ANA SƏHİFƏ / YAZARLAR

SÖZÜN DAMARINA İŞLƏYƏN...

Vaqif Yusiflinin 65 yaşına məktub

63472    |   2013-04-13 08:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adətən hər hansı bir mövzuda yazı yazmaq istəyəndə bir neçə gün öncə içimdə bir götür-qoy edirəm. Necə deyərlər, bəmdə, zildə gəzişirəm. Yazacağım mövzunu özümlə gah dağa aparıram, gah da aranag özümü də kökləyirəm, mövzunu da. Sonra hardansa ilahi bir işıq düşür, bir ip uzanır və mən də o işıqdan, o ipdən tutub özümlə dağı arana aparır, özümlə birlikdə köklədiyim həmin o yazının ilk sözünü, ilk cümləsini yazmağa başlayıram...

Amma bu dəfə belə olmadı. Düşünməyin ki, bu yazını yazmaq üçün daxilən var-gəl etməmişəm, dağı arana gedib gəlməmişəm və yaxud da bu yazıya köklənməmişəm. Xeyr, bu yazıda həmin o dediklərim məqamların hamısını olduğu kimi yaşamışam. Sadəcə bir önəmli məqamdan başqa...

Bəli, bu elə bir məqamdır ki, onu mütləq vurğulamalıyam... mütləq oxucuya, bu yazını oxuyacaq insanlara məsələnin məğzini açmalıyam. Həmin o məzmun və mahiyyət də barəsində yazdığım şəxsin söz araşdıran, söz təftiş edən, sözün damarına işləyən işıqlı, ziyalı, sevilən alimlərimizdən biri olmasıdır. O elə bir insandır ki, onun haqqında yazmaq istəyən hər kəs, o cümlədən də mən istənilən məqamda əlimizi qələmə uzada bilərik. Çünki bu adam hamımızın gözü qarşısındadır. Hamımız onu hər gün, hər dəqiqə görürük, hiss edirik. O bizi oxuyub təftiş etdiyi kimi, araşdırdığı kimi sağa, sola vərəqlədiyi kimi, biz də onun haqqımızda yazdıqlarını oxuya-oxuya kimliyini görürük, mövqeyini özümüz üçün dəyərləndiririk, qiymətləndiririk. Və...

Və baxıb görürük ki, bu gün Azərbaycanda kifayət qədər tanınan tənqidçi alim, filologiya elmləri doktoru, professor Vaqif Yusifli sən demə, təkcə bugünkü ədəbi camiyənin deyil, həm də bütövlükdə Azərbaycan sözünün içərisində yaşayır... içərisində günbəgün axtarışlar aparır, tapıntılar üzə çıxarır, mövqelər sərgiləyir... Bax, bu qısa təqdimatın ardınca mən əslində yazımın mahiyyətinə qayıdıram. Daha doğrusu, sizə kimdən yazdığımı xatırladıb yazacağım mövzunun əvvəlinə gəlirəm.

Vaqif Yusifli (Vaqif Əziz oğlu Yusifli) düz 65 il bundan öncə Masallı rayonunun Ərkivan kəndində doğulub. Bütün yaşıdları kimi o da orta məktəbi bitirib, o da qurduğu xəyalların, arzuların dalınca Bakıya üz tutub gəlib. Gəlişində də tale üzünə gülüb, bəxt üzünə qapı açıb və Vaqif Yusifli o vaxtkı Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinə daxil olub. Elə tələbəliyinin ilk illərindən təkcə filoloq kimi yox, həm də sözün iç dünyasını görüb açmaq istəyən bir tələbə kimi özünü tanıtmağa başlayıb. Onun ilk tənqidi materialları, məqalələri 1968-ci ildən başlayaraq dövrü mətbuatda işıq üzü görüb. Artıq universitet tələbəsinin böyük sözə, böyük ədəbiyyata yanaşması diqqət çəkməyə başlamışdı. Görünür seçdiyi yolda, qarşısına qoyduğu məqsəddə israrlı olaq Vaqif Yusifliyə özünün xeyirxahları kimi Allah da yardımçı olub. Çünki universiteti bitirib 3 il (1972-1975) Masallı rayonunda dil-ədəbiyyat müəllimi işləyən Vaqif Yusiflinin qulağı səsdə, gözü isə Bakının yolunda idi. O, obrazlı ifadə etsək, bir məktəbə, bir rayona sığmırdı. Onun daxilindəki tədqiqatçı, araşdırıcı odu-alovu ona dinclik vermirdi. Və bu məhz bu səbəbdən Vaqif Yusifli növbəti dəfə Bakıya üz tutdu. Bu səfərki gəlişində artıq Vaqif Yusifli alim olmaq, sözü bütün mənalarında açıb onun bütün cizgilərini ortaya qoymaq istəyi ilə paytaxta üz tutmuşdu.

1975-ci ildə AMEA-nın Ədəbiyyat İnstitutunun əyani aspiranturasına qəbul olan Vaqif Yusifli artıq 4 il sonra filologiya elmləri namizədi idi. Onun araşdırdığı mövzunun təkcə adını xatırlatmaq gənc alimin hansı yük altına çiyin verdiyini yəqin ki, göstərə bilər. Onun "Müasir Azərbaycan nəsrində konflikt və xarakter" mövzusundakı namizədlik işi təkcə elmi araşdırma kimi yox, həm də müasirimiz olan ədəbiyyatın ümumi mənzərəsinin bir real görüntüsü idi. Yəni ədəbi nümunələr əsasında təkcə nəsrimizdəki konflikt və xarakterləri yox, həm də bir növ cəmiyyətimizdəki konflikt və xarakterləri də Vaqif Yusifli aça bilmişdi. Bu da gənc elmlər namizədinin yuxusuz gecələrinin, gərgin axtarışlarının və yorulmayan, usanmayan xarakterinin, bütövlüyünün, ürəyinin bəhrəsi idi.

Vaqif müəllim özünün ilk məqalələri ilə diqqəti çəkdiyindən onun namizədlik işi də tez bir zamanda ədəbi mühitdə maraq doğurdu. Artıq şairlər, yazıçılar öz əsərlərini onun qələmi altına ehtiyatla qoyurdular. Çünki bu gənc alim ədəbi tənqiddə güzəşt etməyi sevmədiyi kimi bacarmırdı da. Onun bu qətiyyəti, onun sözə saf niyyətlə yanaşması, qərəzdən uzaq olması təbii ki, yaradıcı təşkilatların da gözündən yayınmadı. Artıq Vaqif Yusifli ölkənin bir nömrəli ədəbi orqanı olan "Azərbaycan" jurnalının tənqid şöbəsinə rəhbərliyə gətirilmişdi. Səmimi etiraf edək ki, jurnalın həyatında bu da bir maraqlı an, maraqlı çalar idi. Çünki Vaqif Yusifli jurnala təqdim olunan ədəbi nümunələrə çox həssas yanaşır, necə deyərlər sözün alt qatlarına qədər baş vurur, onun oxucuya nə verə biləcəyini dəqiqləşdirirdi.

Jurnalda işləyə-işləyə elmi yaradıcılığını da davam etdirən Vaqif Yusifli 2002-ci ildə bir vaxtla aspirantı olduğu Ədəbiyyat İnstitutunda işləməyə də dəvət aldı. O, bu dəvəti məmnuniyyətlə qarşılayıb institutun Ədəbiyyat Nəzəriyyəsi şöbəsində baş elmi işçi oldu.

2011-ci ildə "Müasir Azərbaycan poeziyasında ənənə və novatorluq" mövzusunda doktorluq dissertasiyasını müdafiə edən Vaqif Yusifli özünün bu elmi işi ilə də Azərbaycanın ədəbi sözünə yeni bir töhfə verdi. Yəni o, poeziyamızın ənənələri ilə yanaşı, dövrümüzün tələb və imkanlarını, dünya poeziyasının uğurlu tərəflərini bir araya gətirərək onun bugünkü Azərbaycan poeziyasında təsnifatını, inikasını ortaya qoydu.

Yorulmaq bilmədən işləyən, necə deyərlər, gecəsini gündüzünə qatan Vaqif Yusifli bu gün özünün 65 yaşını qeyd edərkən bəlkə də bir anlıq da olsa fikirləşməyib ki, onun barəsində nə vaxtsa hansısa bir şair fikir söyləyəcək, əl boyda bir məktub yazacaq. Amma mən bunu təbii sayıram. Çünki tənqidçi haqqında yazmaq çox böyük məsuliyyətdi. Özü də Vaqif Yusifli kimi sanballı, əvvəldə dediyim kimi, sözün bütün cizgilərini, lap loru dildə desəm, sözün içalatını görüb tanıyan, qiymətləndirən bir alim haqqında yazmaq çox çətindir.

Mən bu yazını yazarkən sadəcə 800-dən artıq elmi məqalənin müəllifi olan, 20-yə yaxın kitabı işıq üzü görən, məqalələri yaxın-uzaq ellərdə çap olunan, Əməkdar Mədəniyyət işçisi, Beynəlxalq "Rəsul Rza" və "Məmməd Araz" mükafatları laureatı kimi tanınan bir alimə sadəcə oxucu diqqətini, sevgisini ifadə etmək istədim. Çünki az qala 20 ildir ki, Vaqif Yusifli ilə birlikdə "Ədalət" qəzetində şənbə nömrəmizi bölüşürük. Üstəlik Vaqif müəllimin "Ədalət" qəzetində ədəbiyyatımızla bağlı xüsusi buraxılışları, köşə yazıları həmişə hamımızın marağını çəkib, diqqət mərkəzində olubdu. Bu gün də öz prinsiplərinə sadiq olan Vaqif Yusifli böyük sözün layiqli keşikçilərindən biridir.

Bəli, Vaqif müəllim. Sizin barənizdə, daha doğrusu, 65 yaşınıza ünvanladığım bu əl boyda məktubda mən sadəcə və sadəcə ürəyimdən keçən xoş duyğuları ifadə etməyə çalışdım. İstədim ki, sizi tanıdığım kimi, zəhmətkeş, yorulmaz bir alim kimi, sözə böyük diqqətlə yanaşan, ədəbi qüvvələrə qayğı nümayiş etdirən bir tənqidçi kimi ən xoş arzularımı çatdırım. Çünki siz təkcə bugünkü ədəbi mühiti deyil, paralel olaraq Azərbaycanın minilliklərdən gələn böyük sözünü dərindən bilən, araşdıran tənqidçilərimizdənsiniz. Ona görə də sizinlə bağlı o əl boyda məktub xidmətlərinizə layiq olmasa da, hər halda bu da mənim kiçik bir minnətdarlıq hissimdir. Düşünürəm ki, hələ qarşıda illər var və bu illər ərzində siz daha böyük əzmkarlıqla, daha böyük həvəslə, sağlam canla, böyük sözümüzün böyük araşdırmaçısı kimi ədəbiyyatımıza xidmət edəcəksiniz. Siz sözün damarını tutan, sözün damarına işləyən Tənqidçimizsiniz, Alimimizsiniz! Sizə bu yolda uğurlar arzu edirəm!

P.S. "Ədalət" qəzetinin kollektivi də Azərbaycanın görkəmli tənqidçisini 65 yaşının tamam olması münasibəti ilə ürəkdən təbrik edir, ona can sağlığı və yaradıcılıq uğurları arzu edir.

Əbülfət MƏDƏTOĞLU

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi iri supermarketdə alıcı qadınlardan birinə yaxınlaşır:
- Bağışlayın,mən buralarda həyat yoldaşımı itirmişəm. Sizin köməyiniz lazımdı, mənə beş dəqiqə vaxt ayıra bilməzsiniz?
- Necə?!
- Bilirsiniz ,gəlin bir az söhbət eləyək ,sınamışam ,mən nə vaxt qəşəng qadınla söhbət eləmişəm ,mənim yoldaşım tez tapılıb. Qəfil hardansa üzə çıxıb ,başıalovlu kimi bizə yaxınlaşıb...




digər lətifələr
ARXİV
FACEBOOK