Orqanlarında müəyyən vəzifələrdə çalışırmışlar. Və heç demə, cənab nazir Ramil Usubov bu kadrlarla DİO-da öz şəbəkəsini qururmuş.

Sovetlər dönəmində axmaq bir qanun vardı, ata-oğul, iki qardaş, yaxın qohumlar bir strukturda işləyə bilməzdilər. Bu çox zaman xoşagəlməz hallara səbəb olur, qohumlar arasında, qardaşlar arasında, hətta ata ilə oğul arasında münasibətlər pozulurdu ki, biri digərinin inkişafına mane olur. Bəzən bir-birlərinə mane olmamaq üçün ərizə verib işdən gedirdilər.

İndi "Azadlıq" qəzetinin bəzi məsələlərə Sovetlərin gözü ilə baxması qəribə deyilmi?

"Azadlıq"ın məntiqindən belə çıxır ki, məmurların və tanınmış şəxslərin ailə üzvləri və qohumları dövlət strukturlarında, hüquq-mühafizə orqanlarında işləyə bilməzlər. Niyə? Onlar da bu ölkənin vətəndaşları deyillərmi?! Onlar kiminsə övladı, qardaşı, qohumu olduqlarına görə Azərbaycan Respublikasının Konstitusiyasında ölkə vətəndaşlarına verilən hüquqlardan məhrum ediliblərmi?!

Əgər bu məntiqlə yanaşsaq, təkcə DİO-ya deyil, digər hüquq-mühafizə, güc strukturlarına xarici ölkələrdən işçi qüvvəsi gətirilsin. 9 milyonluq bir xalqıq, özü də kökündə qohum-əqrəbalıq dayanan bir xalq. Qurdalasaq görərik ki, bu ölkədə demək olar ki, hamı bir-biri ilə qohumdur. Daxili İşlər Orqanlarında on minlərlə insan çalışır və bunların da təxminən 10 mindən çoxu zabitdir, vəzifə sahibidir. İndi nazirlik ailə üzvü, qohumu məmur olmayan bu qədər zabiti və vəzifə sahibini hardan tapsın, yuxarıda qeyd etdiyim kimi xaricdənmi dəvət eləsin?!

Ölkədə çox az ailə tapmaq olar ki, onların dövlət və güc strukturlarında, hüquq-mühafizə orqanlarında, eləcə də DİO-da qohum-əqrəbaları çalışmamış olsun. O ailələrin içində məmurlar da var, heç bir yerdə işləməyənlər də, müxalifət də.

Qəzetdəki siyahıda 30 nəfərin, yaxud 30 vəzifənin adı çəkilir. Və bildirilir ki, bu siyahı böyükdür və araşdırmaları davam edir. Oxuculardan da kömək istəyirlər. İstəyirsizsə mən də sizə kömək edim, siz də bu siyahını 100-ə, uzağı deyək ki, 150-yə çatdırasız. Bilirsinizmi ki, DİO-da 3 mindən artıq orta və yüksək rəis vəzifəsi var. Deyək ki, bunun 150-si oldu məmurların adamı, bəs yerdə qalan 2850 vəzifəni tutanlar kimdir?!

Gülməlidir. Filankəslər nazir müavini Vilayət Eyvazovun kadrıdır. V.Eyvazov nazir müavinidir, kadrların seçilməsində nəinki iştirak edir, səlahiyyət sahibidir, həm də məsuliyyət daşıyır. DİO-da çalışan da onun kadrı olmalıdır də, mənim yox ki!

Tovuzludur, deməli, Ramiz Zeynalovun qohumudur. İndi Dövlət Yol Polisinin rəisi tovuzludur deyə tovuzlular yol polisində çalışa bilməzlərmi?!

10 il bundan əvvəl istefaya getmiş Münasib Həsənovun oğlu, atası haçansa vəzifədə çalışdığı üçün ömrü boyu eyni rütbədə, eyni vəzifədəmi qalmalıdır?!

Azərbaycan dövlətçiliyinə ləyaqətlə qulluq etmiş, sağlığında xalq arasında böyük nüfuz qazanmış rəhmətlik Zakir Zeynalovun oğlu atasının yolu ilə gedə bilməzmi?! Həm də ona görə ki, tovuzludur və Ramiz Zeynalovla soyadları eynidir?!

Səbayel rayon Yol Polisinin rəisi Zaur Cəfərov. Zaur bu vəzifədə Arif Qaraşovun (keçmiş Reyestr xidməti) kürəkəni olmamışdan bu vəzifədə çalışır. Bilmək istəsəniz o, çox uzun illər Dövlət Yol Polisində mühüm vəzifələrdən birində çalışmış və hamının hörmətini qazanmış və 15 ilə yaxındır istefada olan Aydın Cəfərovun oğludur. Və vəzifəyə də atası istefaya gedəndən çox sonra irəli çəkilib.

Uzun illərdir DİO-da çalışmış İsfəndiyar Mehbalıyev, Elşad Məmmədov irəli çəkilə bilməzlər ki, İsfəndiyar Səttar Mehbalıyevin, Elşad isə Elman Məmmədovun oğludur?! Hər iki gənci çox yaxından tanıyıram və hər ikisi çox ağıllı və savadlı gəncdir.

Və yazı müəllifləri bilirlərmi ki, DİO-da kadrlar test üsulu ilə vəzifəyə götürülür və test üsulu ilə də orta rəis vəzifəsinə irəli çəkilirlər.

"Binəqədi Rayon Polis İdarəsinin rəisi Ağalar Məhərrəmov - nazir Usubovla bacanaq düşürlər". A.Məhərrəmovla qonşu kənddənik, özünü də, nəslini də yaxşı tanıyıram və o, nəinki cənab nazirlə bacanaqdı, heç uzaq qohum da deyillər.

Möhtərəm Prezidentimiz həmişə gənclərin irəli çəkilməsini diqqət mərkəzində saxladığı kimi, Daxili İşlər Nazirliyində də gənc kadrlara xüsusi diqqət və qayğı göstərilir. Və hər il testlər keçirilir və onların ən savadlıları, bacarıqlı olanları vakant yerlərə qəbul olunur və ya irəli çəkilir. Bu testləri də DİN yox, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası keçirir.

Ulu Öndər deyirdi: "Gənclər Azərbaycanın gələcəyidir".

Siyahıda adlarını yazdıqlarınızın 80 faizi gənclərdir, niyə onların könlünə toxunursuz?!

P.S. Hörmətli "Azadlıq", məqalənin əvvəlində yazırsız: "... Vidadi Qurbanov isə 36-cı Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub..."

Daha sonra isə yazırsız: "... Xətai rayon 36-cı Polis Bölməsinin rəisi Nəsib. Nazir müavini Vilayət Eyvazovun qohumu".

Aqil ABBAS

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK